F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Mart – Yazıçı, ədəbiyyatşünas Mirzə Müştağın 105 illiyi, (1913-2001)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə31/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   27   28   29   30   31   32   33   34   ...   146

92 

 

22 Mart – Yazıçı, ədəbiyyatşünas Mirzə Müştağın 105 illiyi, (1913-2001) 



 

 

 



 

 

 



 

 

            



 Mirzəyev Mirzə Bağır oğlu 1913-cü il martın 22-də  Bakı şəhərində anadan 

  olmuşdur. Orta məktəbi bitirdikdən sonra Mirzə Fətəli Axundov adına Müəllimlər  

          İnstitutunda  təhsil  almışdır  (1938-1940).  Eyni  zamanda  Bakı  orta  məktəblərində 

müəllimlik  etmişdir.  “Pioner”  jurnalı  redaksiyasında  pioner  və  məktəblilər 

şöbəsinin  müdiri  (1946-1948),  Azərbaycan  Radio  Verlişləri  Komitəsində  son 

xəbərlər  redaksiyasında  müdir,  bədii  verlişlər  redaksiyasında  redaktor  işləmişdir 

(1948-1953).  50-dən  artıq  ədəbi-bədii  kitabı  redaktə  etmişdir.  İşlədiyi  dövrlərdə 

ictimai    fəaliyyəti  ilə  seçilmişdir.  Ədəbi  fəaliyyətə  1939-cu  ildə  “Ədəbiyyat 

qəzeti”ndə  çap  etdirdiyi  “Qara  əlcəkli”  adlı  ilk  hekayəsi  ilə  başlamışdır.  Dövri 

mətbuatda  vaxtaşırı  çıxış  etmişdir.  “Dərsdən  sonra”  və  S.  Axundovla  şərikli 

yazdığı “İradə” adlı pyesi gənc tamaşaçılar teatrında səhnəyə qoyulmuşdur. Mirzə 

Müştaq 2001-ci il dekabrın 11-də vəfat etmişdir.  

 

Kitabları: “Şəfalı əllər” (1955), “Bakı” (1957), “Məni bağışla” (1958),   “O mənim 

dostumdur” (1964), “Bu quyular mənimdir” ( 1966), “Aydın yollarda” (1967), “Nil 

pərisi” (1973), “Qönçələr arasında” (1984), “Kimdir müqəssir” (1985)  və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 


93 

 

22 Mart – Yazıçı Sabir Azərinin 80 illiyi, (1938-2010) 

     Sabir  Əli  oğlu  Azəri  1938-ci  ildə  martın  22-də 

Azərbaycanın   Ağstafa   rayonunun   Dağkəsəmən   kəndində 

anadan  olmuşdur.  Orada  orta  məktəbi  bitirdikdən  sonra 

Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsinin 

jurnalistika  şöbəsində  təhsil  almışdır  (1956-1961).  Sonra 

"Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi (1961-

1962),  Azərbaycan  Dövlət  Televiziya  və  Radio  Verilişləri 

Şirkətində  redaktor  (1962-1966),  "Ədəbiyyat  və  incəsənət" 

qəzeti  redaksiyasında  publisistika  şöbəsinin  müdiri  (1967-

1968), "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), 

məsul  katib  (1973-1976),  "Ulduz"  jurnalında  baş  redaktor  müavini  vəzifələrində 

işləmişdir (1976-1993). Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. "Duman 

çəkilir" pyesi tamaşaya qoyulmuş, onun  əsasında "Köhnə bərə" fılmi çəkilmişdir. 

"Dalanda"  romanı  Moskvada  "Sovetski  pisatel"  jurnalında  və  onun  əlavəsi   

"Roman-qazeta"da (1990, N 22) kütləvi tirajla buraxılmışdır. Bu romanın rus dilində 

3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri onun yaradıcılığına ciddi maraq 

oyatmış,  "Molodaya  qvardiya"  və  "Sovetski  pisatel"  nəşriyyatları  povest  və 

hekayələrini  dönə-dönə  kütləvi  tirajla  buraxmışlar.  "Qorxu"  povesti  "Karvan" 

jurnalında (1990, N7), "Sonsuzluq" romanı "Azərbaycan" jurnalında (1990, Nll-12) 

dərc  olunmuşdur.  Yazıçı  otuza  yaxın  kitabın  müəllifidir.  Əsərləri  keçmiş  sovet 

xalqlarının,  habelə  ingilis,  alman,  ispan,  fin,  hind,  türk  dillərinə  tərcümə  edilib. 

Əsərləri  keçmiş  SSRİ  və  xarici  ölkə  xalqlarının  dillərinə  tərcümə  olunmuşdur. 

"Karqaya"  povestləri  (trilogiya)  "Qızıl  oraq"  ədəbi  mükafatına  layiq  görülmüşdür 

(1972). Azərbaycan Ali Soveti Rəyasət Reyətinin Fəxri fərmanı ilə təltif edilmişdir 

(1988).  2010-cu  ilin  yanvarında  infarkt  keçirən  və  ağır  vəziyyətdə  Neftçilər 

Xəstəxanasına  yerləşdirilən  yazıçı  iki  həftə  sonra  –  yanvarın  28-də  elə  ordaca 

dünyasını  dəyişib.  Həkimlərin  cəhdlərinə  baxmayaraq,  reanimasiya  şəraitində 

saxlanan S. Azərinin həyatını xilas etmək mümkün olmayıb. Yazıçı ilk dəfə 1992-ci 

ildə ağır infarkt keçirmişdi. 

Kitabları: “Nişan üzüyü” (1969), “Yol üstündə toy” (1970), “Sarı at” (1971), “Kar 

qaya” (1972), “Boz dağın nağılı” (1977), “Gecə məşəl yanır” (1977), “İlk təkan” 

(1978),  “Duman  çəkilir”  (1979),  “Darıxan  səhər”  (1981),  “Dalanda”    (1984), 

“Günəşə  sarı  gedəndə”  (1988),  “Ovçunun  xatirələri”  (1989),  “Qorxu”  (1989), 

“Sonsuzluq” (1980-1990) və s.  

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 



94 

 

22 Mart – Yazıçı Qəhrəman Qəhrəmanzadənin 105 illiyi, (1913-1990) 



 

 

 

 

 

 

 

 

 

Qəhrəmanzadə  Qəhrəman  Rüstəm  oğlu  1913-cü  il    martın  22-də  İranın 

Qaradağ  mahalında,  Əhər  deyilən  yerdə  Vərdin  kəndində  doğulmuşdur.  Kiçik 

yaşında  ikən  ailəliklə  Azərbaycanın  Gəncə  şəhərinə  köçmüşlər.  Burada  6  saylı 

məktəbi  bitirib,  Bakı  Pedaqoji  Texnikumunda  təhsil  almışdır  (1928-1933).  Sonra 

APİ-də  təhsilini  davam  etdirmişdir  (1935-1937).  Azərittifaqda  işləmişdir  (1963-

1990).  Bədii  yaradıcılığa  1935-ci  ildə  “Qızıl  Gəncə”  qəzetində    dərc  etdirdiyi  ilk 

hekayəsi  ilə  başlamışdır.  Hekayələri  dövri  mətbuatda  müntəzəm  çap  olunmuşdur. 

Qəhrəman Qəhrəmanzadə 1990-cı il yanvarın 22-də Bakıda vəfat etmişdir.  

 

Kitabları:  “Mühacirlər  dastanı”  (1944),  “İftira”  (1963),  “Tozlu  palto”  (1965), 

“Ayrılıq” (1971), “Qırmızı başmaq” (1974), “Bayraqsız adam” (1981)  və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə