Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   43   44   45   46   47   48   49   50   ...   111

 
120
- Ay Suren, buralar nə yaxşı yerlərmiş! Sən ölməyəsən, bu çay, bu çəmən, 
bu hündür qayalar elə bil mənə deyir: Hayk, əlini qoy qulağının dibinə, bir-iki ağız 
oxu… 
- Sən oxumaq da bilirsən? 
- Elə oxuyaram ki, dağlar-dərələr cingildəyər, səsim çatar yeddinci göyə. – 
O, gülüb əlavə elədi: - zarafat eləyirəm, sən deyən səsim yoxdur, amma oxumağı 
sevirəm. İki şeydən xoşum gəlir: biri «Sarı gəlin», biri də «Qaçaq Nəbi». 
- «Qaçaq Nəbi» mahnısını hardan bilirsən? 
- Eşidib öyrənmişəm. 
- Niyə sən elə bu iki oxumağı sevirsən? 
Hayk bir az ona tərəf çəkilib dedi: 
- Bilirsən niyə? «Qaçaq Nəbi»də  Nəbinin, onun arvadı  Həcərin qoçaqlığı, 
igidliyi tərif olunur. Mən də qoçaq adamları sevirəm ki, elə bilirəm, musurman 
deyil, mənim doğma erməni qardaşımdır. Çünki o da erməni ilə musurman 
arasında təfavüt qoymayıb, musurmanın kasıbını istədiyi kimi, erməninin də 
kasıbını istəyib, onları  bəylərin, meliklərin, ağaların zülmündən qoruyub. «Sarı 
gəlin»də də məhəbbətdən, bir qızın bir çobanı necə ürəkdən sevdiyindən danışılır. 
Qoçaqlıqla məhəbbət bir yerdə olanda, adam xoşbəxt olar… Bax, ay Suren, sən 
qoçaq oğlansan, amma bir qızı sevməmisən.  Ərə, gəlsənə  sənə bir xırzirəkli qızı 
alım?.. 
Suren köksünü ötürdü: 
- Mən evlənməyəcəyəm, Hayk. 
- Niyə, subay qalacaqsan? Qoy hələ bir dünya düzəlsin, biz deyən olsun, 
vallah, sənə bir toy eləyəcəyəm ki, dillərdə deyilsin. 
- Mən hələ evlənmək fikrində deyiləm. 
- Axı niyə? Kişi-zad deyilsən?!. 
- Deyirlər, evlənənlər sonra peşman olurlar. 
- Yalan sözdür. Mən evlənmişəm, Şuşanikdən də çox razıyam. İndiyə kimi 
aramızda artıq-əksik söz olmayıb. Ərə, adam ki, evlənmədi, ata olmadı, yaşayışın 
dadını bilməz… Vallah, o balaca oğlumu mən bütün dünyaya vermərəm… 
- Düz deyirsən, Hayk. Vaxt olar, mən də evlənərəm. Sən də mənim toyumda 
olarsan toybəyi. O vaxt bir yaxşı oxuyarsan… 
Axşamdan bəri, sanki onlarla bərabər yeriyən, indi isə başlarının üstündə 
gülümsəyən ay, parlaq ulduzlar, bir-birini dəcəl uşaqlar kimi qovan dalğalar, 
üzərində uzandıqları yumşaq çəmən, öz əzəmətini əsrlər boyu saxlayan Qaraqaya 
Surenə 1918-ci ilin bir yay axşamını xatırlatdı. O, biixtiyar dedi: 
- Bilirsənmi, Hayk, bu yerlərdə mənim başıma nə işlər gəlib?.. 
- Deyərsən, bilərəm… 
Suren üç şəkilinin onun necə qabağını kəsib, yaraladıqlarını danışdı. 
Onlar bir qədər dincəldikdən sonra ayağa qalxıb yola çıxdılar. 
Bazar çayı, gözəl çəmən Qaraqaya – hamısı arxada qaldı. Lakin, bu xoş 
gecənin, aydın səmanın dilbəri olan ay, yollarına nur çiləyə-çiləyə onlarla bərabər 
gedirdi. 
Ağzı yola sallanmış dərənin yanından ötəndə Suren dedi: 
- Bax, Sarıdərə budur. Məni onun sarı qumlarında basdırmışdılar… 


 
121
Onlar Şamaxı yalını aşdılar, çaydan keçib bir qədər getdikdən sonra Şəkiyə 
çatdılar; daşlı-kəsəkli küçə ilə yuxarı qalxmağa başladılar. Suren Hayka uçuq 
evləri, tövlələri, samanlıqları göstərib dedi: 
- Bu xarabalıq da, iki xalqın arasına salınmış qanlı davanın nəticəsidir. Bax, 
sağ tərəfdəki uçuq evi görürsənmi? Ora bizim Comərdgilin, atamın qardaşdan artıq 
istədiyi dostu Nəbigilin evin idi. Mən pristav Karpovun əlindən qaçıb bu evdə 
gizlənmişdim. Mən bu evdə çörək yemişəm, yaralı yatmışam. Bura mənə ata evi 
kimi doğma idi. Bu müsəlman kəndində indi ermənilər olur. 
Onlar çağırış  vərəqələrindən bir neçəsini yatmış  kəndin küçələrinə atdılar, 
bir neçəsini divarlara yapışdırdılar, nəhayət  Şəkidən çıxıb  Əngələvid yoluna 
düşdülər. 
Deyirlər ki, torpaq adamı çəkər… 
Gül-çiçək açmış öz köyşənlərinin  ətrini hiss edən Suren get-gedə addımını 
yeyinlədir və düşünürdü: «Ey doğma kənd, doğma ölkə, doğma vətən, sizdən şirin, 
sizdən əziz dünyada nə var!..» 
- Ayağını bir az yeyin at, Hayk, bu döngəni burulanda, bizim kənd 
görünəcək! 
Onlar döngəni buruldular. Gecənin sərin və  həzin mehi üzlərinə vura-vura 
kəndin qırağına çatdılar. 
- Hayk, görəsən bizimkilər evdədilərmi? – deyə Suren dərindən köks dolu 
nəfəs aldı. – Ürəyim yerində durmur… 
- Tələsmə, bir azdan hamısını görəcəksən. 
- Yox, hələ bizə getməyək. Əvvəlcə işimizi görək… Səhərə çox qalmayıb… 
Onlar kəndin ortasına çatdılar, vərəqələrdən bir neçəsini məktəbin, kilsənin 
divarlarına, evlərin qapılarına yapışdırdılar. 
Surenlə Hayk, işlərini görüb qurtardıqdan sonra, heç kəsə rast gəlmədən 
kəndin qırağındakı evə yaxınlaşdılar. Açıq darvazadan həyətə girdilər. Surenin 
nəzərinə ilk çarpan alma ağacı oldu. Onunla əlaqədar olan xatirələr könlündə baş 
qaldırdı. Bu tək ağacdan alma dərib Siranuşa verdiyi gün yadına düşdü… 
Suren ağaca tərəf getsə idi, onun susuzluqdan saralmış yarpaqları, bürüşmüş 
almaları dil açıb deyərdi: «Qayıt burdan get, Suren! Sahibsiz həyətinizə baxma! 
Bayquşlar ulayan evinizə girmə! Atanı, bacını daha axtarma! Dəli olub küçələrə 
düşmüş ananı tap. Bəlkə, o yazıq səni görüb ağla, huşa gələ!..» 
Gözlənilmədən qarşısında açılan mənzərə Surenin qəlbini qana döndərdi… 
Onlar xarabaya bənzər evdən-həyətdən çıxıb darvazanın yanında dayandılar. 
«Atamgil hara köçüb? Nə vaxt köçüb?» - deyə fikirləşən Surenin ürəyinin 
başına sanki Ağrı dağı çökdü. O, bu ağır qəm yükünün altında necə gedəcəyini, 
hara gedəcəyini bilmədi. «Bəlkə heç biri də sağ deyil? Hər halda Saak dayıdan 
doğru məlumat ala bilərəm!.. Bilmirəm, onun da başında nə  iş varsa, çoxdandır 
gəlib bizi tapmır, bəlkə, onu təzədən həbs etdilər?» 
Haykla Suren Saakgilə getdilər. Evdə heç kəsi görmədiklərindən geri 
döndülər. 
Suren indi də Arzogilə getməyi qərara aldı, çünki Arzo kişi onların çox 
mehriban və yaxın qonşuları idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə