133
28 Aprel – Akademik Zərifə Əliyevanın 95 illiyi, (1923-1985)
Zərifə Əziz qızı Əliyeva 1947-ci ildə N. Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi
işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan
Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri
kafedrasının dosenti, professor, görmə orqanlarının peşə
patologiyası laboratoriyasının müdiri, oftalmologiya
kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır.
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri
vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində
birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə
bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə
oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o
cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir
elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin,
150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva
yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət
Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya
Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya
heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər
Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür (1981). 1985-ci
il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi
1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri
Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Fəxri xiyabanda məzarı
üstündə
tuncdan
heykəli
ucaldılmışdır.
Bakıda
Göz
xəstəlikləri
İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu
ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə
Əliyevanın adını daşıyır.
İnternetdə:
www.books.google.com
134
Yubilyar yazıçı və şairlər
1 Aprel – Yazıçı Aqil Abbasın 65 illiyi, (1953)
Abbasov Aqil Məhəmməd oğlu – Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın
əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar
İttifaqının üzvü, Azərbaycan komsomolu mükafatı laureatı
(1987) ("Ən yaxşı adam" kitabına görə), Azərbaycan
Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı
(1993), "Məmməd Araz" adına ədəbi mükafat laureatı
(1994), "Dan ulduzu" (1993), "Yaddaş" və "Zeynalabdin
Tağıyev" mükafatları laureatı.
Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi
rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə
birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun
filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu
rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlayıb, "Elm və
həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), "Sovet kəndi" qəzetinin
xüsusi müxbiri (1987-1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd"
(1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən
başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət"
qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi
"Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda
müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin
müəllifidir (2003).2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
Kitabları: “Evləri köndələn yar” (1983), “Ən xoşbəxt adam” (1987),
“Batmanqılınc” (1994), “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” (2001), “Dolu”
(2008) və s.
Filmoqrafiya: Biz qayıdacağıq (veriliş, 2007) (II), Dolu (film, 2012)
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
135
10 Aprel – Yazıçı Salam Qədirzadənin 95 illiyi, (1923-1987)
Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da
Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata
böyük həvəsi olan S. Qədirzadə şeir və hekayələr yazır, ədəbi
dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil
almağı planlaşdırırdı. 1948-ci ildə isə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil
olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə
məsul redaktoru vəzifəsində çalışmağa başlayır. 1960-cı ildə S.
Qədirzadə “Kirpi” satirik jurnalının məsul katibi təyin olunur
və 1966-cı ilədək həmin vəzifədə çalışır. 1975-1976-cı illərdə
Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışır.
1976-cı ildə isə “Kirpi” satirik jurnalının baş redaktoru təyin olunur və 1980-cı
ilədək həmin vəzifəni icra edir. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-
nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan yazıçılarının
qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir. Salam Qədirzadə 35-ə
qədər kitab müəllifidir. Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl
var”, “Sevdasız aylar” kimi romanları gənclərin masaüstü kitabına çevrilmişdir.
Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla
nəşr olunurdu. Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini
qazanmış, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər
ölkələrdə səhnəyə qoyulmuşdur. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”,
“Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də
gündəmdədir. Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri
müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini
qoydu. Salam Qədirzadə yaradıcılıq baxımından çox dolgun, təqvimi hesabla isə
qısa bir həyat yaşadı. O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını
dəyişmişdi.
Kitabları: “Qış gecəsi”, “Yarpaqlar pıçıldaşır”, “46 bənöşvə”, “Sevdasız aylar”,
“Ülkər Aytəkin”, “Kəndimizdə bir gözəl var” və s.
Filmoqrafiya: Biri vardı, biri yoxdu... (film, 1967), Təşəkkür (film, 1978)
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
Dostları ilə paylaş: |