F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Mart – Rus yazıçısı Maksim Qorkinin 150 illiyi, (1868-1936)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə34/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   30   31   32   33   34   35   36   37   ...   146

101 

 

28 Mart – Rus yazıçısı Maksim Qorkinin 150 illiyi, (1868-1936) 

 

Aleksey Maksimoviç Peşkov (Maksim Qorki) 1868-ci 



il mart ayının 28-də Rusiyanın Novqorod əyalətində anadan 

olmuşdur. 8 yaşında əmək fəaliyyətinə başlamışdır. Gəmilərin 

birində  qab-qacaq  satmaqla  məşğul  olan  yazıçının  istedadı 

məhz bu illərdə ortaya çıxmışdır. Tüfeyli həyat tərzi keçirən, 

yoxsulluğa məhkum olan yazıçı “Qorki” təxəllüsünü də məhz 

rus  dilindən  tərcümədə  ağrılı-acılı  həyat  mənasını  ifadə 

etdiyinə  görə  götürmüşdür.

 

1895-ci  ildə  Peterburqda  nəşr 



olunan  jurnalların  birində  çıxan  “Çelkaş”  adlı  məqaləsiylə 

məşhurluğun qapılarını açan Qorki, sonradan yazdığı “26 kişi 

və  1  qız”  hekayəsiylə  daha  da  tanınmışdır.  O,  həyatın  sərt  həmlələrinə,  taleyin 

şıltaqlıqlarına  səbrlə  dözmüşdü.  Uşaqlığı  ondan  çox  şeyləri  almışdı.  Atasını, 

anasını… Amma o, bu mübarizədən əliboş çıxmamışdı. Bu çətinliklər ona zəngin 

həyat  materialları  qazandırmışdı.  “Uşaqlıq”  romanını  onun  avtobioqrafik 

yaradıcılığının  ilk  cücərtiləri  saymaq  olar.  Əsər  oxucunu  yormur,  çünki  tərcümə 

olduqca keyfiyyətlidir. Oxunaqlı, səlis tərcüməyə görə Ənvər Məmmədxanlını yad 

etməyə  dəyər.  Çünki  o,  bu  tərcümədə  dilimizin  koloritindən,  zənginliyindən 

ustalıqla istifadə edib. Təsadüfi deyil ki, Qorki yaradıcılığında avtobioqrafik əsərlər 

çoxluq  təşkil  edir.  “Uşaqlıq”dan  başqa  onun  “Özgə  qapılarında”  və  “Mənim 

Universitetlərim” romanları da avtobioqrafik səciyyə daşıyır. Bu üç roman bir-birinə 

möhkəm tellərlə bağlıdır, trilogiyanı andırır və Qorkinin həyatı barədə bizdə kifayət 

qədər  təsəvvür  yaradır.  Qorki  gənclik  illərini  Kazanda  keçirmişdir.  Yazıçının  ilk 

hekayələri Tiflisdə olduğu müddətdə jurnalda dərc olunmuşdur. 1902-ci ildə ABŞ-a 

səyahət edən Qorki, sonradan Rusiyadan ayrılmış, Kapri adasındakı malikanəsində 

yaşamağa başlamışdır. Yazıçı 1913-cü ildə yenidən Rusiyaya qayıtmış və 1936-cı il 

iyun ayının 18-də burada vəfat etmişdir.   



Kitabları:  “Seçilmiş  əsərləri”,  “Uşaqlıq”,  “Özgə  qapılarında”,  “Mənim 

Universitetlərim” və s.  

 

İnternetdə: 

www.az.wikipedia.org

 

 

 



 

 

 

 


102 

 

31 Mart – Rus yazıçısı Aleksandr Ostrovskinin 195 illiyi, (1823-1886) 



 

 

 



 

 

 



 

 

 



Aleksandr Ostrovski 1823-cü ildə Kostroma Vilayətinin Ostrovski rayonunda 

anadan olmuşdur. 1840-1843-cü illərdə Moskva Universitetinin  hüquq fakültəsində 

təhsil  almış,  1843-1851-ci  illərdə  Moskva  məhkəmələrində  işləmişdir.  Estetik 

görüşləri  V.  Q.  Belinskinin  təsiri altında  formalaşmışdır.  İlk  əsərləri 1847-ci ildə 

dərc olunmuşdur. 1850-ci ildə tamaşaya qoyulan "Öz adamlarımızdır, düzəlişərik" 

satirik  komediyası  1-ci  Nikolayın  göstərişi  ilə  qadağan  edilmişdir.  Pyeslərində 

mühüm sosial və əxlaqi problemlərə toxunmuş, pulun hakim kəsildiyi cəmiyyəti və 

despotizmi kəskin tənqid atəşinə tutmuşdur. "Yoxsulluq eyib deyil" (1853), "Gəlirli 

yer"  (1856),  "Tufan"  (1859)  və  s.  pyeslərində  məmur,  tacir  və  mülkədarların 

tamahkarlığı,  acgözlüyü  ifşa  olunur.  Onun  dramaturgiyası  rus  teatr  sənətinin 

inkişafında  mühüm  rol  oynamışdır.  O,  Azərbaycan  dramaturgiyasına,  xüsusilə də 

Nəcəf  bəy  Vəzirov yaradıcılığına  ciddi  təsir  göstərmişdir. Abbas  Səhhət onun 

"Yoxsulluq eyib deyil" komediyasından iqtibas olaraq eyni adlı ikipərdəli mənzum 

pyes  yazmışdır.  Onun  əsərləri  hələ  keçən  əsrdə Azərbaycan  dilinə  tərcümə 

olunmuşdur.  Pyesləri  Azərbaycan  səhnəsində  tamaşaya  qoyulmuşdur.  Ostrovski 

1883-cü  ildə  Bakıda  olmuş,  gündəliyində  Bakı  səfəri  haqqında  maraqlı  qeydlər 

etmişdir.  Aleksandr  Ostrovski   1886-cı  ildə  Moskvada  vəfat  etmişdir.                            

A. N. Ostrovskinin Moskvada heykəli qoyulmuşdur.   



Kitabları: “Seçilmiş əsərləri”, “Yoxsulluq eyib deyil”, “Gəlirli yer”, “Tufan” və s. 

 

İnternetdə: 



www.az.wikipedia.org

 

 

 



 

 

 



 

 


103 

 

İncəsənət 



21 Mart – Xalq artisti, aktyor İsmayıl Talıbzadənin 120 illiyi, (1898-1967) 

     İsmayıl  Məmmədəli  oğlu  Talıblı  21  mart  1898-ci  ildə 

Bakıda sadə qulluqçu ailəsində doğulub. 1924-cü ilin sonuna 

qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli, 

hətta   estetik  prinsiplərin   psixoloji   mahiyyəti   baxımından  

bir-birinə  zidd  olan  obrazlara  səhnə  ömrü  verib.

 

Bakıda 


yaşayan  və  dövlət  idarələrinin  mühüm  ideoloji  sahələrində 

yüksək  vəzifələr  tutan  əcnəbi  millətlərin  nümayəndələrinin 

fitnəkarlığı  ilə  1932-ci  il  dekabrın  28-də  Bakı  Türk  İşçi 

Teatrının Gəncə şəhərinə köçürülməsinə qərar verildi. Halbuki 

həmin  dövrdə  Gəncədə  yerli  gənclərdən,  maarifpərvər 

ziyalılardan ibarət güclü teatr truppası vardı və onların qüvvəsi 

ilə  şəhərdə  Dövlət  teatrı  yaratmaq  mümkün  idi.  Yanvar  ayında  1933-cü  ildə  İşçi 

Teatrının  bütün  kollektivi  Gəncəyə  köçdü.  İsmayıl  Talıblı  doğma  kollektivdən 

ayrılmadı.  O,  ömrünün  sonunadək Cəfər  Cabbarlı   adına  Gəncə  Dövlət  Dram 

Teatrında aktyorluq edib. Hətta 1942-1943-cü illərdə teatrda direktor da olub. İsmayıl 

Talıblı  Gəncə  teatrında  yaradıcılığının  yetkinlik  və  müdriklik  dövrünün  parlaq 

nümunələrini  yaradıb.  Onların  daha  sanballıları  və  yaradıcılıq  baxımından  daha 

zənginləri  bunlardır:  Hacı  Səməd  ağa  ("Bəxtsiz  cavan",  Əbdürrəhim  bəy 

Haqverdiyev),  Jorj  Danden  ("Jorj  Danden",  Jan  Batist  Molyer),  Şeyx  Nəsrulla 

("Ölülər", Cəlil  Məmmədquluzadə),  Yaqo  ("Otello", Vilyam  Şekspir),  Səttarxan 

("Dumanlı  Təbriz",  Məmməd  Səid  Ordubadi),  Əbdüləli  bəy,  Aqşin,  Hacı  Əhməd, 

Rəhim  xan,  İmamyar,  Balaxan  ("Sevil",  "Od  gəlini",  "Almaz",  "Nəsrəddin  şah", 

"Yaşar" və "Aydın", Cəfər Cabbarlı), Bələdiyyə rəisi ("Müfəttiş", Nikolay Qoqol), 

Azər baba, İbrahim xan ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Süleyman 

("Həyat", Mirzə İbrahimov) və s.  

             

Məşhur  aktyor  sənətdəki  nailiyyətlərinə  görə  Azərbaycan  Respublikasının 

əməkdar artisti (4 dekabr 1938) və xalq artisti (23 fevral 1940) fəxri adları ilə təltif 

olunub. İsmayıl Talıblı 23 iyul 1967-ci ildə Gəncə şəhərində vəfat edib və oradakı 

qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında torpağa tapşırılıb. 

 

          Filmoqrafiya: Onu bağışlamaq olarmı? (film, 1959), Telefonçu qız (film, 1962) 



         

          

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə