194
23 İyun – Beynəlxalq Olimpiya Günü, (1948)
Bu gün Beynəlxalq Olimpiya Komitəsi
tərəfindən təsis edilmişdir.
1947-ci ildə
BOK-nin
Stokholmda keçirilən 41-ci sessiyasında hər il
Dünya Olimpiya Gününü keçirmək təklifi irəli
sürülüb. İlk Olimpiya Günü 1948-ci il iyunun
23-də 9 ölkədə qeyd olunub. Olimpiya Gününü
daha təntənəli şəkildə və bütün Milli Olimpiya
Komitələrinin iştirakı ilə qeyd etmək məqsədi ilə
1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib. Azərbaycanda Beynəlxalq Olimpiya
Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin ildə Azərbaycan müstəqil
dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Bu gün ölkəmizdə idman sürətlə
kütləviləşir. Hər il müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi, digər
sahələrdə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırır.
Hər dörd ildən bir böyük səbrsizliklə izlədiyimiz Olimpiya Oyunlarının qədim
olmaqla yanaşı, həm də keşməkeşli tarixi var. Qədim Yunanıstanda əsası qoyulan
Olimpiya Oyunları, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Olimpiya
Oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Bu
oyunların bərpası təşəbbüsü 1894-cü ildə fransız ictimai xadimi baron Pyer de
Kuberten tərəfindən irəli sürülüb. Həmin konqresdə ilk Olimpiya Oyunlarının
keçiriləcəyi yer də müəyyən olunub. Beləliklə, ilk Oimpiya Oyunları 1896-cı ildə
Yunanıstanın paytaxtı Afina şəhərində keçirilib. Üzərində 5 halqa olan Olimpiya
bayrağının ideyasına görə halqalar 5 qitəni göstərir: göy, sarı, yaşıl, qara və qırmızı.
Rəngli halqaların bir-birinə keçirilməsi bu qitələr arasında dostluğu ifadə
edir. Dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana aid olmayan
digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı, idman
mübarizəsinin simvolu kimi qəbul edib.
1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılıb. 1997-ci ildə Milli
Olimpiya Komitəsinə İlham Əliyevin sədr seçilməsi isə Azərbaycanda olimpiya
hərəkatının güclənməsi üçün böyük təkan oldu.
İnternetdə:
www.books.google.com
195
23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü, (2006)
Bu bayram Azərbaycan Prezidenti İlham
Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə
təsis edilib. Dövlət xidmətinin demokratik,
hüquqi və dünyəvi dövlətin yaradılmasındakı
rolunu və BMT Baş Assambleyası tərəfindən
iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının
Azərbaycanda müasir dövlət qulluğu sisteminin
formalaşdırılması və inkişafında, demokratik,
hüquqi və dünyəvi dövlət quruculuğunda
ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan
Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir.
Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən
biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu
qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin
formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri,
dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri
müəyyənləşdirilib. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə
sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam
etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması,
insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması,
bütövlükdə
Azərbaycanın
beynəlxalq
aləmə
inteqrasiyası
prosesinin
sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli
fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib. Komissiyanın
əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların
tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında
seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması,
qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdir.
Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının
məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin
tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol
oynayır. İndi ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və digər
qurumlarda 28 minə yaxın dövlət qulluqçusu çalışır. 10 min nəfərdən çox şəxs isə
dövlət qulluqçusu kimi pensiya alır.
İnternetdə:
www.books.google.com
196
26 İyun – Silahlı Qüvvələr Günü, (1918)
“Güclü
dövlətin
güclü
ordusu
olmalıdır.
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü
ordusu var. Azərbaycan ordusuna eşq olsun! Yaşasın
Azərbaycan!”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin
fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına
həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi
işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün
güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə
qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb
edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun
yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi.
İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-
leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu
Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-
bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli
hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi,
Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın
etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid
Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı
generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv
etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Azərbaycan
Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun tarixi
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Nizami orduya
malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən
döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata
keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq
tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün
imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami
orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi
yoluna qoyuldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin
sonlarında qoyuldu.
İnternetdə:
www.books.google.com
Dostları ilə paylaş: |