Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   41   42   43   44   45   46   47   48   ...   111

 
114
Karo yenə amiranə tərzdə soruşdu: 
- Doktor, nə fikirləşirsən? 
- Nəsihətlərini eşitdim. İndi xalqa yaxşı xidmət etməyi fikirləşirəm. 
- Bax, belə ha!.. Ona şadam ki, sözlərim təsirsiz qalmadı. Gedək, doktor! 
Onlar qalxıb bayıra çıxdılar. 
Qapının dalında dayanmış Aşot Arakelə müraciət edərək dedi: 
- Bjişk Arakel əmi, Xınzirəkdən bir adam gəlmişdi, səni çağırırdı… 
- Kim idi? Nə istəyirdi? 
- Bir kəndli idi, içəri buraxmadım. Deyirdi ki, həkimi aparmağa gəlmişəm. 
Azarlım var. 
- Bəs necə oldu? 
- Getdi sizə. 
- Görən kimdir xəstələnən? 
- Doktor, mənim qapıçım törə  Aşot ki, var – heç xeyir xəbər söyləməz… 
Zalım oğlu bayquşdur… Sən narahat olma. Gedək. 
Arakellə Karo getdi. 
Aşot Karonun dalınca nifrətlə baxıb dedi: 
- Bayquş sənin atandır, özünsən! Meyitini görüm ki, Siranuş sənə də qismət 
olmayacaq. General-nahankapet olma, lap Allah ol, səni istəyən yoxdur… - O, 
köksünü ötürüb tüfəngi bir az yuxarı qaldıraraq, dedi: - Dəli  şeytan deyir, itin 
gicgahına bir güllə vur!.. Yox, yox. Mənim işim deyil… Doğrudur, məni incidir, 
lağa qoyur, amma niyə öldürüm?.. Görən öldürə bilərəm?.. Bunu bacarsam, nə 
yaxşı ad çıxardaram! Vallah, Siranuş elə sevindiyindən mənə gələr. Axı o, Karonu 
istəmir… Nə olsun ki, nişanlanıb… Hər adam nişanlısına qismət olmur ki… 
 
Ziddiyyətli xəyallar içində müəyyən bir fikrə  gələ bilməyən Aşot tüfəngin 
qundağını sağ ayağının yanına qoyub, postunda düz dayandı. 
Vahanla Suren harada yaşadıqlarını daşnaklara bildirməmək, onların tələsinə 
düşməmək üçün tez-tez yerlərini dəyişdirirdilər. Gah bu kənddə, gah o kənddə, 
ürək qızdırdıqları adamların, kommunistlərin evində qalırdılar. Onlar müsəlman 
kəndlərinin dağıdılması  nəticəsində, Comərd və  Şahmərdandan ayrı düşdüklərinə 
təəssüf edirdilər. Lakin, bilirdilər ki, bu ayrılıq müvəqqətidir, yenə birləşərək, bir 
yerdə mübarizə aparacaqlar. Vahanla Suren və başqa kommunistlər Bərgüşad 
qəzasının müsəlman kəndlərindəki kommunistlərlə zəif də olsa, əlaqə saxlayırdılar. 
Onlar bir an da belə inqilabi fəaliyyətlərini dayandırmırdılar; gündən-günə sıraları 
artan ilk partiya özəklərinə möhkəm arxalanmışdılar. Ancaq bu qüvvənin camaatı 
ətrafına toplayıb açıqdan-açığa üsyan qaldırması  və hakimiyyəti  ələ alması  hələ 
tezdi. Daşnak qoşun hissələrinin qarşısında kommunistlər və onlara rəğbət 
bəsləyən bitərəflər silahsızdılar. Bakı  və  İravanla  əlaqə son vaxtlar zəifləmişdi. 
Sergey Musatovdan, Qurgendən və  həbs edilmiş başqa yoldaşlarından xəbər 
yoxdur. Lakin bununla belə sabahın qələbəsinə tam inamla baxan Zəngəzur 
bolşevikləri kəndliləri mənəvi cəhətdən döyüşə hazırlayırdılar. 
Vahanla Suren üç gün idi ki, başqa kənddən Xınzirəyə, Hayk Aslanyangilə 
qayıtmışdı. 


 
115
Hayk daha Kafan mis mədənində  işləmirdi. Fəhlələrin maaşlarının 
artırılmasını dəfələrlə tələb etdiyi üçün mədən müdiri onu işdən çıxartmışdı. Neçə 
vaxt idi ki, kənddə öz balaca təsərrüfatında işləyirdi. 
Vahanın təsiri nəticəsində bolşeviklərin sırasına təzə daxil olmuş bu gənc və 
çevik oğlan partiya təşkilatının hər bir tapşırığını yerinə yetirirdi. O, gizli inqilabi 
işdən xüsusi zövq alırdı… 
…Suren ata-anasının, bacısının taleyini düşünürdü. Neçə ay idi ki, onlardan 
xəbəri yox idi. Ancaq, ürəyində fikirləşirdi: «Yəqin, atamgil yığışıb Gorusa 
getdilər, məni orda görmədikləri üçün, başqa kəndə yollandılar.  İndi mən onları 
harda tapacağam?!.» 
Suren həyətə baxıb tez qayıtdı. Vahana müraciətlə dedi: 
- Məncə, yola düşməyimin vaxtıdır. Əl-ayaq çəkilib, qaranlıq düşüb… 
Cib dəsmalından dovşan qayırıb Haykın balaca oğlunu mehriban bir baba 
kimi əyləndirən, güldürən Vahan Surenə tərəf çevrilib dedi: 
- Vaxtdır? – O, saatına baxdı, - hə, on birə  işləyib. Demək getməyi qət 
elədin? 
- Bəli, danışdığımız kimi. 
- Etirazım yoxdur. Neçə vaxtdır evinizdən nigaransan, get. 
- Bəli, həm kəndlilərin «payını» verim, həm evimizə bir baş çəkim. 
- Hə, ata-ana məhəbbəti böyük və incə  məhəbbətdir. Mən axır vaxtlar hiss 
edirəm ki, sən onların fikrini çox çəkirsən. Get görüş, vəziyyətlərini bil. – Vahan 
nə isə fikrə gedib, sonra soruşdu: - Ancaq hardan gedəcəksən? 
- Yolumu göyşənlərdən salacağam.  Əvvəlcə gedəcəyəm Qızılcığa, ordan 
yenəcəyəm  Şəkiyə, ordan da birbaş  Əngələvidə. Qayıdan baş Qarakilsədən 
gələcəyəm. 
- Səni tutsalar? Axı yanında kağız-kuğuz olacaq. 
- Narahat olma, gecə gedəcəyəm, gündüzlər qayaların taxçalarında, 
kahalarda gizlənəcəyəm. Belə  şeylərdə bir az təcrübəm var… - Suren güldü və 
Hayka müraciət elədi: - Qardaş, kəndlilərin «payını» gətir. 
- Mən də  səninlə gedəcəyəm, - deyə, - Hayk yerindən quş kimi sıçradı. – 
Səni tək buraxmaram. 
- Sən hara gedirsən, - deyə Haykın arvadı təəccüblə ərinə baxdı. 
Hayk: 
- Narahat olma, ay Şuşanik! – dedi. – Sureni tək buraxa bilmərəm. Bir də 
meydana girdin, gərək kişi kimi girəsən. Hə, biz gələnəcən Vahan dayı ilə söhbət 
vurun. O, sənin oğluna dovşan qayırsın, sən də ona kartof bişir yesin, süd ver 
içsin… Hə, belə… 
Suren Haykın onunla getməsinə razı olmadısa da, yoldaşlığı, dostluğu hər 
şeydən uca tutan Hayk fikrindən dönmədi. 
Hayk qapını bağladı, paltar yükünün üstünə  çıxıb, evin hisli dirəkləri 
arasından balaca bağlama çıxarıb gətirdi. 
- Bir qədər mən götürüm, bir qədər də sən! – deyə bağlamanı açdı. 
Suren yalnız üç cümlə yazılmış çağırış vərəqələrindən qoynuna qoydu. 
Hayk papağının astarını bir az söküb, vərəqələrdən bir qədər səliqə ilə 
papağın içinə qoydu, sonra gülə-gülə dedi: 


 
116
- Bunların yolunda başımı verərəm. 
Sanki iki doğma oğlunu müqəddəs bir vəzifəni yerinə yetirmək üçün 
təhlükəli səfərə göndərən Vahan, Surenlə Haykın boynunu qucaqlayıb dedi: 
- Mənim əzizlərim, ehtiyatlı olun, özünüz də çalışın, beş-altı günə qayıdın. 
Əvvəlcə Suren evdən çıxdı, sonra Hayk oğlunun üzünə, arvadının gözünə 
baxıb, bir söz demədən qapıya sarı addımladı. 
Vahan özü yazıb şapiroqrafda çap elədiyi vərəqədən birini götürüb ürəyində 
oxudu: «Mülkədar və dövlətlilərin torpaqlarını təzədən yoxsullar arasında bölmək 
lazımdır. Daşnak hökuməti torpaqsız kəndliyə torpaq verməyəcək. Kəndlilər, 
torpaq uğrunda, gözəl yaşayış uğrunda mübarizəyə qalxın!» 
Anasının qucağından düşüb Vahanın dizi üstə  çıxan uşaq, onun əlindən 
tutub: «Dovşan, dovşan qayır!» deyə dəsmalı Vahana verdi. 
Bir an içində xəyalən dünyaları dolaşan, gənclərə, qocalara, uşaqlara – bütün 
insanlara səadət arzu edən və məhz bu yolda çalışan Vahan fikirdən ayrıldı. Uşağın 
şən və gülər gözlərinə baxıb dedi: 
- Yaxşı, gülüm. Şuşanik bu vərəqələri yerinə qoysun, mən də  sənə dovşan 
qayırım. 
Kommunistlərinin və onun nəcib, mübariz yoldaşlarının sirrini ürəyində 
möhkəm saxlayan Şuşanik vərəqələrin qalanını yenə götürüb öz yerinə qoydu, 
qayıdıb gəldi. 
Uşaq sevinə-sevinə, gülə-gülə «dovşanın» qulaqlarından tutub oynatmağa 
başladı. 
 
Şuşanik həmişəki kimi, yatağından erkən qalxdı. «Dovşanını» da qolunun 
üstünə alıb mışıl-mışıl yatan balaca oğlunun yan-yörəsini basdıraraq evdən çıxdı. 
Həyəti süpürdü, var-yoxları bircə ala inəyi oxşaya-oxşaya sağdı. Sonra həyətdən 
çıxarıb, kəndin içində naxıra qoşdu. Qayıdıb ocağı yandırdı, südü qazana töküb 
odun üstünə qoydu. 
Çox keçmədi ki, Vahan da oyanıb həyətə  çıxdı, aftafanı götürüb əl-üzünü 
yumağa başladı. 
Şuşanik Vahanın yerini yığışdırdı. Palazın üstdə süfrə açdı, çörək və mis 
kasada süd qoydu. Vahanı evə çağırdı. 
Onlar ata və qız kimi danışa-danışa yeməyə başladılar… 
Şuşanik süfrəni yığışdırıb ayağa qalxdı. 
- Mənim balaca dostum nə bərk yatıb, - deyə Vahan güldü. – MaşAllah, çox 
sevimli uşaqdır. 
Şuşanik süfrəni təknəyə, kasanı rəfə qoyub gəldi. Oturub dedi: 
- Hə, Vahan dayı, uşağı özünə  bərk öyrətmisən. «Dovşanı» da qucağında 
yatıb. Səni atama oxşadır, elə bilir babasısan. Atam da onu çox əzizləyir. Palçıqdan 
qoyun, xoruz, at qayırır, nə bilim, darağı mizqan kimi çalır, uşaq da gülür, sevinir. 
Dəcəl şeydir… 
Onlar bir neçə saat şirin-şirin söhbət elədilər. 
Yeri düşdükcə  hər ürəyə bir ümid, bir mübarizə  qığılcımı salan, xoşbəxt 
gələcəyin təbliğatçısı kimi, bunu özünə vəzifə bilən Vahan, Şuşanikə mübarizələrin 
nə üçün getdiyindən, gələcəkdə həyatın necə olacağından danışdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə