Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   44   45   46   47   48   49   50   51   ...   111

 
122
Onlar həyətə girəndə, üfüqdə nazik bir qızartı göründü. Bu, günəşin özündən 
qabaq gələn carçısı idi. 
Suren evin qapısını bir-iki dəfə döydü. İçəridən səs gəlmədi. Yenə döydü, 
cavab verən olmadı. 
Yuxudan səhər tezdən oyanmağa adət eləmiş qocalar kimi, Arzo da gün 
çıxmamış durub, evinin dalında kartof suvarırdı. O, qapının döyülməsini eşidib: 
- Ərə, kimsən orda? – deyə səsləndi. Lakin cavab almadığı üçün özü gəldi. 
- Vah, ərə, Suren, sənsən? – deyə əlindəki beli yerə atıb, Surenin boynunu 
qucaqladı. Haykla əl tutdu. – Heç gözlərimə inanmıram, Surencan! Nə yaxşı olub 
ki, sən gəlmisən! – Arzo qapını açdı. – Keçin evə, keçin! 
- Arzo dayı, necəsən? – deyə Suren evdə soruşdu. – Gəlinin, nəvələrin 
haradadır? 
- Onları gəlinin qardaşı Bələyə, öz yanına aparıb. Mən tək qalmışam. Burda 
vəziyyət elə oldu ki, uşaqları dolandıra bilmədim… Hə, oturun, ayaq üstə niyə 
durursunuz? 
Üçü də palazın üstündə oturdu. 
Təknəsində bir-iki quru arpa çörəyindən başqa, yeməyə heç nəyi olmayan 
Arzo dedi: 
- Suren, bəlkə acsınız? 
- Sağ ol, Arzo dayı! Biz sənin yanına həm görüşə, həm də atamgilin yerini 
öyrənməyə gəlmişik. Getdik evə, heç kəs yoxdu. Həyət, ev xarabalıqdır. Onlar hara 
gediblər? 
- Məyər sən bilmirsən ki, atangil hardadır? 
- Yox. Özün ki, bilirsən, mən bu kənddən qaçaq düşmüşəm. 
Birdən-birə Surenin ürəyini sındırmaq istəməyən dünya görmüş qoca Arzo 
dedi: 
- Hə, bilirəm, oğul, bilirəm… Armenak ananı, bacını da götürdü, kənddən 
çıxıb getdi. 
- Hansı kəndə gediblər? 
- Nə deyim, bala. Deyəsən Armenak deyirdi ki, arvad-uşağı götürüb Kafan 
tərəfə gedəcəyəm. 
- Kafan tərəfə? – Suren başını aşağı dikib fikrə getdi. 
Arzo yalan danışdığına sıxıldı. Məsələni açmaq istədi. Lakin yenə özünü 
saxladı. O, Armenakın, Anahidin öldürüldüyünü, Araksinin dəli olduğunu desə idi, 
bəlkə də, Suren indicə yerindən qalxar, qisas almaq üçün Baqratın üstünə gedərdi. 
Ya ölər, ya öldürərdi. Bəlkə də Suren bu dəhşətli xəbərdən dəli olardı. 
- Fikir eləmə, Suren, axtarıb taparsan, - deyə Arzo ortalığa söz atdı. – Hə, 
Surencan, bayaq mənim halımı soruşurdun… 
- Bəli, Arzo dayı, söhbət elə. Daha biz axşam düşənə kimi burda qalmalı 
olacayıq. Amma bir adam bilməsin. 
- Arxayın ol! Elə  şeylərdə  ağzı bütünəm.  –  Arzo  öz  torpağını satdığından, 
kəndlilərin vəziyyətindən xeyli danışdı. Surenin nə zaman gəlib kənddə 
yaşayacağını soruşdu. 
- Necə deyərlər, nə  qədər ki, ala köpək qapıdadır, mən  Əngələvidə  gələ 
bilməyəcəyəm, - deyə Suren cavab verdi. 


 
123
Surenin nə demək istədiyini o saat başa düşən Arzonun elə bil ki, yarası 
təzədən qövr elədi. 
- Oğul, Suren, camaatın axırı necə olacaq? Siz mənim təkin yazıq-yuzuğu 
bir yana çıxarda biləcəksinizmi? – deyə soruşdu. 
Suren və Hayk ona təsəlli verdilər. 
Arzo ayağa qalxdı. Bucaqdakı  təknədən iki arpa cadını nimçəyə qoyub 
gətirdi. 
- Suren, bala, çörək yeyin! – deyə nimçəni onların qabağına qoydu, sonra, 
mis parçı bulaq suyu ilə doldurub gətirdi. – Arpa cadı ilə su da ac adama kişmiş 
kimi şirin gələr, yeyin! – Təknəsi boş, lakin geniş ürəyi səxavətlə dolu qoca güldü. 
– Kartof hələ dib tutmayıb, yoxsa yığıb qaynadardım. Sən özümünküsən, amma bu 
qardaş oğlunun mənim evimə gəldiyi birinci dəfədir. Vallah, zəmanə adamı qonaq 
yanında da xəcalət eləyib. 
Suren və Hayk əllərini çörəyə uzatdılar. Arzo sözünə  davam elədi: 
- Bilirsinizmi, oğul, bu yaşayış necə  şirindirsə, adam mənim kimi qoca 
vaxtında da ölmək istəmir. Düzü, bir vaxt elə  təngimişdim ki, özümü qayadan-
zaddan atıb, dünyanın qiylü-qalından qurtarmaq istəyirdim, sonra fikirləşdim ki, 
yox, bu kişilikdən deyil. Ölmək həmişə var. Yaşayıb elə bu zəmanənin axırını 
görmək lazımdır. 
- Bəli, yaxşı eləmisən! Ölmək nədir? – deyə Hayk əlini çörəkdən çəkib su 
içdi. – Tez ölməyin faydası bir qara torpağadır, ay Arzo dayı!.. 
- Sağ ol, Arzo dayı, - deyə Suren nimçəni geri itələdi. – Sənin çörəyini 
yedik, özün ac qalacaqsan… 
- Halal xoşunuz olsun. Fikir eləmə, Allah kərimdir… Hə, yorğunsunuz, bir 
az yatın, dincəlin. Mən də kartofu suvarım qurtarım. – Arzo nimçəni götürüb rəfə 
qoydu, bir yastıq gətirdi. – Bunu da qoyun başınızın altına, - deyə evdən çıxdı. 
Surenlə Hayk bərk yorğun olduqlarından axşama kimi yatdılar.  
…Zəif şölə verən çırağı gördükdə, Suren dedi: 
- Görürsənmi, Hayk nə qədər yatmışıq – axşam düşüb… 
- Hə, yaman yatmışıq, yaxşı da dincəldim… 
- Bəli, çox şirin yatmışdınız! – deyə Arzo dilləndi və gülümsəyə-gülümsəyə 
əlavə etdi: - Bu gün kəndə yaman vəlvələ düşmüşdü… 
- Nə vəlvələ? 
- Kartof suvarırdım, gördüm bizim qonşu Xaçik küçə ilə üzü aşağı danışa-
danışa, deyinə-deyinə gəlir. Dedim, ərə, nə var, yenə deyinirsən? Ayağını saxlayıb 
dedi: «Nə eləyim, kəndxuda camaatı  işdən avara eləyib, yığıb divanxananın 
qabağına ki, bu saat deyin görüm, qapılara, divarlara kim kağız yapışdırıb? Ha 
çığırdı, ha söydü, boynuna alan olmadı». 
- Arzo dayı, Saak hardadır? – deyə Suren qəsdən söhbəti dəyişdi. – Bilirsən 
hansı Saakı deyirəm? 
- Bilirəm, Baqratın dərzlərini zəmidən evinə aparan, sonra da qazamata 
salınan Saakı deyirsən. Onun işi indi çox yaxşıdır, kefi kök dolanır. Özü də köçüb 
Şəkiyə. Atalar deyər: atın ölümü, itin bayramıdır.  Şəkidə hazır evə, bol torpağa 
sahib olub. Daha Allaha bəndəlik eləmir. Hərdənbir  Əngələvidə  gəlir…  İndi 
Baqratla canbir qəlbdədirlər… 


 
124
- Baqratla? Hardan hara, belə? 
-  Əşi, hardan hara nədir?! Saak indi kəndxudadır… Kim hökumətin 
barəsində bir söz danışır, o saat aparıb qoyur Karonun ovcuna. Satqın köpək oğlu 
yazıq kəndlilərdən çoxunu dama basdırıb. Məbadə, məbadə o itin gözünə 
görükəsiniz ha!.. 
Suren dedi: 
- Yaxşı, başa düşdüm. Çox sağ ol, Arzo dayı. Bəs Qurgendən nə xəbər var? 
- Hansı Qurgeni deyirsən? Çolaq Zaxarın oğlunu, ya Baqratın qardaşını? 
- Baqratı qardaşını. 
- Qardaşı  qızının dediyinə görə, heç bir xəbər yoxdur. Elə o gedəndir ki, 
gedib. Gəlsə  də bu kənddə qala bilməz. Siranuş deyir: «Atam əmimin kölgəsini 
qılınclayır. Vallah, əlinə düşsə, parça-parça eliyəcək…». 
- Siranuşu harda görürsən? Sizə gəlib gedir? 
- Hərdənbir. 
- Nə əcəb? 
Arzo fikrə getdi: «Surenə nə cavab verim? Deyim ki, sənin dəli olub çöllərə 
düşən anan hərdənbir bizə gəlir, Siranuş ona evlərindən gizlin yemək gətirir?» 
Arzo kişi yenə Surenin ürəyini sıxmamaq üçün həqiqəti pərdələdi. 
- Siranuş mehriban uşaqdır, atasına, anasına heç oxşamayıb. Ötəndə, 
keçəndə dönür, halımı xəbər alır… 
- Siranuş hələ ərə getməyib? – deyə Suren birdən-birə soruşdu. 
Arzo daha yalan, uydurma danışmaq istəmədi. Lakin birdən yox, dolayı 
yollarla, Siranuşun nişanlandığını deməyi qət elədi. 
- Axı, onun qardaşı Samvel Karonun yanında qulluq eləyir… Hə, bəli, 
Karo… Karo onlara gəlib gedir. Ancaq sən heç qızın dilindən düşmürsən… 
- Karoyamı ərə gedib? – Suren bir qədər qəti və kəskin soruşdu. 
Arzo: «Getməyib, nişanlanıb» demək istəyirdi ki, Siranuş içəri girdi. İşıqdan 
gəldiyi üçün bir neçə an gözü heç kəsi seçmədi. Birdən Sureni görəndə, heyrətdən 
donub qapının yanında qaldı. 
Arzo: 
- Gəl qızım, Siranuş! – dedi. – Surengilə salam niyə vermirsən? – Siranuş 
sanki yuxuda idi, ayıldı, qoltuğunda tutduğu bağlamanı yerə atıb heç kəsə 
əhəmiyyət verməyərək, hər  şeyi unudaraq, onun boynunu qucaqlamaq üçün 
qollarını açdı. Lakin yerində  hərəkətsiz oturmuş Surenin üzündəki soyuqluğu 
görüncə qolları yanına düşdü, ev başına fırlandı… 
Arzo Hayka bayıra çıxmaq üçün başı ilə işarə verdi. Hər ikisi qalxıb içəridən 
çıxdı. 
Qara damı sükut bürüdü. Siranuşun qəlbini parçalayan lal dəqiqələr keçdi… 
Sanki daş divarlar, qaranlıq bucaqlar belə, kimi əvvəlcə dillənəcəyini gözləyirdi. 
Siranuşun dodaqları qeyri-iradi olaraq titrədi: 
- Su-ren! Nə yaxşı gəlmisən! Axı səni bir ildən artıqdır ki, görmürəm. Suren! 
Üzümə bax! Ayrılığına, həsrətinə dözə bilmirəm. – Siranuş qolunu onun boynuna 
aşıranda Suren qoymadı. 
- Qolunu götür, - dedi. – Nişanlın gəlib görər… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə