Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   55   56   57   58   59   60   61   62   ...   111

 
152
- Hələ dayan, - dedi, - bu saat Şadlinskini gətirəcəklər. Bizim danışığımızda 
sən də iştirak elə, çünki o, bundan sonra əlaqəni səninlə saxlamalı olacaq. 
Şadlinskini gətirdilər. O, həbsxanada olsa da, top-güllə  səslərinin 
kəsilməsindən və özünün Karonun yanına çağırılmasından, Müsavat qoşununun 
məğlub olduğunu yəqin eləmişdi. 
- Cənab  Şadlinski, həbsxanada incimədin ki? – deyə Karo gülümsədi. – 
Amma, baxtın kəsdi ki, çox qalmadın. Otur, otur. 
Şadlinski oturdu və irişə-irişə dedi: 
- Çox qalmayacağımı özüm əvvəlcədən bilirdim… 
- Hardan bilirdin? 
- Necə hardan… Bilirdim ki, sözlərimin doğru çıxdığını görən kimi məni 
buraxacaqsınız. Sədaqətli olduğuma daha şübhəniz qalmayacaq. 
- Hə,  Şadlinski, hələlik sözün doğru çıxdı. Bəli, sənin musurmanların 
üstümüzə  bərk gəlmişdilər, ancaq bir şey çıxmadı, qayıdıb suyu süzülə-süzülə 
Zabığ çayına qədər qaçdılar. 
Şadlinski Karoya hiyləgərcəsinə baxıb dedi: 
-  İndi gördün ki, mən erməni hökumətinə xeyirxah adamam! Gördün ki, 
mənim məlumatımda zərrə  qədər yalan yoxdur… Ola da bilməz. Bizim peşəmiz 
ticarət kimi bir şeydir. Təfavüt burasındadır ki, tacir mal satır, pul alır, biz söz 
satıb, pul, qızıl alırıq… 
Karo onun işarəsini başa düşdü. 
- Demək, sən gətirdiyin xəbərin mükafatını istəyirsən? 
- Bəli, danışdığımız kimi… Söz danışıqdan keçər. 
- Bu saat bizim bankda o qədər pul yoxdur. 
Şadlinski dərhal yerindən dilləndi: 
- Pul yox, qızıl. Biz şərt kəsmişik. 
Karo qəhqəhə ilə güldü: 
- A kişi, sən sağ qaldığına sevin, qızıl nədir?.. 
- Onu bilin ki, mən sizə bir də lazım olacağam. Elə zənn eləməyin ki, bir də 
dava olmayacaq… Yenə meydan təzədən qızışanda mənim, qəsdən  əhəmiyyətini 
azaltmaq istədiyini bircə xəbərim, sizi böyük təhlükədən qurtarar… 
Casusluqda Şadlinskinin sədaqətli olduğuna heç bir şübhəsi qalmayan Karo 
dedi: 
- Yaxşı, mükafatını alacaqsan. Əlaqən bundan sonra bu Samvel 
Xaçaturyanla olacaq. Bir-birinizlə görüşəndə musurmanca danışa bilərsiniz. 
Xaçaturyan sizin dili pis bilmir. 
Şadlinski soruşdu: 
- Mənim köhnə dostum hardadır? 
- Karpovu deyirsən? Onu öldürdülər. 
- Kim öldürdü? Nə üçün? Harda? 
Karo Karpovun öldürüldüyünü ətraflı danışdı. Söz kəndlərdəki iğtişaşlardan, 
kəndlilərin mülkədar torpaqlarını zəbt eləmələrindən düşəndə Şadlinski dedi: 
- Elə hallar Azərbaycan kəndlərində daha çoxdur. Kəndlilər indi bəyləri, 
xanları, mülkədarları saymırlar. Müsavat hökuməti nə qədər çalışırsa, iğtişaşçılarla 


 
153
bacarmır. Bolşeviklər camaatı yoldan çıxarırlar. Azərbaycan bolşevikləri ilə 
Zəngəzur bolşevikləri arasında mütləq əlaqə var. 
Karo dedi: 
- Yaxşıdır ki, özün bolşeviklərdən söz açdın. Sənə verəcəyimiz  əsas 
tapşırıqlardan biri də elə budur ki, musurman bolşevikləri ilə erməni 
bolşeviklərinin harda görüşdüklərini, nə danışdıqlarını, nə iş gördüklərini öyrənib 
bizə xəbər verəsən. Sağ əlin müsavatın əleyhinə işləməlidir, sol əlin bolşeviklərin. 
Başa düşdünmü? 
- Aydındır, aydındır… Ancaq sərhədi sərbəst keçmək üçün mən necə 
eləməliyəm? Yaxşı olar ki, mənim şərti adım olsun. 
Karo Samvellə məsləhətləşib dedi: 
- Sənə biz «Sağsağan» ləqəbi veririk. Sərhədi keçəndə, bizimkilərə rast 
gələndə deyərsən: «Sağsağan uçur». 
- Ha… ha… ha… Vallah, çox yaxşı ad tapdınız. Mən sizin yanınıza 
sağsağan kimi, həmişə  xəbərlə  gələcəyəm. Yaxşı, mənə silah verin, bəlkə lazım 
oldu. 
- Silahın olmasa, başın salamat olar! 
- Mən belə, sağ-salamat geri qayıda bilərəmmi? Deməzlərmi ki, Şadlinski, 
hardaydın? Mən nə deyim? Məhz onların ağzını yummaq, inandırmaq üçün burdan 
yaralı qayıtmalıyam. 
- Yaralı? Demək özün-özünü yaralamaq istəyirsən? 
- Bəli, cənab Hamparsumyan! Özümü yüngülcə yaralamalıyam. Ora çatanda 
deməliyəm ki, sərhədi keçəndə daşnaklar məni tutmaq istədilər, qaçdım, daldan 
güllə atıb yaraladılar. 
Karonun gülüşü otağı götürdü. Yerindən qalxıb  Şadlinskinin yanına gəldi. 
Əlini onun çiyninə vurub dedi: 
-  Əhsən,  Şadlinski, öz sənətində  sənin böyük məharətin varmış… Yaxşı, 
özünü vurmaq üçün tapançamı iki dəqiqəliyə sənə verərəm… 
…Özünü sol qıçının balıq  ətindən yüngülcə yaralayan Şadlinski iki-üç 
gündən sonra yola düşdü. Karonun tapşırığı ilə, Samvel onu gecə yarısı aparıb 
sərhəddən ötürərək qayıtdı. 
Azərbaycan torpağına xəyanətlə qədəm qoyan Mirzə Məhəmməd Şadlinski 
səhəri yolda açdı. Yorğunluğunu almaq üçün uca bir ulas ağacının altında oturdu. 
Cibindən qızıl saatı  çıxartdı, o tərəfinə, bu tərəfinə baxdı. Dırnağı ilə onun 
qapaqlarını açıb, qızılının qalın, nazik olduğunu yoxladı. 
«Eh, istədiyim olmadı! – deyə düşündü. – Bu səfərdən mənə iki şey qaldı: 
bir qıçımın yaralanması, bir də ki, bu saat! Demək, biri zərər, biri qazanc… Belə 
halda deyərlər:  ələl, başbaş olduq. Mən buna da razıyam. Ermənilər məni öldürə 
bilərdilər…». 
Şadlinski saatı cibinə qoydu, Hilal bəylə necə görüşəcəyini, necə 
danışacağını təsəvvürünə gətirməyə çalışdı. 
«Səni nə  işə göndərmişdim?  İndiyə kimi hansı  cəhənnəmdəsən?» - deyə, 
yəqin ki, rəis soruşacaq. Mən Şadlinski isə özümü itirmədən ona cavab verəcəyəm: 
«Mən doğrudan da cəhənnəmə düşüb çıxmışam. Cənab Hilal bəy, niyə 
soruşmursan ki, mən ölümdən necə qurtardım? Niyə soruşmursan ki, daşnaklar 


 
154
məni sərhədi keçmək istəyəndə necə vurdular. Sürünə-sürünə, qanım axa-axa 
özümü müsəlman kəndinə necə saldım? Bu da mənim yaram, baxa bilərsən…». 
Bəlkə Hilal bəy ondan şübhələnəcək, sözlərinə inanmayacaq? Deyəcək ki, 
sən xainsən, sirrimizi aparıb düşmənə vermisən. Verməsəydin ermənilər 
qabaqcadan bizim arxamıza qüvvə çıxartmazdılar… 
Şadlinski bunları fikirləşdikcə canına qorxu düşürdü. Çünki o, Hilal bəyin 
qəzəbini yaxşı bilirdi. 
Birdən şiddətli külək qopdu, göydən asılmış kimi görünən ala-tala buludları 
bir yerə topladı. 
Şadlinskinin başı üstündə sıxlaşan bu buludlar onun xain ürəyinə elə bir qara 
kölgə saldı. Çox keçmədi ki, payız buludları ağladı. Sel-su şırhaşır axmağa başladı. 
Şimşək əyri qılınc kimi havada bir an oynayıb, parlayıb, bir an içində də yox oldu. 
Göy gurultusu Zabığ çayının şırıltısına qarışdı, dağlar, dərələr inlədi… 
Hardasa düşən ildırımın vahiməli səsindən diksinən  Şadlinski yaralı  qıçını 
tez yığıb ulasa sığınaraq, onu iki əlli qucaqladı. 
Qidasını ana torpaqdan, duru dağ sularından almış ulas sanki dil açıb dedi: 
«Mirzə  Məhəmməd  Şadlinski, dur get! Ürəyin xəyanətlə doludur. Nəfəsin 
murdardır, onu mənə vermə… Kaş o ildırım sənin başına düşə idi…». 
 
 
On birinci fəsil 
 
Məhəbbət ömrün baharıdır. Bu böyük hiss hansı adamın ürəyində sönərsə, 
həyatı mənasız olar. 
İnsan bu hissin qüdrəti ilə yaşayıb, sabaha ümidlə baxır, bu hissin gücü ilə 
hər  şeyə qalib gəlir. Bu hissin ehtirası ilə mübarizələrdən keçir. İnsan bəzən bu 
hissin atəşi ilə yanıb kül olur. O, insanla bir yaranıb. Dünyada ondan qadir qüvvə 
yoxdur! Ey gözə görünməyən, lakin ürəkləri gəzən məhəbbət, səni dünyada nə ilə 
müqayisə etmək olar?! Sən insanı  həm göylərə qaldırır, həm də yerə  çırpırsan. 
Birinə səadət verdiyin halda, başqasını ömrü boyu bədbəxt edirsən. 
Doğru söz şirin dil, xoş rəftar hər sevən qəlbin baharıdırsa, məhəbbət ömrün 
çiçəyidir. Onun ətrini almayanlar, bəs dünyada nəyə sahib olurlar?! 
…Sureni Arzogildə görəndən sonra Siranuşun könlü açılmış, eşqinin üzünə 
elə bil günəş doğmuşdu. Çünki Suren ona vüsal üçün ümid vermişdi. Qızın daima 
hicranla yanan qəlbinə elə bil su səpmişdi. 
Siranuş Surendən ayrıldığı axşam evlərinə qayıdanda, onun qəlbini bir-birinə 
zidd olan iki hiss doldurmuşdu: məhəbbət və intiqam! 
Bir qarışqa öldürməyə belə ürəyi gəlməyən Siranuş yalnız sevgi xatirinə 
qanlı qisas almalı idi. Kimdən? Məhəbbətini külə döndərmək istəyənlərdən, 
Baqratın özündən, arvadından, oğlundan, Karo Hamparsumyandan… 
Siranuş necə intiqam alacağını dönə-dönə fikirləşmişdi. Lakin qəti bir qərara 
gəlməmişdi. 
Pəncərənin qabağında oturub, qarlı bağçaya baxan qız yenə düşünürdü: «Axı 
mən Sureni inandırdım ki, aciz deyiləm. Sevməyi bacardığım kimi, qisas almağı da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə