123
21 Aprel – Beynəlxalq Sirk Günü
Sirk (lat. Circus – "çevrə" deməkdir) –
bir qrup artist və ya müəssisə tərəfindən
akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları
kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət
növüdür. Sirk peşəsi heyvanlarla işləməklə
bərabər müxtəlif akrobatika və gimnastika kimi
sahələri də özündə cəmləşdirir. Buraya,
həmçinin tamaşaçılar üçün maraqlı olan havada
kəndir üzərində yerimək, velosiped sürmək, janqlyorluq etmək və
yerdə idman növləri yerinə yetirilir. Kloun daha mürəkkəb sirk janrıdır. O, bir neçə
ixtisasa yiyələnmiş olur və başqa "nömrələrdə" onun çıxışı böyük maraq doğurur.
Klounun mənası gülməli çıxış deməkdir. Sirkin yaranmasının qədim tarixi vardır.
Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəsində sirk sənəti də inkişaf
etmiş və istər xarici görünüşündə (çevik karvan və teatrsəhnələri), istərsə
də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə
məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur. Klassik
sirkin atası ingilis Filip Astli (1742–1814) sayılır. İllər keçdikcə sirkin inkişafına
müxtəllif xalqların təsiri nəticəsində bu və ya digər sahədə öz üstünlüyünə malik
milli sirklər yaranmağa başlamışdır. Avropada hələ də közəri halda fəaliyyət
gösətərən sirklər mövcud olsa da bir çox Şərq ölkələrində sirk teatrları tikilmiş və
burada mütəmadi olaraq öz proqramları ilə çıxış edirlər. Köçəri sirk ustaları
avtomobil karvanlarında şəhər-şəhər gəzərək öz sənətləri ilə tamaşaçıları heyran
edirlər. Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim
zamanlardan "Kovkan", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında,
kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc
jonqlyorluğu, kəndirbazlıq, akrobatika, cigitlər və digər janrlarının elementləri
mövcud olmuşdur. İlk peşəkar sirk – heyvanxana isə Azərbaycanda XIX əsrin 90-cı
illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdir. Taxtadan tikilmiş həmin
sirk binası az sonra yanır. 1905-ci ildə yeni şəhərin başqa ərazisində sirk binası
tikilərək istifadəyə verilmişdir. 1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk
truppası yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə
estrada və balet artistlərinin çıxışları salınmışdı. 1967-ci ildə Bakı Dövlət Sirkinin
memarı E.İsmayılov və F.Leontyev olan hazırkı binası istifadəyə verilmişdir. Həmin
dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından
bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir.
İnternetdə:
www.books.google.com
124
22 Aprel – Ümumdünya Yer Kürəsi Günü, (1970)
Təbiət bir ahəngdir, ritmlə döyünən həssas bir ürəkdir.
Ümumdünya Yer Kürəsi Gününün və ya “Ağac Günü”nün tarixi XIX əsrin
70-ci illərinə təsadüf edir. ABŞ-da senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən
bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı
aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.
Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. 20 milyona
yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək höküməti ekoloji problemləri həll
etməyə çağırıb. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii
ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə
istiqamətlənib. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin
mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıblar.
Son illər Ümumdünya Yer Kürəsi Günü ilə bağlı müxtəlif layihələr və
tədbirlər həyata keçirilir. 2003-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı
şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli
Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağ göl Milli Parkı
yaradılmışdır.
İnternetdə:
www.books.google.com
125
23 Aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü, (1995)
1995-ci ilin bu günündə Parisdə
YUNESKO-nun Baş konfransı keçirilib.
Konfransda nümayəndələr həmin gün kitab və
müəlliflərə ehtiram göstərilməsini qərara
alaraq, hər kəsi, əsasən də gənc nəsli
mütaliədən həzz almağa, eləcə də bəşəriyyətin
ictimai və mədəni inkişafında böyük rolu
olmuş insanların zəhmətinə hörmət bəsləməyə
çağırıblar. Elə həmin konfransda Ümumdünya
Kitab və Müəlliflik Hüququ Günü, həmçinin
uşaq və yeniyetmə ədəbiyyatında dözümlülük ideallarının təbliğinə görə
YUNESKO mükafatı təsis edilib.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən
başlayaraq ənənəvi şəkildə qeyd edilir. Müəlliflik hüququnun kitabla bağlı olması,
başqa sözlə, “Yaradıcıdan – Kitaba, Müəllifdən – Müəlliflik Hüququna” yolu heç də
təsadüfi deyil. Məşhur Volterin kəlamı ilə desək, “onlar ocaqlarımızdakı oda
bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə,
onlar hamıya məxsusdur”.
Azərbaycan müasir müəllif-hüquq sisteminə malikdir. Ümumdünya Kitab və
Müəlliflik Hüququ Gününə həsr olunan tədbirlərin keçirilməsinin məqsədi kitab və
müəlliflik hüququnun mədəni irsimizlə bağlı əhəmiyyətini bir daha açıqlamaq,
davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasında rolunu
diqqətə çatdırmaq, yaradıcı şəxslərə öz hörmət və ehtiramlarımızı bildirmək və
mədəni ənənələrimizin qorunub saxlanmasının vacib olduğunu bir daha
təsdiqləməkdir.
İnternetdə:
www.books.google.com