95
22 Mart – Dramaturq, yazıçı Məhərrəm Əlizadənin 105 illiyi, (1913-1983)
Əlizadə Məhərrəm Cəlal oğlu 1913-cü il martın 22-də Şuşa şəhərində
doğulmuşdur. İbtidai təhsilini Şuşada birinci dərəcəli məktəbdə almışdır. 1930-cu
ildə Bakıda ikiillik Hüquq İnstitutunu bitirib Azərbaycan Ali Məhkəməsində katib
müavini, 1933-1936-cı illərdə isə Masallı və Ağcabədi rayonlarında kənd müəllimi
olmuşdur. 1936-cı ildə təhsilini davam etdirmək məqsədilə Azərbaycan Dövlət
Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. Eyni zamanda Bakı Teatr
Texnikumunda dərs hissə müdiri, incəsənət işləri idarəsində təlimatçı vəzifələrində
işləmişdir. 1945-ci ildə “Azərbaycanfilm”də kinoxronika şöbəsinin rəisi, ssenari
şöbəsinin baş redaktoru olmuşdur. 1954-cü il martın 1-də satirik “Kirpi” jurnalı
fəaliyyətə başladığı gündən orada əməkdaşlıq etmişdir. Bədii yaradıcılığa “İftira”
(1937) komediyası ilə başlamışdır. Onun qələmə aldığı “Toy kimindir? (1939),
“Qızıl gül” (1941), “Gözün aydın”(1943), “Nazxanım naz eyləyir”, “Rəisin arvadı”
(1959), “Altı qızın biri Pəri” (1964), “Səndən mənə yar olmaz”, “İki könül bir olsa”
(1966), “Dağ çiçəyi” (1967), “Qığılcım” (1970) və s. komediyaları teatr repertuarına
daxil olmuş, ölkəmizdən xeyli uzaqlarda tamaşaya qoyulmuşdur. Bu əsərlərin çoxu
keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilmişdir. Onun “Papiros qutusu” (1955)
əsəri respublika müsabiqəsində mükafata layiq görülmüşdür. Musiqili komediyaları
və satirik pyesləri xarici ölkələrdə də tamaşaya qoyulmuşdur. Ədib 300-dən artıq
satirik hekayə və povest, yumoristik novellalar, oçerklər yazmış, dövri mətbuatda
çap etdirmişdir. Məhərrəm Əlizadə 1983-cü il avqustun 31-də Bakıda vəfat etmişdir.
Kitabları: “Mühəndis Fətəliyev” (1949), “Qılınc dağında” (1952), “Papiros qutusu”
(1956), “Hekayələr” (1961), “Kədər və sevinc” (1962), “Artıq tikə” (1964),
“Gözəllik axtarıram” (1978), “Qara brilyant” (1983) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
96
25 Mart – Satirik şair, yazıçı Rüfət Əhmədzadənin 85 illiyi, (1933-1988)
Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olmuşdur. Atası Zülfüqar
Əhmədzadə xalq düşməni kimi həbs edilir və ailə Azərbaycanın Balakən rayonuna
köçür. Elə əmək fəaliyyətinə də erkən yaşlarında orada başlayır. 13 yaşında səyyar
kinomexanik vəzifəsində çalışır. Bakıya döndükdən sonra pionerlər evində direktor
vəzifəsində çalışır və mətbuatda müxtəlif şeirləri ilə çıxış edir. "Kirpi" satirik
jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər
bu jurnalda çalışır. Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər
yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib. SSRİ
Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 11 kitab, 4
musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş",
"Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası",
"Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin
müəllifidir. Bir çox tanınmış mahnılar onun şeirlərinə bəstələnmişdir. Sonuncu
"Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub.
Kitabları: “Özündən demir”, “Qəribə yuxu”, “Hansımız hündürük”, “Sizin ilə,
gülə-gülə” və s.
Filmoqrafiya: Sonuncu məhəbbət (film, 1985), Gülüş sanatoriyası (film, 1989),
Şirbalanın məhəbbəti (film, 1991).
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
97
26 Mart – Yazıçı, ədəbiyyatşünas Vaqif Sultanlının 60 illiyi, (1958)
Vaqif Soltan oğlu Verdiyev 1958-ci il martın 26-da
Kürdəmir rayonunun Şahsevən kəndində anadan
olmuşdur. Köhnəbazar kənd orta məktəbini bitirmişdir
(1964-1974), Kürdəmir rayon elektrik şəbəkəsində fəhlə
işləmişdir (1974-1976).
Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir
(1981).
Əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı
rayonunun Qalacıq kəndində dil-ədəbiyyat müəllimi kimi
başlamışdır. Sonra isə ADU-nun Müasir Azərbaycan
ədəbiyyatı kafedrasının aspiranturasında təhsilini davam
etdirmişdir.
"Azərbaycan dramaturgiyasında xarakter problemi (1970-1980)"
mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1984). BDU-da müəllim,
baş müəllim, dosent işləmişdir (1984-1991). Ədəbi yaradıcılığa çox erkən başlasa
da "Yovşan ətri" adlı ilk hekayəsi 1980-ci ildə "Azərbaycan qadını" jurnalında nəşr
olunmuşdur. Həmin dövrdən başlayaraq hekayələri, tərcümələri, elmi-publisistik
məqalələri ilə müntəzəm olaraq mətbuatda çıxış edir. Vaqif Sultanlının “Dərviş”,
“Mağara”, “Nəvai-Qumru”, “Qütb gecəsi”, “Vətən”, “Ada”, “İlğım”, “Tərs axın”,
“Lal həlqə” və digər hekayələri özünəməxsus dil və üslub xüsusiyyətləri ilə
seçilməkdədir. Vaqif Sultanlı tərcümə fəaliyyəti ilə də məşğul olmuş, Rəşad Nuri
Güntəkinin "Yarpaq tökümü" və "Dəyirman" romanlarını, Sergey Jitomirskinin
"Sirakuzlu alim" tarixi povestini, habelə E.Ştritmatter, Y.Haşek, V.Meri, Q.Stopka
və başqalarının əsərlərini doğma dilə çevirərək nəşr etdirmişdir.
Çoxlu sayda publisistik yazıların, tənqid və ədəbi proseslə bağlı elmi-
publisistik məqalənin müəllifidir. Bir sıra əsərləri İngiltərə, Amerika Birləşmiş
Ştatları, Türkiyə, Danimarka, Misir, İran, Rusiya, Ukrayna və başqa ölkələrdə
nəşr olunmuşdur.
Kitabları: “Sönmüş ulduzlar” (1988), “İnsan dənizi” (1992), “Ağır yolun yolçusu”
(1996), “Azadlığın üfüqləri” (məqalələr toplusu) (1997), “Azərbaycan mühacirət
ədəbiyyatı” (dərs vəsaiti) (1998), “Qul bazarı” (hekayələr, miniatürlər, sərgüzəştlər,
esselər). (1999), “Ədəbi-nəzəri illüstrasiyalar” (nəzəri fraqmentlər) (2000), “Ölüm
yuxusu” (povest, hekayə və esselər) (2002) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.