169
17 May – Şair Əhməd Mahmudun 90 illiyi, (1928)
Mahmudov Əhməd Məmməd oğlu 1928-ci il mayın 17-də Naxçıvan
şəhərində qulluqçu ailəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra
C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun tarix-ədəbiyyat
fakültəsində və APİ-nin filologiya fakültəsində təhsilini davam etdirmişdir. “Şərq
qapısı” qəzeti redaksiyasında partiya həyatı şöbəsinin müdiri (1950-1967), redaktor
müavini (1967-1980) vəzifələrində işləmişdir. Ədəbi fəaliyyətə 1945-ci ildə “Şərq
qapısı” qəzetində çıxan “Qalibiyyət bayrağı” şeirilə başlamışdır. İlk dəfə
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1962-1981), Naxçıvan Ali
Rəyasət Heyətinin Fəxri fərmanı (1978) və medalla təltif edilmişdir.
Kitabları: “Yağış kəsir” (1964), “Qatar gedir”(1974) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
170
18 May – Ədəbiyyatşünas, biblioqraf Əmin Əfəndiyevin 85 illiyi, (1933)
Əmin Əfəndiyev 1933-cü il mayın 18-də Qax
rayonunun İlisu kəndində müəllim ailəsində anadan
olmuşdur. 1941-1952-ci illərdə Qax rayon orta məktəbində
təhsil almış, 1957-ci ildə Azərbaycan Dövlət Universiteti
Filologiya
fakültəsinin
“Kitabxanaşünas-biblioqraf”
ixtisasını bitirmişdir. Əmək fəaliyyətinə Universitetin
kitabxanasında başlamış, sonra M.F.Axundov adına
Azərbaycan Respublika Dövlət Kitabxanasında (1958-
1976) baş biblioqraf, məlumat-biblioqrafiya şöbəsinin
müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1959-cu ildə
müəllifin ilk biblioqrafik oçerki – “Amerika ədəbiyyatı Azərbaycan dilində” dövri
mətbuatda çap olundu. Azərbaycan ədəbiyyatının ayrı-ayrı xalqların dillərində nəşri
vəziyyətini işıqlandıran silsilə biblioqrafik oçerkləri – “Azərbaycan ədəbiyyatı
özbək dilində”, “Azərbaycan-özbək ədəbi əlaqələri”, “S.Vurğunun əsərləri SSRİ
xalqlarının dillərində”, “M.Ə.Sabir A.Tukayın tərcüməsində” və s. – mətbuat
səhifələrində dərc edilir. Ədəbi əlaqələrin tədqiqatçısı olan marağı onu 1968-1971-
ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına
aparır. 1972-ci ildə “Azərbaycan-latış ədəbi əlaqələri tarixindən” mövzusunda
namizədlik dissertasiyasını müdafiə edir. Ə.Əfəndiyev 1973-1984-cü illərdə
Azərbaycan dövlət İncəsənət Universitetində baş müəllim, dosent, kafedra müdiri,
dekan müavini vəzifəsində çalışmışdır. Ə.Əfəndiyev 1997-ci ildən 2000-ci ilə qədər
Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru
vəzifəsində çalışmışdır. Ə.Əfəndiyevin tərtib etdiyi “Nəsimi” (1973), “İlyas
Əfəndiyev” (1985), “Kamal Talıbzadə” (2000), “Ağamusa Axundov” (2002),
“Yaşar Qarayev” (2002), “Azadə Rüstəmova” (2003), “İlyas Əfəndiyev” (2005),
“Bəkir Nəbiyev” (2005), “Qələmə sarılmış ömür – İsmayıl Qarayev” (2008),
“Həmid Araslı” (2009), “Yaqub Mikayıl oğlu Mahmudov” (2011), “Anar. Ömür
yolu. Yaradıcılığı” (2011), “M.F.Axundzadə – 200 (2012), çapa hazırlanan
“Nizaməddin Şəmsizadə”, “Həsən Həsənov” və s. şəxsi biblioqrafiyalar çox
dəyərlidir.
Kitabları: “İmadəddin Nəsimi” (1973), “İlyas Əfəndiyev” (1994) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
171
20 May – Dramaturq, publisist Rauf İsmayılovun 95 illiyi, (1923-1980)
Publisist, dramaturq İsmayılov Rauf Əbdülbaqi oğlu 1923-cü il mayın 20-də
Bakıda müəllim ailəsində anadan olmuşdur. 3 yaşında ikən atasını itirmiş, anasının
himayəsində böyümüşdür. Orta məktəbi bitirdikdən sonra “Azərbaycan idmançısı”
qəzeti redaksiyasında ədəbi işçi, məsul katib vəzifələrində işləmişdir (1939-1940).
ADU-nun filologiya fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsi
başlanan il könüllü orduya getmişdir. Tbilisidə topçuluq məktəbini bitirib Şimali
Qafqaz cəbhəsində batareya komandiri kimi döyüşlərdə iştirak etmişdir (1941-
1942). Ağır yaralanmış, hərbi xəstəxanadan çıxandan sonra Sovet Ordusu tərkibində
İrana göndərilmiş, orada batareya komandiri olmuşdur (1943-1946). Xəstəliyinə
görə ordudan tərxis edildikdən sonra “Azərbaycan gəncləri” qəzetində şöbə müdiri,
məsul katib, redaktor müavini vəzifələrində işləmişdir (1946-1953). Azərbaycan
radiosu baş idarəsində təbliğat redaksiyasının baş redaktoru, sonra Azərbaycan
nazirlər Soveti yanında Radio və Televiziya Verlişləri İdarəsinin rəis müavini (1953-
1956) işləmişdir. 1957-ci ildə Bakı şəhəri rayon zəhmətkeş deputatları Sovetinin
deputatı seçilmişdir. Onun “İkinci ailə”, “Son məktub” pyesləri Gənc Tamaşaçılar
Teatrında səhnəyə qoyulmuşdur. Rauf İsmayılov 1980-ci il yanvarın 26-da vəfat
etmişdir.
Kitabları: “Gənc qəhrəman” (1949), “Kiçik yaşlı təbiətşünaslar” (1950), “Kiçik
bağbanlar” (1951), “Neft uğrunda” (1952), “Məktəb yollarında” (1956), “Sənan və
yoldaşları” (1959), “Buruqlar arasında” (1960), “Son məktub” (1972) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.