F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə36/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   32   33   34   35   36   37   38   39   ...   146

107 

 

10 Mart – Azərbaycanın Milli Qəhrəmanı Mürsəlov Vüqar Mirəzbər oğlunun 



55 illiyi, (1963-1992) 

 

Mürsəlov  Vüqar  Mirəzbər  oğlu  10  mart  1963-cü  ildə  Cəlilabad  rayonunun 



Göytəpə şəhərində dünyaya gəlmişdir. 1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən 

sonra  Bakı  texniki  peşə  məktəbində  təhsilini  davam  etdirmişdir.  Sonra  Bakı 

Politexnik  Texnikumuna  daxil  olaraq  oranı  əla  qiymətlərlə  başa  vurur.  Hərbi 

xidmətini Belarusiyanın Brest şəhərində keçirir və qvardiya baş çavuşu, tankçı adları 

ilə  ordudan  tərxis  olunur.  Göytəpə  Avtomobil  Təmiri  Zavodunda  öz  ixtisası  üzrə 

əmək fəaliyyətinə başlayır. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir 

və  torpaqlarımızın  müdafiəsinə  qalxır.  Füzuli,  Ağdam,  Xanlar,  Laçın,  Şuşa, 

Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə ölüm-dirim mübarizəsinə qalxır. 

Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində 

gedən döyüşdə vuruşmuş və qəhrəmanlıqla həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər 

Xiyabanında  dəfn  edilmişdir.  Göytəpə  şəhərində  təhsil  aldığı  məktəbə  onun  adı 

verilmiş,  şəhərin  mərkəzində  büstü  qoyulmuşdur.  Tərtər,  Göytəpə  və  Cəlilabad 

şəhərlərində adına küçə var. 

Azərbaycan  Respublikası  Prezidentinin  8  oktyabr  1992-ci  il  tarixli  264  saylı 

fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra "Azərbaycanın 

Milli Qəhrəmanı" fəxri adı verilmişdir. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 



 

 

 



 


108 

 

Aprel 



Əlamətdar və tarixi günlər 

1 Aprel – Ümumdünya Gülüş Günü, (1564) 

1 Aprel – Beynəlxalq Quşlar Günü, (1894) 

2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü, (1967) 

4 Aprel – Ümumdünya İnternet Günü, (1998) 

5 Aprel – Qar Qızın Ad Günü, (2009) 

6 Aprel – Beynəlxalq Cizgi Filmləri Günü, (2002)  

6 Aprel – İlk Olimpiya Oyunlarının Keçirildiyi Gün, (1896) 

7 Aprel – Ümumdünya Sağlamlıq Günü, (1950) 

12 Aprel – Ümumdünya  Aviasiya və Kosmanavtika Günü, (1962) 

13 Aprel – Ümumdünya Rok-N-Roll Günü, (1954) 

15 Aprel – Beynəlxalq  Mədəniyyət Günü, (1935) 

17 Aprel – Ümumdünya Hemofiliya Günü, (1964) 

18 Aprel – Tarixi Abidələrin Mühafizəsi Günü, (1983) 

21 Aprel – Beynəlxalq Sirk Günü 

22 Aprel – Ümumdünya Yer Kürəsi  Günü, (1970) 

23 Aprel – Ümumdünya Kitab və Müəllif  Hüquqları Günü, (1996)  

23 Aprel – Ümumdünya İngilis Dili Günü, (2010)  

24 Aprel – Gənclərin Beynəlxalq Həmrəylik Günü, (1957) 

        28 Aprel – Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı Günü, (1997) 

29 Aprel – Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü, (1962) 

29 Aprel – Beynəlxalq Rəqs Günü, (1982) 

30 Aprel – Beynəlxalq Caz Günü, (2011)  

Bu tarixi unutmayaq 

3-4 Aprel – Kəlbəcər rayonunun işğalı günü, (1993) 



Azərbaycanın tanınmış şəxsiyyətləri 

Alim, ictimai xadim Heydər Hüseynovun 110 illiyi, (03.04.1908-15.08.1950) 

Akademik Zərifə Əliyevanın 95 illiyi, (28.04.1923-15.04.1985) 

Yubilyar yazıçı və şairlər 

Yazıçı Aqil Abbasın 65 illiyi, (01.04.1953) 

Yazıçı Salam Qədirzadənin 95 illiyi, (10.04.1923-15.11.1987) 

Ədəbiyyatşünas, tənqidçi Vüqar Əhmədin 55 illiyi, (17.04.1963) 

Ədəbiyyatşünas, tənqidçi Vaqif Yusiflinin 70 illiyi, (20.04.1948) 

Yazıçı, ədəbiyyatşünas Mir Cəlalın 110 illiyi, (26.04.1908-28.09.1978) 

Şair, dilçi, publisist Adil Babayevin 80 illiyi, (28.04.1938) 



109 

 

İncəsənət 

Xalq artisti, aktyor Əli Zeynalovun 105 illiyi, (04.04.1913-1988) 

Xalq artisti, opera müğənnisi Lütfiyar İmanovun 90 illiyi, (17.04.1928-22.01.2008) 

Xalq artisti, aktyor Həsənağa  Turabovun 80 illiyi, (24.04.1938-23.02.2003) 

Milli Qəhrəmanlıq Zirvəsi 

          Azərbaycanın  Milli  Qəhrəmanı  Xasıyev  Samir  Zirəddin  oğlunun  45  illiyi, 

(20.04.1973-17.03.1995) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 


110 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

1 Aprel – Ümumdünya Gülüş Günü, (1564) 

 

Hər  il  aprel  ayının 1-də  Avropada  və  bir 



çox Asiya ölkələrində Gülüş Günü keçirilir. Bu 

gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə 

daxil  edilməsə  də,  dünyanın  bir  çox 

dövlətlərində qeyd olunur.  Həmin günü Böyük 

Britaniyada  “Səfehlər  günü”,  Fransada  isə 

“Aprel balığı günü” adlandırırlar.  

Gəlin  əvvəla  bu  günün  tarixçəsinə  bir 

nəzər  salaq.  Bəzi  mənbələrə  görə  1  aprel 

zarafatının yaranması belə olub: Təqribən 5 əsrlik tarixi olan Gülüş Günü ilk dəfə 

Fransada təşəkkül tapıb. 1564-cü ildə Fransa Kralı IX Çarles, il başlanğıcının yanvar 

ayının birinci günü olması barədə qərar verib. Amma bundan əvvəl də Fransada yeni 

ili 1 apreldə qeyd ediblər. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə 

çox  da  yayılmayıb.  Məsələdən  xəbərdar  olanlar  isə  protest  məqsədilə  köhnə 

adətlərinə  davam  edərək,  1  apreldə  şənliklər  keçiriblər.  Digərləri  onları  “aprel 

axmaqları” adlandırıblar. 1 aprelə isə “bütün axmaqların günü” adını veriblər. Uzun 

illər sonra yanvarın ilk ay olmasına öyrəşiblər və 1 aprel gününü mədəniyyətlərinin 

bir parçası sayaraq Gülüş Günü kimi qeyd ediblər.  

İndi  bütün  dünyada  1  Aprel  Ümumdünya  Gülüş  Günü  kimi  qeyd  olunur. 

Başqa  rəvayətə  görə,  qədim  Romada  17  fevralı  “Avamlar  bayramı  kimi” 

keçirirmişlər. Şərqi Hindistanda isə bu bayram martın 31-nə təsadüf edib. Rəvayətə 

görə,  belə  qeyri-adi  ənənəyə  təbiətin  özü  səbəb  olub.  Havanın  yaz  şıltaqlıqlarını 

əhali  gülüş  və  zarafatlarla  qarşılamaq  məqsədilə  bu  günü  özlərinə  xoş  ovqat 

yaratmaq  üçün  seçib.  Azərbaycanda  isə  bu  gün  daha  çox  insanların  bir-birlərini 

aldatması ilə müşayiət olunur. Hətta həmin gün televiziya kanallarında gedən bəzi 

xəbərlər, dövri nəşrlərdə dərc olunan informasiyalar da yanlış olur. Özü də bundan 

heç kəs incimir. Amma hamı çalışır ki, aprelin 1-i aldanmasın.  



İnternetdə: 

www.books.google.com 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə