F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Aprel – Qar Qızın Ad Günü, (2009)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə38/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   34   35   36   37   38   39   40   41   ...   146

114 

 

5 Aprel – Qar Qızın Ad Günü, (2009)  

Qar  qız  –  Yeni  il  və  nağıl  qəhrəmanı,  Şaxta  babanın 

nəvəsi, onun daimi yol yoldaşı və köməkçisidir. Bayramlarda 

uşaqlar və Şaxta baba arasında vasitəçi kimi çıxış edir. Qar 

qızın yaşı balaca qızcığaz və gənc qız arasında dəyişilir. Ən 

çox  isə  gənc  qız  obrazında  təsvir  edilir,  çünki  həm  ədəbi 

obraz  kimi,  həm  də  Şaxta  babanın  müşayiətçisi  kimi  daha 

uyğun gəlir. Şaxta babanın və Qar qızın ilk birgə rəsmi çıxışı 

1937-ci ildə Moskva İttifaqlar Evində olmuşdur. 

Qar  qız  rus  folklorunda  qardan  düzəldilmiş  və 

canlanmış qız haqqında xalq nağılının personajıdır. Bu süjet 

1869-cu 

ildə 


A.Afanasyev 

tərəfindən 

işlənmiş  və 

“Slavyanların  təbiətlə  bağlı  poetik  görüşləri”  adlı  kitabının  ikinci  cildində  dərc 

olunmuşdur.  

1873-cü  ildə  A.N.Ostrovski  Afanasyevin  nağıllarının  təsiri  ilə  “Qar  qız” 

pyesini yazır. Burada Qar qız Şaxta baba və Günəş tanrısı Yarilanın şərəfinə yay 

ritualı zamanı həlak olan Qırmızı Baharın qızı kimi təqdim olunur. O, gözəl, solğun 

bənizli, açıq rəngli saçlara malik olub, xəzlə haşiyələnmiş ağ-mavi kürk, papaq və 

əlcəklər  geyinib.  Əsər  ilk  əvvəl  uğur  qazanmasa  da,  1882-ci  ildə  N.A.Rimski-

Korsakov pyes əsasında eyniadlı operanı tamaşaya qoyduqdan sonra böyük şöhrət 

qazanmışdır.  

1968-ci  ildə  “Qar  qız”  filminin  çəkilişləri  zamanı  Mera  çayının  kənarında 

ağac  dekorasiyalarından  bütöv  kənd  yaradılıb.  Məhz  burada  A.N.Ostrovski  öz 

əsərini yazmışdır. Çəkilişlər başa çatdıqdan sonra ağac dekorasiyalar Kostromaya 

köçürülüb, burada “Berendeyevka” parkı salınıb. 2008-ci ildə Kostromada Qar qızın 

köşkü tikilmişdir və orada Qar qız ilboyu qonaqlarını qəbul edir. 2009-cu il aprelin 

4-də ilk dəfə rəsmi şəkildə Qar qızın ad Günü qeyd olunmuşdur. Həmin vaxtdan Qar 

qızın ad Günü Kostromada hər il keçirilir. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 

 

 

 


115 

 

6 Aprel – Beynəlxalq Cizgi Filmləri Günü, (2002) 



 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Dünya Cizgi Filmi günü 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi 

tərəfindən təsis edildi. 1906-cı ilin aprelin 6-da Con Stuart Blekton və Albert Smit 

Amerikanın kinoteatr birliyi ilə Vitage təsisçiləri ilk cizgi filmləri “Gülməli üzlərin 

gülməli  mərhələləri”  adlı  film  çəkmişdir.  Bunlar  animasiya  tarixində  ilk  cizgi 

filmləri idi. 

Dünya Cizgi Film  Gününü qeyd etmək fikri yalnız 2002-ci ildə yaranmışdır 

və  həmin  gündən  dünyanın  bir  çox  ölkələrində  qeyd  olunur.  Beynəlxalq  Cizgi 

Filmləri  Günü  öncəsi  dünyanın  hər  yerindən  animasiya  kinosu  peşəkarları  və 

həvəskarları öz filmlərinin proqramlarını bir-birləri ilə bölüşür və bu hadisəni bütün 

il gözləyən tamaşaçılar üçün əsərlərinin ilk nümayişini göstərirlər. Cizgi filmlərinin 

belə seansları artıq dünyanın 104 ölkəsində keçirilir.  

 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 



116 

 

6 Aprel – İlk Olimpiya Oyunlarının Keçirildiyi Gün, (1896)  



  

          

Qədim Yunanıstanda  mövcud olmuş  Olimpiya 

Oyunlarının  bərpa olunması təşəbbüsünü XIX əsrin 

sonlarında  fransız  ictimai  xadimi  baron  Pyer  de 

Kuberten  təklif  etmişdir.  Onun  dövründə Yay 

Olimpiya  Oyunları   kimi  tanınan  bu  beynəlxalq 

tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. (Bura 

dünya  müharibələrinin  baş  verdiyi  illər  daxil  deyil.)  1924-cü  ildə   Qış  Olimpiya 

Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-

cü  ildə Qış  Olimpiya  Oyunlarının  keçirilməsi  yay  oyunlarına  nəzərən  iki  il  irəli 

çəkildi.  Olimpiya  Oyunları  dedikdə  yalnız  idman  yarışlarını,  idman  həyatının 

insanlara  bəxş  etdiyi  dəyərləri  dar  mənada  yox,  geniş,  fəlsəfi  anlayış  kimi  qəbul 

etmək  lazımdır.  Olimpiya  Oyunlarının  böyüklüyü  idmançıların  təkcə  yarışlarda 

göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil 

bir insan kimi formalaşması prosesinin  reallaşdırılması, onun müqəddəs ideyalara 

xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı 

durmuşdur.  Qədim  Yunanıstanda Olimpiya  Oyunlarının  yaranmasından  söz 

gedərkən  oyunların  əsası,  bir  növ,  dinə  sitayiş,  ibadət  nəzəriyyəsinə  əsaslanırdı. 

Orada  stadion,  teatr  və  məbəd  müqəddəs  yer  sayılmışdır.  Burada  iki  şəhərdə  – 

Olimpiya və Delfidə hər 4 ildən bir xoş məramlı oyunlar keçirilirdi. Bu şəhərlərdə 

keçirilən oyunlardan əlavə, şeir, mahnı, ədəbiyyat və incəsənət üzrə istedadlı şəxslər 

bilik, bacarıq və qabiliyyətlərini nümayiş etdirirdilər. Olimpiya oyunlarında fiziki 

bacarıq  mənəviyyatla,  incəsənətlə  vəhdət  təşkil  edirdi.  Olimpiya  antik  dövrdən 

başlayaraq uzun, enişli-yoxuşlu yol keçmiş, zəmanəmizə gəlib çatmış və bu yolda 

müxtəlif  maneələrlə  rastlaşsa  da,  öz  əzəli  mahiyyətini  qoruyub  saxlamışdır. 

Olimpiya  Oyunları  ümumbəşəri  nüfuz  sahibi  olmaqla,  dünya  xalqlarının  dərin 

məhəbbətini də qazanmışdır. Müasir Olimpiya oyunlarını bərpa edərkən baron Pyer 

de Kuberten olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən 

və idmana dəxli olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri 

arasında vicdanlı idman mübarizəsinin simvolu kimi qəbul etmişdir. 

İnternetdə: 

www.books.google.com 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə