149
8 May – Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü, (1953)
Bu gün 1828-ci il may ayının 8-də anadan olmuş İsveçrə vətəndaşı, humanist
ictimai xadim, “Nobel” sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilmişdir
və 1953-cü ildən qeyd olunur.
Anri Düna 1859-cu ildə İtaliyanın Solferino əyalətində Avstriya və Fransa
orduları arasında baş vermiş döyüşün şahidi olmuş və müharibənin dəhşətlərini öz
gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər etmişdir. 1863-cü ildə Anri
Dünanın təşəbbüsü ilə yaralılara yardım göstərən Beynəlxalq Komitə (gələcək
Beynəlxalq Qırmızı Xaç Komitəsi) yaradılmışdır. 1864-cü il avqust ayının 22-də
İsveçrədə keçirilən Diplomatik Konfransda emblem – ağ fonda qırmızı xaç qəbul
olunmuşdur. Belə fərqləndirici nişan, qırmızı fonda ağ xaçı əks etdirən İsveçrə
dövlətinin bayrağına olan hörmətin əlamətidir.
1876-cı ildə Osmanlı imperiyası rus-türk müharibəsində iştirak edən tibbi
işçilərinin müdafiəsi üçün Qızıl Aypara emblemini təklif etmişdir. O vaxtdan adı
çəkilən emblem, ağ fonda qırmızı xaç emblemi ilə yanaşı, bərabər hüquqlu nişan
kimi qəbul olunub. Hazırda həmin emblem bir sıra ölkələr tərəfindən istifadə edilir.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərkibində 183 milli Qızıl Xaç və
Qızıl Aypara cəmiyyətlərini, Beynəlxalq Qırmızı Xaç Komitəsini və Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasını birləşdirir.
İnternetdə:
www.books.google.com
150
9 May – Faşizm Üzərində Qələbə Günü, (1945)
“Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, II Dünya müharibəsində,
Böyük Vətən Müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu çox
böyük olmuşdur”.
Ümummilli lider Heydər Əliyev
Müharibədə Azərbaycanın 600
mindən çox oğul və qızının amansız
düşmənlə döyüşlərdə göstərdikləri misilsiz
şücaət və igidlik, arxa cəbhədə çalışanların
isə əmək rəşadəti dillər əzbəridir və bugünki
nəsillər üçün daim örnək olaraq qalacaqdır.
Azərbaycan xalqının İkinci Dünya
Müharibəsində
göstərdiyi qəhrəmanlıq
nümunələri haqqında çoxlu sayda şeirlər,
kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr
ucaldılmış, onların adları əbədiləşdirilmişdir. 9 may – Faşizm Üzərində Qələbə
Günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə,
minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma
Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və
həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının
orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan
nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli lider
Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə
demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan
ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla
aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”. Müharibənin ilk illərində
faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz
əlində cəmləşdirmişdi. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı
altında bütün Sovet xalqlarını birləşdirdi. Bununla da düşmənin hücumları, nəinki
dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və
sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi.
İnternetdə:
www.books.google.com
151
15 May – Beynəlxalq Ailə Günü, (1994)
“Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni,
ailə mühitini əvəz edə bilməz”.
Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Ailə Azərbaycan dövləti, Azərbaycan
cəmiyyəti üçün həmişə müqəddəsdir.
Dövlətimiz cəmiyyətin əsas atributu olan
ailənin rifah halının gündən-günə daha da
artmasının qayğısına qalmaqla, onun
müqəddəsliyini bir daha təsdiq edir.
BMT Baş Assambleyası 1993-cü ilin
sentyabrında 15 may tarixini 1994-cü ildən
etibarən hər il Beynəlxalq Ailə Günü kimi
qeyd etməyi qərara almışdır. Ailənin cəmiyyətin əsas elementi, kiçik
demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları
dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün
dünya ailələrini birləşdirməyə çalışır. Azərbaycanda ailə bütün zamanlarda
cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev
Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət
indi də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün ölkəmizdə
ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz
siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan
ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan ulu öndər Heydər Əliyev
cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin
gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər
görmüşdür. 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət
Komitəsi yaradılmışdır. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham
Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdır. Hazırda bu komitə
dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlər üzərində
işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. Ölkənin birinci
xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın ailə,
qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu
bir daha təsdiq edir. M. Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata
keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük
dayaqdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində
görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət
edir.
İnternetdə:
www.books.google.com