7
…Karo kef havasına
gah oxuyur, gah qışqırır, gah o yandan, bu yandan
danışırdı. O, əlindən yerə qoymadığı buynuzu yuxarı qaldırıb dedi:
- Bunu da içirəm sənin sağlığına! Baqrat ağa, qorxma, nə qədər ki, mən
varam, sənin gözünü püləyən olmaz… Hə, istəyirsən günü bu gün, lap indicə
Şükarın, Məliklinin, Pulkəndin, dağıdılmış müsəlman kəndlərinin hamısının
torpağını alıb sənə verim.
Mən Karoyam, mən Zəngəzurun general-
qubernatoruyam. Bir sözüm iki ola bilməz!..
- Elədir, elədir, mənim giyəvim mahalın kilidi, açarıdır. İçək! – Baqrat
buynuzu başına çəkdi.
Karo içməyib, danışığına davam etdi:
- Mən Karoyam! Mən general-qubernatoram. Heç bir cinayətkar başını
məndən gizlədə bilməz. Tapacağam, Qrikorun qatilini göyün yeddi qatında, yerin
dibində olsa da, tapacağam! Onu iti öldürən kimi, özüm öldürəcəyəm. Mən
hökumətəm…
Karo əlini tapançasına atmaq üçün buynuzu yerə qoydu, şərab tökülüb
süfrəni batırdı. Baqrat onu tapançanı çıxarmağa qoymadı.
- Sakit ol, bala! – dedi. – Qrikoru öldürəni özüm tapıb sənə verəcəyəm.
- Ver, ver! – deyə Karo sərxoşluqdan axan gözlərini Baqratın miss kimi
qızarmış üzünə dikdi. – O qatil bəlkə mənim gözümün qabağındadır, görmürəm?!
Nə qədər
içsə də huşunu itirməyən, özünü-sözünü bilən Baqratın kefi yenə
pozuldu. Fikrinə cürbəcür şeylər gəldi: «Bəlkə, Karo bir sudur anlayıb? Özünü
sərxoşluğa vurub məndən söz almaq istəyir? Yoxsa, yaxşıca yeyib-içdiyimiz yerdə
Qrikor məsələsini niyə ortalığa atırdı?!»
- Yox, Baqrat ağa, mən hər şeyi görürəm: səni də, evi də, bax, bu əyri öküz
buynuzunu da… Mən Karoyam, mən general-qubernatoram!.. Sən kimsən? De,
kimsən? Dillən!
Baqrat dillənmədi. Onu sakit eləməyə çalışdı.
Aşot içəri girib, Saakı gətirdiyini söylədi. Karo dedi ki, onu içəri buraxsın.
Aşot çıxdı, dərhal Saakla bərabər qayıtdı.
Saak salam verib, Aşotun yanında, qapının ağzında dayandı.
Karo yerindən
qalxdı, səndələyə-səndələyə gedib Saakın qabağında durdu.
- Sən kimsən?
Bu sual Saaka qəribə gəldisə də, ciddi cavab verdi:
- Mən Saakam, çağırtdırmısan, gəlmişəm.
- Yox, yox, özün özünü tanımırsan… Sən cırtdansan, xortdansan. Ha… ha…
ha…
Baqrat yerindən dilləndi:
- Ərə, mənim dərzlərimi aparan köpək oğlu, qazamatdan qaçmısan?
- Məni danlağa, söyməyə çağırmısınız?
- Kəs səsini, utanmaz! Bəs hanı sənin bolşevik yoldaşların?
Karo:
- Baqrat ağa, sən öz işində ol, şərabını iç! – dedi. – Aşot!
Aşot tez farağat vəziyyətində durdu:
- Bəli, ağa!
- Bu bolşevik Saakı apar sal zirzəmiyə.
8
- Nahankapet ağa, axı mən…
Karo Saakın sözünü kəsdi:
- Uzun danışma! Yeri, sonra danışarıq!.. Apar!
Aşot Saakı apardı. Baqrat da durub onların ardınca getdi.
Karo səndələyə-səndələyə gəlib yerində oturdu.
Kürəyini mütəkkəyə söykəyib, oxumağa başladı:
Səma parlaq,
hava xoş,
Hər yan çiçəkdi, güldü,
Bülbül də öz gülündən
Ətir çəkməyə gəldi.
Sən də may çiçəyitək
Açılmış halda, ay qız,
Sevgilinin
yanında
Gəl otur, qoyma yalqız
1
…
Nvard daxil oldu.
- Bıy, səsinə qurban olum! Belə gözəl oxumağın da var? – deyə süfrəni
yığışdırmaq istədi.
- Qoy süfrə qalsın, gəl mənim yanımda otur. – Karo Nvardın qolundan tutub
öz yanına çəkdi. Qolunu boynuna salıb üzündən öpdü.
- Bıy, ay bala, məni öpüncə, get nişanlını öp də… Keflilik nə pis olar! –
deyə Nvard kənara çəkildi. –Sənin gül kimi nişanlın var.
Onun bu sözləri elə bil ki, oğrunun yadına daş saldı.
- Necə? Nişanlımı? –
Karo ayağa durdu, oxuya-oxuya Siranuş yatan otağa
keçdi. – Nə yatıbdır nişanlım, mənim qəşəng nişanlım, mənim mələk nişanlım!..
Karo Siranuşa yaxınlaşıb, yanında oturub əlini qızın qabarıq sinəsinə atdı.
Siranuş bərk-bərk yorğana büründü. Karo onun qırmızı yanağından öpmək üçün
əyildi. Tünd şərab iyi qızı vurdu. Başını yana çevirib, dirsəyi ilə Karonu geri
itələdi.
- Ay qız, niyə qoymursan?..
- Dur cəhənnəm ol, həyasız!..
- Mən sənin nişanlınam axı!.. – Karo Siranuşu birdən qucaqladı…
Siranuş gücü gəldikcə qışqırıb anasını çağırdı. Karonun vəhşi hərəkətlərinə
yol verməmək üçün balıq kimi yerdə çapalamağa başladı.
Nvard qızının qulaqbatırıcı qışqırığına içəri girdi.
Siranuş:
- Bu kefli ayını mənim yanıma niyə buraxmısınız? – dedi və hirsindən
ağlamağa başladı.
- Vaxtsız qışqırıq salmayın, oğul! – Nvard Karonun qolundan tutub kənara
çəkdi.
Karo Nvarda hirsləndi:
1
Şeir H.Hovanesyanındır.
9
- Sən kimsən? Çəkil kənara! Mən general-qubernatoram. O, mənim
nişanlımdır.
Mən Siranuşu öpəcəyəm, mən Siranuşu… - Karo özünü qızın üstünə
salmaq istədi.
- Bəsdir, bəsdir, oğul, hər şeyin təhri var, vaxtı var. Qız naxoşdur. Dur gedək
yerini salım yat. – Nvard Karonun qolundan yapışıb zorla otaqdan çıxartdı.
Ayağı yalın, başı açıq, yun kimi ağ və pərişan saçları çiyinlərinə tökülmüş
bir arvad döngəni buruldu. Həmişə vird etdiyi sözləri həzin bir səslə oxuya-oxuya
kilsəyə tərəf üz qoydu:
Saraldı gülüm,
Uçdu
bülbülüm,
Mən niyə qaldım?
Hardasan,
ölüm?..
Onun kilsəyə getməkdə məqsədi, güman ki, orada dua eləmək, bütün həyatı
boyu könlündə yaşatdığı Allahdan dərdlərinə çarə diləmək idi.
Kilsənin qabağında qar topu oynayan
uşaqlar onu uzaqdan gördükdə, hamısı
bir ağızdan qışqırdı:
- Taygöz arvad dəli arvad yenə oxuya-oxuya gəlir…
- Gəlin gedək qabağına, çəkib gətirək bura, ələ salıb gülək.
- Getmək lazım deyil, özü bizə sarı gəlir.
Balaca boylu, kök, pələ qulaq, yekə burun bir uşaq əlini yuxarı qaldırıb dedi:
- Uşaqlar, sizə məzəli bir şey danışım. Üç gün bundan qabaq bu dəli avrad
gəlmişdi bizim həyətə. Tez itimizi açıb onun üstünə qısqırtdım. Arvad Evin
qapısını açıb içəri girəndə, gözünə döndüyüm Duman onu daldan süpürlədi. Siz
öləsiniz, arvad lap at kimi kişnədi. Məni gülmək apardı. Elə bu vaxt anam evdən
çıxıb itə acıqlandı. Duman taygözün baldırını buraxdı. Anam arvadı içəri saldı,
məni danladı, döymək istəyirdi, qaçdım…
Hər gün küçələri, həyətləri gəzib-dolaşan bu bədbəxt insanı hamı tanıyırdı.
O, Araksi idi.
Oğlunun yerini demədiyinə görə döyülmüş, olmazın əzablar
verilmiş bu
ananı dəli olduğu üçün həbsxanadan buraxmışdılar.
Bir aydan bəri dəli olub səfil-sərgərdan qalmış Araksiyə kəndlilərin
münasibəti müxtəlif idi. Bəzisi qapıdan qovur, bəzisi halına acıyır, onu bu günə
salanlara qarğayır, bəzisi kəndlilik və qonşuluq xatirinə gecələmək üçün öz evində
yer və çörək verirdi.
Araksi kilsənin həyətinə girmək istədikdə, uşaqlar onun qabağını kəsdilər.
Araksi yerində dayanıb, heç bir söz demədən, gah onun, gah da bunun üzünə mat-
mat baxdı.
Uşaqlardan biri: «Nə qəşəng paltar geyib!..» deyə onun cırıq və kirli
tumanının ətəyindən çəkdi. O biri uşaq: «Ərə, ona dəymə, oynayacaq. Başla,
qolunu qaldır!» deyə əl çalmağa başladı. Başqa bir uşaq: «Oynamasın, oxusun.
Oxu, a dəli, taygöz, oxu!» deyə qəhqəhə ilə güldü.