Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   45   46   47   48   49   50   51   52   ...   111

 
125
Siranuş qeyri-ixtiyari olaraq geri çəkildi. Başı fırlandığından, tez yerə oturub 
ürəyini tutdu… 
- Yaxşı  qız nişanlısına vəfalı olmalıdır. Yəqin ki, bu gün, sabah toyunuz 
olacaq.  Əlbəttə, Baqrat ağanın qızı general-nahankapetə getməmiş, kimə 
gedəcəkdi… 
- Mən ona getməyəcəyəm. Məni zorla nişanlayıblar… O, mənim gözümdə 
itdən də pisdir. 
- Elə yaxşı qız itin-qurdun payı olur… 
- Suren, yalvarıram, mənə yazığın gəlsin! Məni xəncərsiz, bıçaqsız öldürmə! 
Mənə yol göstər. 
- Nə yol? 
- Mən daha atam evində qalmaq istəmirəm. 
- Tez ərə get… 
- Apar məni. Elə bu saat apar! Mən bilirəm ki, sənin nə evin var, nə pulun. 
Qəlbin, məhəbbətin mənə  bəsdir. Mən səninlə çöldə, kahada, kol dibində 
yaşayaram… Qurtar məni  əzabdan, Suren! Dur gedək, hara istəyirsən gedək! 
Atam, anam yaylaqdadır. Samvel evdə yatıb. Mənim səninlə qaçmağıma indi fürsət 
var. Gedim evdən paltarlarımı götürüm. Dillən, Suren, gedimmi? 
Surenin dillənmədiyini görərək, Siranuş hönkürdü… 
- Sakit ol, Siranuş! Axı, mən səni hara aparım? Özün bilirsən ki, mən köçəri 
kimi bir şeyəm… 
- Onda mənim günahım nədir? Mən nə eləyim? 
- Mən ailəmə zülm eləyənlərdən qisas almayınca, sənə bir söz deyə 
bilmərəm, Siranuş, qəlbim ancaq bu hiss ilə doludur. Dur get, qardaşın səni 
axtarar… 
Suren intiqam alacağı adamların adını çəkmədisə də, Siranuş yəqin etdi ki, 
o, Baqratdan, Samveldən və Karodan intiqam alacaq. Armenakın, Anahidin 
ölümünü, Araksinin dəli olduğunu bildiyinə də onda şübhə qalmadı. 
Siranuş yanaqlarını od kimi yandıran göz yaşlarını silib dedi: 
- Qisas alandan sonra, deyirsən, hə? Mən də sənə kömək eləyəcəyəm. Özü 
də mərd-mərdana! 
Suren Siranuşun dolmuş gözlərinə təəccüblə baxdı… 
Baxışları bir-birini maqnit kimi çəkdi. Deyəsən, ürəkləri də bir-birinə 
yaxınlaşırdı… Siranuşun  şəvə  təkin qara gözlərindəki qəm buludunu, uzun 
kirpiklərinə düzülmüş ağ inciləri görməmək üçün Suren üzünü yana çevirib dedi: 
- Siranuş, dur get! 
- Mən səninlə gedəcəyəm! Qisas deyirsən, alım! 
- Sənin kimilər heç kəsə  əl qaldıra bilməz… - Suren yenə Siranuşa tərəf 
çöndü. 
- Eləmi bilirsən?!. Yaxşı, heç yerə getmə, öz gözlərinlə gör! – Siranuş ayağa 
qalxdı. – Mən atamın yurdunu bu saat yandırıb, kül eləyəcəyəm!.. 
- Nə eləyəcəksən? Yandıracaqsan? 
- Bəli, sənin qisasını mən alacağam. Razısanmı? 
Suren ona cavab verməyib, fikrə getdi. «Siranuşu incitməkdə  mən insafsız 
hərəkət eləmirəmmi? Doğrudan da onun nə günahı var? Mənim kimi yoxsul, 


 
126
yurdsuz-yuvasız bir oğlanı sevən qızın etibarına inanmamaq olarmı? Atasının 
cinayətlərinə omu cavab verməlidir?..» 
Surenin gah çatılıb, gah açılan qaşlarına, fikirli sifətinə baxan Siranuş 
mülayim bir səslə dedi: 
- Sağ ol, Suren! Daha gedirəm!.. 
Suren qızın kədər dolu gözlərinə baxdı. 
- Siranuş, sənin məhəbbətini daşa vurmaq istəmirəm. Mənim sinəmdəki də 
daş deyil. Elə güman eləmə ki, səni sevmirəm… Ancaq özün mənim vəziyyətimi 
bilirsən…  İndi səni heç yerə apara bilmərəm. Hələlik gözlə. Güman edirəm ki, 
məhəbbətimizi birləşdirəcək vaxt, dövran gələcəkdir… Bir də, Siranuş, sən 
nişanlısan… Mən səni indi aparsam… 
Siranuş onun sözünü kəsdi: 
- Mən nişanı pozacağam, arxayın ol! Könülsüz tikəni zorla yeməyəcəyəm. 
Neçə vaxt deyirsən, yenə səni gözləyim. 
- Neçə vaxt? Onu deyə bilmərəm. 
- Neynək, on il də olsa, səni gözləyəcəyəm. Ancaq yerini məndən gizlətmə, 
nigaran oluram… 
- Hələlik Xınzirəkdə, Hayk Aslanyangildə olacağam. Ancaq bunu səndən 
başqa heç kəs bilməsin. – Suren yerindən qalxdı. 
- Arxayın ol. Sən də  məni gözlə! Yüz canım da olsa, sənin eşqinə qurban 
verəcəyəm… 
Təzədən  əhd-peyman bağlayan iki sevgili bir-birinə yaxınlaşdığı zaman, 
Arzo ilə Hayk içəri girdi. 
Siranuş sevgilisinin gözlərinə baxıb içəridən çıxdı. 
- Ərə, Suren, qızın xətrinə dəymədin ki? – deyə Arzo gülümsədi. – O, səni 
də, ananı da çox istəyir. Vallah, elə bil Baqratın övladı deyil. Belə  təmiz, belə 
mehriban qız mahalda yoxdur… 
- Bəli, pis qız deyil, Arzo dayı. Biz bu saat yola düşürük. İşdir, atamgildən 
bir xəbər bilsən, çox xahiş eləyirəm, mənə çatdırasan. Mən Xınzirəkdə, bu 
Haykgildə olacağam. 
Suren ailəsini axtarmaq üçün dağa-daşa düşməsin deyə, Arzo hər  şeyi ona 
xəbər vermək qərarına gəldi. Lakin o, ağzını açmamış bayırdan səs eşidildi: 
 
    Saraldı gülüm, 
    Uçdu 
bülbülüm, 
 
 
 
 
Mən niyə qaldım? 
    Hardasan, 
ölüm?!. 
 
- Deyəsən axı, bu mənim anamın səsidir? – deyə  rəngi ağarmış Suren 
təəccüblə Arzoya baxdı. 
Özünü itirmiş Arzo nə cavab verəcəyini bilmədi. Bu an qapı birdən şaqqıltı 
ilə açıldı. Araksi içəri girdi. 
- Ana! Anacan! – deyə Suren yerindən sıçradı. 
Araksi qəhqəhə çəkib, çiyinlərini ata-ata geri çəkildi. 


 
127
Suren anasının kor olmuş gözünə, yana əyilmiş alt dodağına, kilkələnmiş 
saçlarına, yalın ayağına, cırıq paltarına baxıb qışqırdı: 
- Səni kim bu günə salıb, ana?! Məni tanımırsanmı, ana? – Suren onu tutub 
boynunu qucaqladı. 
- Can oğul!.. 
Araksi huşunu itirdi, səndələyib yıxılarkən, Suren onu qucaqlayıb yerə 
uzatdı. 
Bir deyin, bu fəlakətə  ağlamamaq olardımı?! Axı Surenin sinəsindəki daş 
deyildi, oğul ürəyi idi!.. Onun göz yaşları pır-pır axmağa başladı. 
Arzo Armenakla Anahidin öldürüldüyünü, Araksinin başına gələn müsibəti, 
Siranuşun bu evə nə üçün gəlib-getdiyini Surenə danışdı. 
Suren sarsıntılar içində, elə bil yenidən, heç kəsin məğlub eləyə bilməyəcəyi 
bir qüvvətə gəldi. Onun qəlbində qanlı hökmranlığa, daşnak zülmünə qarşı intiqam 
hissi yüz qat artdı. 
- Arzo dayı, dur, məni qəbiristana apar. Atamın, bacımın son borcunu 
vermək üçün baş daşlarını qucaqlayıb öpəcəyəm. Mən onların qəbri üstündə 
qatillərdən intiqam almağa bir daha and içmək istəyirəm. 
- Bu gecə vaxtı hara getmək olar, oğul, qoy sabaha qalsın. 
Evi bir neçə dəqiqə kədərli bir sükut bürüdü. 
Suren gözünü anasının meyit rəngi almış sifətindən çəkib dedi: 
- Dur gedək, Hayk! 
Hayk yerindən qalxdı. 
- Araksini… 
Suren Arzonun sözünü kəsib: 
- Mən anamı burda qoya bilmərəm, - dedi, - onu çiyinlərimdə aparacağam.  
Araksini qaldırmaq istəyəndə ayıldı, dartınıb oğlunun  əlindən buraxılmaq, 
qaçmaq istədi. Ancaq Surenlə Hayk onun qolundan bərk-bərk yapışıb bayıra 
çıxartdılar. 
Arzo onları kənddən xeyli uzaqlaşana kimi ötürüb qayıtdı. 
…Surengil poçt yolunun üst tərəfilə, daşların, tikanların arasıyla gedirdilər. 
Araksi onları  bərk incidirdi. Gah dartınır, gah dayanır, gah yerə oturub qalxmaq 
istəmirdi. 
Gecədən xeyli keçmiş onlar Şəki köyşənlərinə çatdılar. Surenlə Haykın üz-
gözündən tər axırdı. Dinclərini almaq üçün Araksini bir güc-bəla ilə yerə oturdub 
özləri də oturdular. 
Araksi nədənsə titrəyirdi. Suren isti yay gecəsində dişi-dişinə dəyən anasını 
qızdırmaq üçün qolunu onun çiynindən aşırıb qucaqladı. Araksi başını  oğlunun 
köksünə qoydu. Sakit dəqiqələr ötüb keçdi… Araksinin huşu, ağlı başında olsaydı, 
bəlkə  də deyərdi: «Ey zalım insanlar, daha mənə  dəyməyin! Mən öz oğlumun 
qucağında nəfəs almaq, yaşamaq, çox yaşamaq istəyirəm…». 
Araksi birdən kəskin hərəkətlə başını Surenin köksündən götürdü. Tək 
gözünü, uzaqlarda görünən zəif işıqlı tək ulduz kimi, onun üzünə dikdi, oğluna nə 
isə demək, kimdənsə şikayət etmək istəyirmiş kimi, xeyli baxdı… 
Araksi qəfil yerindən qalxıb, qaçmağa başladı. 
- Ana! Qaçma, ana! – deyə Suren də onun dalınca yüyürdü… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə