F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Aprel – Beynəlxalq Quşlar Günü, (1894)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə37/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   33   34   35   36   37   38   39   40   ...   146

111 

 

1 Aprel – Beynəlxalq Quşlar Günü, (1894) 

 

 

 



Hər  il  bütün  planet  Beynəlxalq  Quşlar  Gününü  (International  Bird  Day)  – 

beynəlxalq  ekoloji  bayram  kimi  qeyd  edir.  Bu  bayram  1894-cü  ildə  ABŞ-da 

meydana  gəlmişdir.  Kütləvi  informasiya  vasitələrinin  sayəsində  populyarlıq 

qazanan bayram tezliklə bütün ştatlarda qeyd edilməyə başlanıb, sonradan Avropaya 

keçib.  İndi  isə  YUNESKO-nun  “İnsan  və  biosfer”  bioloji  proqramı  çərçivəsində  

dünyanın bir çox ölkələrində qeyd olunur.  

Hər  ilin  bu  günü  təbiətsevərlər  quşlar  üçün  yuvalar  düzəldir,  suda  yaşayan 

quşların məskunlaşdığı yerləri yaxşılaşdırır və s. tədbirlər görürlər. Quşlarla bağlı 

daha  bir  məşhur  bayram    may  ayının  ikinci  bazar  günü  keçirilən  Ümumdünya 

Miqrasiya Edən Quşlar Günüdür.  



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


112 

 

2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü, (1967) 



 

Uşaqların  tərbiyəsində  kitablar  xüsusi  yer  tutur. 

Kitab onları zəngin mənəvi zövqə malik bir insan kimi 

tərbiyə  edir,  öz  xalqının  zəngin  tarixi  keçmişinə 

dərindən  bələd  olmasına  imkan  yaradır.  Uşaq  Kitabı 

Gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir 

tarixçəsi vardır. Məşhur nağılçı Hans Xristian Andersen 

1805-ci  il  aprelin  2-də  anadan  olmuşdur.  Beynəlxalq 

Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman 

yazıçısı  Yella  Lepman  təklif  etmişdir.  1967-ci  ildə 

Beynəlxalq  Uşaq  Kitabları  Şurası  tərəfindən  isə  Danimarka  yazıçısı,  uşaqların 

sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq 

Uşaq  Kitabı  Günü  kimi  təsis  edilmişdir.  Nağılları  100-dən  çox  dilə  tərcümə 

edilmişdir. Y.Lepman 1953-cü ildə uşaq ədəbiyyatı üzrə “balaca nobel mükafatı” –

H.X.Andersen mükafatının təsis edilməsini də təklif edib. Həmin ildən bu mükafat 

dünya  uşaq  ədəbiyyatının  ən  maraqlı  incilərinin  müəlliflərinə,  dünyanın  20 

ölkəsindən 23  yazıçı  və  uşaq kitabları  üçün  rəsm  çəkən  17  illüstrasiyaçı-rəssama 

təqdim olunub. İlk dəfə bu, 1956-cı ildə ingilis nağılçısı E.Fardkona, 1958-ci ildə isə 

İsveç yazıçısı A.Lindqrene verilib. Sonra E.Keçtner, C.Kryuss, italyan C.Rodari də 

bu  mükafata  layiq  görülüb.  Başqa  bir  mükafat  isə  son  illər  nəşr  olunan  uşaq 

kitablarının  illüstrasiyası  və  onların  dünyanın  müxtəlif  dillərdə  tərcüməsinə  görə 

təqdim edilən Fəxri Diplomdur. Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, 

antik  yunan  müəllifi  Ezopun  mahnılarının  yazılı  kitab  şəklində  çap  edilməsi  ilə 

başlayır.  1658-ci  ildə  çex  maarifçisi  və  pedaqoqu  Y.A.Komenski  uşaqlar  üçün 

dünyanı anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirmişdir. D.Defo və 

C.Sviftin  – böyüklər üçün  yazılmış  –  “Robinzon  Kruzo”  və  “Qulliverin  səyahəti” 

romanları  ideal  formada  uşaqların  oxu  dairəsinə  adaptasiya  olunmuşdur.  1846-cı 

ildən  başlayaraq  H.X.Andersenin  qələmə  aldığı  nağılları  uşaqlar  bu  gün  də  çox 

sevirlər. Son illər “Dünya uşaq ədəbiyyatı kitabxanasının 50 cildliyi”, “Macəra və 

fantastika  kitabxanasının  25  cildliyi”  və  “Kiçik  yaşlı  uşaqlar  üçün”  seriyasından 

çoxlu kitablar çap edilmişdir. Azərbaycanda uşaq kitabxanaları üzrə elmi metodik 

mərkəz  sayılan  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası  2012-ci  ildən 

Beynəlxalq Uşaq Kitabı Şurasının üzvüdür. Hazırda Beynəlxalq Uşaq Kitabı Günü 

ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunur. F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası hər il Milli Uşaq Kitabı Sərgisi təşkil etməklə, Azərbaycanda çap olunan 

uşaq ədəbiyyatı nümunələri ilə oxucuları tanış edir, kitabın və kitabxananın imicinin 

yüksəlməsinə zəmin yaradır. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun 

problemlərinə cəlb etmək üçün təsis olunmuşdur.  



İnternetdə: 

http://www.clb.az

 


113 

 

4 Aprel – Ümumdünya İnternet Günü, (1998)

 

  

 



    

 

 



 

 

 



 

 

 



Bu  bayramın  dərin,  bir  qədər  mübahisəli  tarixçəsi  var.  Belə  ki,  4  aprel 

şagirdlərin,  tələbələrin  himayəçisi  olan  və  tarixdə  ilk  “Etymologiae” 

ensiklopediyasının yaradıcısı Sevilyalı müqəddəs İsidorun ölüm günüdür. Məlumat 

üçün qeyd edək ki, katolik kilsəsi 1998-ci ildə ümumdünya internet şəbəkəsini insan 

bilikləri xəzinəsi adlandırıb. Uzun müddət namizədlər arasında seçim edən Vatikan 

2000-ci ildə belə qərara gəlib ki, internetin ən yaxşı himayəçisi müqəddəs İsidor ola 

bilər.  Öz  qərarını  şərh  edən  II  İoann  Pavel  bildirib  ki,  insan  biliklərinin  xəzinəsi 

internetdir, buna görə də o, bu missiyanı müqəddəs İsidora həvalə edib. Qeyd edək 

ki, internet himayəçisi ilk dəfə olaraq çarpaz istinad sistemindən istifadə edib. Bu 

sistem qlobal şəbəkədə istifadə edilən hiper istinadları xatırladır. 



İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə