F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Aprel – Beynəlxalq Caz Günü, (2011)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə43/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   39   40   41   42   43   44   45   46   ...   146

130 

 

30 Aprel – Beynəlxalq Caz Günü, (2011)  

 

Birinci 


Beynəlxalq 

Caz 


Günü 

(International    Jazz    Day)  ilk  dəfə  2012-ci 

ildə  keçirilib.  Yeni  bayramın  təqvimə  daxil 

edilməsi  və  onun  30  aprel  tarixində  qeyd 

olunmasını  YUNESKO-nun  Baş  konfransı 

2011-ci  ilin  noyabrında  elan  etmişdir.  Bu 

bayramın əsas məqsədi kimi onun təsisçiləri 

“caz haqqında, sülh, birlik, insanlar arasında 

dialoq  və  əlaqələrin  genişlənməsinə  yardım 

edən  qüvvə  kimi  beynəlxalq  ictimaiyyətin 

məlumatlılıq dərəcəsinin artırılması”nı nəzərdə tutmuşdur. Dünyanın beş qitəsinin 

musiqiçiləri və caz həvəskarları artıq adət halını alan həmin günü əsl bayram əhvali-

ruhiyyəsi ilə qeyd edirlər. Cazın vətəni kimi tanınan Yeni Orleanda isə demək olar 

ki,  hər  gün  bütün  caz  həvəskarları  müxtəlif  musiqilər  səsləndirir,  insanlara  xoş 

əhvali-ruhiyyə bəxş edirlər. Caz XIX əsrin sonu XX əsrin əvvəllərində Amerikada 

Afrika və Avropa mədəniyyətlərinin sintezi kimi meydana gəlsə də, musiqi aləmində 

irqi ayrı-seçkiliyin aradan qalxmasında böyük rol oynamışdır. Hal-hazırda bir çox 

ictimai  təşkilatlar,  təhsil  müəssisələri  və  ayrı-ayrı  şəxslər,  o  cümlədən  dövlət 

orqanları cazın inkişafına yardım edirlər.  

Azərbaycan  cazı  dünyada   özünəməxsus  yeri  ilə  seçilir.  Bunu  ölkəmizdə 

keçirilən  Beynəlxalq  Caz  Festivallarına  olan  maraq  bir  daha  sübut  edir. Amerika 

cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi isə 30-cu 

illərin  sonunda Niyazi və Tofiq  Quliyevin yaratdığı  "Dövlət  Cazı"  adı  ilə  tanınan 

Dövlət  estrada  Orkestri  tərəfindən  qoyulub.   Azərbaycanda  estrada  və  caz 

musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. 

Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanıb. Vaqif Mustafazadə dövrü  isə 

Azərbaycanda sözün əsl mənasında cazın intibah dövrü hesab edilə bilər.  Belə ki, 

virtouz musiqiçi  muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı 

Əzizə Mustafazədə davam etdirir. Böyük təməllər üzərində qurulan Azərbaycan cazı 

indi gənc ifaçıların timsalında inkişaf dövrünü yaşayır.  Bir sıra tanınmış ifaçılarla 

yanaşı, Montreyö caz festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, 

Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. 

Caz  millətləri  birləşdirən  və  insanlar  və  dövlətlər  arasında  sərhədləri  aşan 

unikal musiqi sənətidir.  



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 


131 

 

Bu tarixi unutmayaq 

 

3-4 Aprel – Kəlbəcər rayonunun işğalı günü, (1993) 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 Kəlbəcər  şəhəri  1993-cü  il  aprel  ayının  2-də  Ermənistan  silahlı  qüvvələri 

tərəfindən işğal olunub.

 

Rayon mərkəzi olan



 

Kəlbəcər şəhəri respublikanın paytaxtı 

Bakıdan 458 km aralı, Tərtər çayı dərəsindədir.  

Kəlbəcər rayonunun ərazisi 1936 kv.km, əhalisinin sayı işğala kimi 53.962 

nəfər  idi.  Rayonun  gözəl  və  zəngin  təbiəti,  yeraltı  və  yerüstü  sərvətləri,  münbit 

torpaqları  vardır.  1998-ci  ildən  başlayan  elan  olunmamış  müharibədə  Kəlbəcər 

əhalisi  qeyrətlə  vuruşaraq  təpədən  dırnağacan  silahlanmış  və  havadarlarına 

arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. Lakin 1992-ci ilin aprelin 8-də 

Ağdaban  kəndi  ermənilərin  amansız  hücumlarına  dözə  bilməyib,  işğal  olundu. 

Düşmən  Təkəqaya,  Zağalar,  Çıraq  kəndlərinə  də  soxulub  evləri  və  dinc  əhalini  

diri-diri yandırdılar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyini ələ keçirdilər. Aprelin 

2-də Kəlbəcər artıq erməni quldurlarının əlinə keçdi. İşğal nəticəsində Kəlbəcərdə 

511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, yüzlərlə  insan şikəst oldu.  

  

 İşğaldan  sonra  Kəlbəcər  şəhərindəki  məscid  Ermənistan  silahlı  qüvvələri 



tərəfindən  dağıdılıb,  900  kv.metr  sahəsi  və  geniş  kitabxanası  olan,  eksponatlarla 

zəngin  Kəlbəcər  tarix-diyarşünaslıq  muzeyinin  bütün  maddi  və  mənəvi  sərvəti 

ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.  

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 3205 saylı iclasda 822 saylı 

Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın 

digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək 

həmin qətnamədən irəli gələn tələblər yerinə yetirilməyib.  

 

İnternetdə: 



www.books.google.com 

 

 



132 

 

Azərbaycanın tanınmış şəxsiyyətləri 



3 Aprel – Alim, ictimai xadim Heydər Hüseynovun 110 illiyi, (1908-1950) 

 

Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir 

Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün 

ailəsində  anadan  olmuşdur.  Heydər  Hüseynov  Bakının  18 

saylı  məktəbinin  şagirdi  olmuşdur.  O,  1927-1931-ci  illərdə 

Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də 

pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə 

mükəmməl  yiyələnmişdir.  Əmək  fəaliyyətinə 1924-cü  ildən 

başlamış,  pedaqoji  texnikumun  kitabxanasında  işləmişdir. 

Heydər Hüseynov 1931-ci ildə  Azərbaycan Dövlət Pedaqoji 

İnstitutunun   ictimai  elmlər  fakültəsinin  qiyabi  şöbəsini 

bitirmişdir.  1931-1932-ci  illərdə  Azərbaycan  Elmi-Tədqiqat  İnstitutunun aspirantı 

olmuşdur.  1936-1940-cı  illərdə  Heydər  Hüseynov  SSRİ  Elmlər  Akademiyası 

Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru olmuşdur. 1939-

1945-ci  illərdə  SSRİ  Elmlər  Akademiyası  Azərbaycan  Filialı  sədrinin  müavini, 

1945-1950-ci  illərdə Azərbaycan  SSRİ  Elmlər  Akademiyasının  vitse-prezidenti 

olmuşdur. Akademiyanın eyni zamanda ictimai elmlər bölməsinin sədri olmuşdur. 

Heydər Hüseynov 1930-cu illərdə fəlsəfə elmini tədris etməklə bərabər Azərbaycan 

dilində  fəlsəfəyə  aid  "Dialektik  materializm",  "Dialektika  və  metafizika", 

"Dialektika və tarixi materializm" adlı ilk dərsliklərini filosof Əhməd ağa ilə birlikdə 

yazmışdı. Heydər Hüseynov 15 iyun 1939-cu ildə Tiflis şəhərində "M.F.Axundovun 

fəlsəfi görüşləri" adlı dissertasiyasını müdafiə etmişdir. O, 1944-cü ildə doktorluq 

dissertasiyasını  müdafiə  etmiş,  həmin  il  professor  elmi  adını  almışdır.  Heydər 

Hüseynov   tarix   və  fəlsəfə  elminin  inkişafına  böyük  töhfə  verib.  O, 

Azərbaycan tərcümə məktəbinin  əsasını  qoyub,  ilk  azərbaycan-rus  və  rus-

azərbaycan lüğətinin redaktorlarından  olub.  O,  100-dən  çox  elmi  məqalə 

yazmışdır. Bəhmənyar, Nizami  Gəncəvi, Füzuli, Abbasqulu  ağa  Bakıxanov, Mirzə 

Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi 

aparıb.  Həmin dövrdən  Heydər  Hüseynov  733 səhifəlik  "  XIX  əsrdə  Azərbaycan 

fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında" fundamental əsər yazmışdır. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə