175
26 May – Ədəbiyyatşünas, tərcüməçi Elmira Axundovanın 65 illiyi, (1953)
Elmira Axundova 1953-cü il mayın 26-da Moskva
vilayətinin Ramensk rayonunda anadan olmuşdur.
Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil
məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki
məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir.
Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdir. İlk bədii tərcüməsini Hüseyn
İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci
ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy
Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi
başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində kiçik redaktor (1977-1980) olmuşdur. "Literaturnaya qazeta" nın
(1990-1998), "Azadlıq" radiostansiyasının Azərbaycan üzrə müxbiri (1993-
2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində
çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri
üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının
üzvüdür (1995-ci ildən). Onun tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri"
antologiyası 1984-cü ildə "Yazıçı" nəşriyyatında kütləvi tirajla buraxılmışdır.
Burada gənc Azərbaycan nasirlərinin seçmə hekayələri toplanmışdır. Son illər bədii
publisistika janrında məhsuldar yaradıcılığı ilə seçilir: Rus dilində "Fərmanla əfv
edilmişdir..." (2000), "Poliqrafçının ölümü" (2001), "Həqiqət anı" (2003), "Əlövsət
Quliyev: o tarix yaradırdı" (2003, şərikli), "Bu bizik" (2003), "Yaşamaq əyyamı"
(2003) kitabları kütləvi tirajla buraxılmışdır. Moskvada 1984-cü ilin mayında
keçirilən gənc yazıçıların 8-ci Ümumittifaq müşavirəsində olmuş, Azərbaycan
Yazıçılar İttifaqının bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və
keçirilməsində bilavasitə iştirak etmişdir. Xarici və rus mətbuatında müntəzəm çıxış
edir. Xidmətlərinə görə H.Zərdabi adına mükafata layiq görülmüş, "Şöhrət"
ordeni ilə təltif edilmişdir (2003). 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Milli
Məclisinin üzvü seçilmişdir. 30 oktyabr 2011-ci il tarixində "İslahatçı Gənclər"
İctimai Birliyi Elmira Axundovanı hər il ənənəvi olaraq təqdim etdiyi "Xəzər" Milli
Mükafatının növbəti qaliblərindən biri elan etmişdir.
Kitabları: “Naşirin ölümü” (2001), “Həqiqət anları” (2001), “Şüşə saray” və s.
Tərcümələri: V.Babanlı “Rastrevojnaya tişina”, B.Bayramov “Karavannaya
doroqa”, M.Süleymanov “Dni minuvşiye”;
Filmoqrafiya: Bir anın həqiqəti (film, 2003)
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
176
İncəsənət
3 May – Xalq artisti, aktyor Kamal Xudaverdiyevin 80 illiyi, (1938-2008)
Xudaverdiyev Kamal Ağahüseyn oğlu 3 may 1938-ci
ildə Bakıda doğulub. 1965-ci ildə ali təhsilini başa vuran
Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş
rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də
truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız
Akademik teatrda işləyib. Aktyor teatrdan əlavə Azərbaycan
Dövlət Televiziyasında da hazırlanan tamaşalarda çoxlu
obrazlar ifa etmişdir: İlyas Əfəndiyevin “Atayevlər ailəsində”
(İldırım), Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Cavanşir
bəy), Mehdi Hüseynin “Alov” (Qaşqay), Əlibala Hacızadənin “Yadigar” (Müəllim),
Nazim Hikmətin “Bayramın son günü” (Firuz) və “Şöhrət və ya unudulan adam”
(doktor), Elçin Mehrəliyevin “Yurd yeri” (Mahal kişi) və s. Müxtəlif illərdə
“Azərbaycanfilm” kinostudiyasında “İstintaq davam edir” (Çingizov), “Ən vacib
müsahibə” (Həsənov), “Dağlarda döyüş” (Rüstəmov), “Nəsimi” (Yusif), “Abşeron”
(Əli), “Üzü küləyə” (kombinat müdiri), “Adanı özünlə apara bilməzsən” (ata), “Otel
otağı” (alim), “Dədə Qorqud” (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.
Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli
fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti,
22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 23 aprel 2008-ci ildə ürək
çatımazlığından həyata gözlərini yumdu. Prezident təqaüdçüsü idi. Kamal
Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin
nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında
qazanıb.
Filmoqrafiya: Dağlarda döyüş (film, 1967), Səmt küləyi (film, 1973), Nəsimi (film,
1973), Dədə Qorqud (film, 1975),
Od içində (film, 1978), Alov (Qaşqay), Atayevlər
ailəsi (film) (İldırım), Bayramın Son Günü (Firuz), Sarıköynəklə Valehin nağılı (film,
1980)
,
Birisigün, gecəyarısı... (film, 1981), Özgə ömür (film, 1987)
,
Qəzəlxan (film,
1991), İtkin gəlin (film, 1994), Dağıdılmış körpülər (film, 1996), Otel otağı (film,
1998)
,
Son arzu (film, 2003), Bizim qəribə taleyimiz (film, 2005), Əlvida, cənub
şəhəri (film, 2006), Oyunçu (film, 2008)
və s.
İnternetdə:
www.az.wikipedia.orq