180
İyun
Əlamətdar tarixi günlər və bayramlar
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü, (1950)
1 İyun – Ümumdünya Süd Günü, (2001)
3-4 İyun – Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955)
4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü, (1982)
5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, (1972)
8 İyun – Ümumdünya Okeanlar Günü, (1992)
14 İyun – Beynəlxalq Blogger Günü, (2004)
15 İyun – Milli Qurtuluş Günü, (1993)
15 İyun – Ümumdünya Külək Günü
17 İyun – Tibb İşçiləri Günü, (2001)
18 İyun – Beynəlxalq Atalar Günü, (1909)
20 İyun – Ümumdünya Qaçqınlar Günü, (2000)
21 İyun – Dünya Yoqa Günü
23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü, (2006)
23 İyun – Beynəlxalq Olimpiya Günü, (1948)
26 İyun – Silahlı Qüvvələr Günü, (1918)
26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü
Yubilyar yazıçı və şairlər
Şair Mikayıl Müşfiqin 110 illiyi, (05.06.1908-06.01.1937)
Şair, dramaturq Tofiq Ağayevin 85 illiyi, (06.06.1933)
Şair Əli Vəkilin 80 illiyi, (10.06.1938)
Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) 90 illiyi, (12.06.1928-01.04.2014)
Şair, yazıçı Əminə Tuncayın 75 illiyi, (14.06.1943)
Yazıçı Bayram İsgəndərlinin 75 illiyi, (17.06.1943)
Şair Qasım Qasımzadənin 95 illiyi, (23.06.1923-28.07.1993)
Şair Nigar Rəfibəylinin 105 illiyi, (23.06.1913-10.07.1981)
Şair Vaqif Məmmədovun 70 illiyi, (28.06.1948-06.02.2016)
181
İncəsənət
Xalq artisti, aktrisa Hökümə Qurbanovanın 105 illiyi, (11.06.1913-02.11.1988)
Xalq artisti, aktyor Hacıbaba Bağırovun 85 illiyi, (12.06.1933-04.10.2006)
Xalq artisti, kinodramaturq Oqtay Mirqasımovun 75 illiyi, (12.06.1943)
Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun 100 illiyi, (15.06.1918-07.04.2005)
Xalq artisti, aktyor Hacıağa Abbasovun 130 illiyi, (16.06.1888-07.05.1975)
Xalq artisti, aktyor Əli Qurbanovun 120 illiyi, (20.06.1898-14.10.1962)
Milli Qəhrəmanlar Zirvəsi
Azərbaycanın Milli Qəhrəmanı Axundov Səfa Fətulla oğlunun 60 illiyi,
(19.06.1958-1992)
Azərbaycanın Milli Qəhrəmanı Hacıyev Əlif Lətif oğlunun 65 illiyi,
(24.06.1953-25.02.1992)
182
Əlamətdar tarixi günlər və bayramlar
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü, (1950)
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə,
ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!”
Ümummilli lider Heydər Əliyev
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi
Gününün (International Children's Day) qeyd
olunması 1950-ci ildə BMT Baş Assambleyası
tərəfindən qərara alınıb. Həmin gün təşkil
olunan Qadınların Beynəlxalq Konfransında
uşaq hüquqlarının təmin edilməsi ilə bağlı
təkliflər səslənib və elə həmin tədbirdə də 1
iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə
həsr etmək qərarı verilib. Bu gün dünyanın
əksər ölkələrində olduğu kimi, bu gün
Azərbaycanda da qeyd edilir. Bu bayramla
yanaşı, BMT-nin Baş Assambleyası tərəfindən
20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Ümumdünya
Uşaqlar Günü 1954-cü ildə BMT-nin Baş Assambleyasının № 836 (IX) saylı
qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə
edilən bayram kimi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan
Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə
vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı
demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il
tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan
olunmuşdur. 1924-cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən
Bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "bəşəriyyət məcburdur
ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Həmin bəyənnamənin qəbul edilməsi ilə
bağlı ilk işlər Eglantyne Djebb tərəfindən görülmüşdür. O, bacısı Doroti Bakstonun
köməyi ilə 1919-cu ildə uşaqlara yardım göstərmiş, onların müdafiəsini təmin etmək
üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoymuşdur.
İnternetdə:
www.books.google.com
183
1 İyun – Ümumdünya Süd Günü, (2001)
Ümumdünya Süd Gününün məqsədi
uşaqların müdafiəsində, sağlamlığında südün
rolunun aşılanmasıdır. Süd məhsullarının
faydası çoxdan təsdiq olunmuş bir faktdır. Süd
məhsulları mədə şirəsinin ifraz olunmasını
stimullaşdırır, bağırsaqların fəaliyyətini və
maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm
tərəfindən çox tez və asan mənimsənilir.
Bundan əlavə, insan orqanizminə düşdükdə
südturşulu bakteriyalar C, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri
istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq
və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv
edir. Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda
kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri
tərkibinə daxildir. Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir
sisteminin sağlamlığında böyük rol oynayır. Digər süd məhsulları ilə müqayisədə,
kalsium daha çox miqdarda bərk pendirlərin tərkibində olur. Lakin süd
məhsullarının, bəlkə də, ən əsas dəyəri ondan ibarətdir ki, onlar bağırsaq
mikroflorasını yaxşılaşdırırlar.
Pis ekologiya, stresslər, antibiotik və s. dərmanlarının tez-tez qəbul edilməsi,
düzgün olmayan qidalanma bağırsaqların mikroflorasına güclü zərbə vurur.
Nəticədə, orada “yaşayan” xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və
əksinə zərərli mikroorqanizmlərin sayı artır. Bu balans pozulduqda disbakterioz
inkişaf edir, nəticədə isə insanın immun sistemi zəifləyir. İmmun sistemin
zəiflənməsi isə orqanizmdə müxtəlif xəstəliklərin və pozğunluqların əmələ
gəlməsinə səbəb olur.
Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini
yaxşılaşdırır. Onlar qəbizlik, kolit, qastrit, qaraciyər və öd yollarının xəstəlikləri,
piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı çox
xeyirlidir.
İnternetdə:
www.books.google.com
Dostları ilə paylaş: |