Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   34   35   36   37   38   39   40   41   ...   111

 
97
döysə  də heç dinmə. Özünü Baxış  bəyin yanında qəmli-qüssəli göstərmə. O 
sülənən itin xasiyyətini mən bilirəm: sənə yenə baş bir olmağı təklif eləyəcək. Sən 
buna razı ol. Üzünə gül, bir az da naz-qəmzə sat. Hara desə, get. Yaxşı olar ki, onu 
zəmiyə aparasan. Ancaq vaxtı axşama sal. Mən çardaqda oturub baxacağam. Siz 
gedəndə, dalınıza düşəcəyəm… Siz zəminin içinə girəndə, mən, əlimdə balta, onun 
başının üstünü kəsəcəyəm. Qorxma, Növrəstə, o dəyyusu sağ buraxmayacayıq. Hə, 
belə!.. Bəlkə fikrindən dönürsən? Qorxursan? 
- Yox. Bu saat mən heç kimdən, heç nədən qorxmuram. Ölümdən artıq nə 
var, mən ondan da qorxmuram. 
Camal ona əskiyə bükülmüş iti bir qəmə verdi. 
- Hə, indi get, bacı! 
…Növrəstə darvazanı açıb içəri girmək istəyəndə, Baxış bəylə üz-üzə gəldi. 
- Aha… gəlib çıxdın?! – Baxış bəy güldü. – Mənim gözüm yolda qalmışdı, a 
dağlar maralı! A Şəki maralı, bir bəri dur. – Onu qapının dalına çəkdi. – Səni 
axtarmağa gedirdim. Yaxşıdır ki, özün gəlib çıxdın… 
- Hə, deyirəm axı, məni axtarmağa gedirdin!.. Kişilərin elə hamısı  sənin 
kimidir. Məni tək qoyub gəldin… Demədin ki, yazığı qurd-quş basıb yeyər… 
- Neyləyim, gördüm ürəyin gedib, ayılmırsan. Dedim, sonra özü gələr. Sən 
özün də bilmədin ki, mən payımı necə aldım. Ha… ha… ha… Keçənə güzəşt 
deyərlər… 
- Hə, deyərlər… Bir gör üz-gözümü nə hala qoymusan?.. İndi mən camaatın 
içinə necə çıxacağam, nə deyəcəyəm? 
- Deyəcəksən pişik cırmaqlayıb. Kələk bacarmırsan? De ki, yıxılmışam, 
üzümü tikan cızıb. Yaxşı, de görüm, indiyə kimi harda idin? 
- Qardaşımın yanına getmişdim. Gecə yarısı, bu gündə evə necə  gələ 
bilərdim. Qardaşım soruşdu ki, üzünə nə olub, dedim, it qapıb, dişinin yeri qalıb. 
Dedi: «O, necə itdir ki, üzünə dırmaşıb?» Dedim, yaman itdir, azar dəymiş, birdən 
məni qarmaladı… 
Baxış bəy gülərək: 
- Yaxşı uydurmusan, - dedi. – BərəkAllah! Amma anama və  Şöləyə elə 
demə, inanmazlar. Yaxşı. Bu gün görüşürükmü? 
Növrəstə: 
- Yox, - dedi, sonra gülərək  əlavə elədi: - Niyə, iş peşədir? Özü də günün 
günorta çağı… Hələ üzümün yarası sağalmayıb, canımdan ağrı  çıxmayıb. Yox, 
daha elə işlərdən gözünü çək! Bir dəfə nə oldu, qurtardı getdi. Mən o yolun adamı 
deyiləm!.. 
- Bir dəfə nədir, ay dəli! Nə qədər ki, mən varam, sən varsan, aramızdan su 
keçməyəcək… Vallah, dünyanı versələr, səndən keçəsi təhərim yoxdur. Hə, yaxşı, 
indi hara gedək? Bağ necə olar? 
- Dedim ki, gündüz mən heç yerə getməyəcəyəm. Biabır olaram… 
Baxış bəy tez onun sözünü kəsdi: 
- Daha naz eləmə, sən atanın goru. Necə deyərlər, gönü suya verəndən sonra, 
mənə naz-qəmzə satır. Yaxşı, gündüz qorxursan, axşam görüşərik, ancaq harda? 
- Yenə orda… 


 
98
- Zəmidə? Mənim gözüm üstə. Gün batanda. Sən bir az qabaqca gedərsən, 
mən də sənin dalınca qarabaqara gələrəm. Kənddən bir qədər uzaqlaşandan sonra
cüt gedərik… Bax, belə!.. Sənin gözünü yeyim, a Şəki maralı!.. 
Baxış bəy xırmana, Növrəstə isə evə getdi. 
Aftab xanım, Növrəstəni eyvanda görən kimi, onu aldı getdi. 
- Ay qız, hardasan? Hansı cəhənnəmdəsən? Bilmirsən iş-güc tökülüb qalıb? 
Baxış dedi ki, qardaşının yanına getmisən. Yaxşı, getdin, bir saat otur, iki saat otur, 
cəhənnəm ol gəl də… Sənin o burnu fırtıxlı qardaşın o qədər şirin olub bəyəm?! 
Yaxşı, sür-süfətin niyə o günə düşüb? De görüm lotun kimdir, ay qız, səni yer 
yesin, belə kəniz! Yox, deyəsən buğda çörəyi səni qudurdub… 
- Yıxılmışam, daş əzib, xanım. Mənim lotum yoxdur. 
- Yalan danışma! – Aftab xanım hirsləndi. – Ay bihəya, o daş yarasıdır, ya 
diş? Məni aldadırsan?! Mənim evimdə oyunbazlığa başlamısan?! De görüm lotun 
kimdir? 
Növrəstə dillənmədi. 
Şölə xanım gəldi. 
Aftab xanım təzədən qızışdı. 
- Şölə, sən Allaha, bizim bu qaçqın kənizin sifətinə bax! Görürsən?.. 
Şölə xanım yaxına durub, Növrəstənin yanaqlarına diqqətlə baxdı. 
- Hə-ə-ə!.. Lap təzəcə diş yeridir… 
- Boynuna almır axı! Lotusunu demir ki, Baxışa deyim, gedib mənim 
qulluqçuma sataşan adamın başını it qibləsinə  kəssin.  Əl-ayağını  yığışdır ha, 
vallah, səni bir Növrəstə elərəm ki, adını da yadından çıxardarsan… Dedik, yaxşı 
iş görəndir, kəniz götürdük, ta demədik ki, bəy evində qancıq kimi kürsəyə gəl!.. 
Üz-gözünü gizlət ki, Baxış görməsin, o, belə  şeyləri qəbul eləməz. Yeri səhəngi 
götür, su gətir! 
Növrəstə başını aşağı salıb getdi. 
- Yaxşı  işlək köpək qızıdır, amma… Bundan sonra, gərək üstündə göz 
olaq… Gedib qarnına da birini qoyar, bizi biabır elər… Mən bizim dəyirmançıdan 
şübhələnirəm. O, bir az şorgöz gədədir… 
Aftab xanım deyinə-deyinə getdi. 
Şölə xanım barmağını  ağzına qoyub fikirləşdi: «Görəsən Növrəstə Baxışla 
bir yerdə deyilmiş?! Axı, o da evə gec gəldi…». 
…Növrəstə mis səhəngi çiyninə alıb evdən çıxdı. Darvazadan aralananda, 
Camalgilə tərəf baxdı, bir iki dəfə əl elədi. Çardaqda oturmuş Camal onun işarəsini 
başa düşdü. 
Növrəstə çaya enəndə, Camal ona yaxınlaşdı. 
Növrəstə yavaşdan dedi: 
- Gün batandan sonra… Zəmiyə gedəcəyik… 
- Yaxşı, yaxşı! 
Camal tez geri qayıtdı. 
Növrəstə suyu apardı. Axşama kimi bəzi işləri gördü… 
Gün batdı. Xanımlar otağa çəkildilər. Kənddə əl-ayaq yığışıldı. 
…Növrəstə qabaqca, Baxış bəy bir az ondan aralı gedirdi. 


 
99
Özünü heç kəsə göstərməmək üçün yolun altındakı kol-kosların arası ilə 
belini əyə-əyə gedən Camal onları izləyirdi. 
Baxış bəylə Növrəstə qoşalaşdı. 
Gündüzdən saqqalını  qırxdırıb, özünü bu gecəki görüşə hazırlamış Baxış 
bəyin ürəyi sevincdən sinəsinə  sığmırdı. Öz-özünə deyirdi: «Bu zəhrimar nəfs 
adamı dağdan-qayadan atar…». 
Növrəstə tutqun və qəzəbli idi. Qisasını necə alacağı haqda düşünürdü… 
Sanki bütün təbiət, qisas almağa gedən Növrəstəyə  təskinlik, ürək-dirək 
verirdi. 
Növrəstə addımını basdığı  hər daş-qum, hər torpaq zərrəsi sanki deyirdi: 
«Növrəstə, sən o axşam da bu yoldan dəli ceyran kimi ürkə-ürkə at döşündə 
keçdin… Səni zalım bir ovçu izləyirdi.  İndi onu özün gətirmisən…  İndi o, sənin 
ovçun yox, ovundur… Dizlərin, əllərin titrəməsin. Onu ürəyinin başından vur!..» 
Yarpaqlarının xışıltısı gözəl və həzin nəğməni xatırladan qoca çinar da sanki 
adam kimi dilə  gəldi: «Məni tanıyırsanmı, Növrəstə! Mən nağıllarda adı  çəkilən 
əfsanəli çinaram. Yoldan ötənlər mənim kölgəmdə  sərinləyir, dincəlirlər… Hər 
budağımda bir leyləyin yuvası var. Mən qüvvət və ucalıq rəmziyəm. Qoynundakı 
qəmənin sapı məndən qayrılmışdır. Onu əlində bərk tut! Qisasını al, başını mənim 
kimi uca saxla!..» 
Baxış bəylə Növrəstə zəmiyə girdilər. 
- Daha bəsdir, o tərəfə getmə! – deyə Baxış bəy Növrəstənin qolundan tutub 
saxladı. – Otur, otur, a Şəki maralı! 
İkisi də oturdu. 
- Ancaq, tez ol, ağa! 
- Mən səndən çox tələsirəm… Atam, anam sənə qurban, a Şəki maralı! – 
deyə Baxış  bəy sevinc və ehtirasdan əsən bədənini Növrəstənin sinəsinə  yıxmaq 
istəyəndə, Növrəstə  qəməni xəlvəti qoynundan çıxartdı. Elə bil ki, bu an onun 
ürəyinə dəryalar qədər nifrət hissi doldu. Elə bil ki, qollarına dağlar qədər qüvvət 
gəldi. 
Polad qəmə öz işini gördü… 
Baxış bəy ayı təkin bağırdı, qarnını tutub yerə aşdı. 
- Ah, hiyləgər qancıq! Sən nə yaman… - Baxış  bəy sözünün dalını deyə 
bilmədi… 
Növrəstə qəməni ikinci dəfə onun ürəyinə endirəndə, Camal özünü yetirdi. 
İki  əlli tutduğu baltanı  xıjmla endirdi. Başı kötük kimi ikiyə parçalanan bəyin 
iniltisi kəsildi. 
Növrəstə dedi: 
- Qoy dünyaya car olsun ki, mən öz qisasımı aldım! 
- Bəli, buynuzsuz qoçun qisası, buynuzluda qalmaz! Gedək bacım! Sağ ol, 
Növrəstə! 
Nədənsə Növrəstə özünü itirmiş kimi idi. Sanki o, qoçaqlığına inanmır, 
özünü xəyal aləmində hiss edirdi. 
- Gedək, Növrəstə! Deyəsən axı, səni qan tutub? – Camal yerə düşmüş 
qəməni götürüb ona verdi. – Al yala! Görürəm səni qan tutub… Yala ürəyin sakit 
olsun! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə