161
Bu tarixi unutmayaq
8 May – Şuşa şəhərinin işğalı günü, (1992)
1992-ci il may ayının 8-nə keçən
gecə işğalçı erməni hərbi birləşmələri
keçmiş sovet ordusunun 366-cı
alayının hərbi qulluqçularının və 40
zirehli texnikasının köməyi ilə Şuşa
şəhərinə hücuma keçmişlər. Uzun
sürən artilleriya atəşindən və qeyri-
bərabər qanlı döyüşlərdən sonra şəhər
işğal olunmuşdur.
Şuşanın işğalı nəticəsində şəhərdə
195 nəfər Azərbaycan vətəndaşı
xüsusi amansızlıqla qətlə yetirilmiş,
165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini
itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün
vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə
bu günədək məlumat yoxdur. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək
məqsədilə düşmən 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın
sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın
evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq
müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı
texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31
kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, Şuşa tarix muzeyi, Dövlət Xalça Muzeyinin
filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını,
Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət
incilərini talamış və məhv etmişdir. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də
əl atmış: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini
güllələmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin
1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir
Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni
Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın
(100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilmişdir. İşğal olunmuş
ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin
dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni
dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya
mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il
Konvensiyasına ziddir.
İnternetdə:
www.google.az
162
17-18 May – Laçın rayonunun işğalı günü, (1992)
Azərbaycanın
qala qapısı sayılan
Laçının
Ermənistan
silahlı
qüvvələri
tərəfindən işğal edilməsindən 25 il keçir.
İşğal nəticəsində 1835 kv.kilometrlik ərazi
zəbt edilmiş, yüzlərlə maddi mədəniyyət
nümunəsi erməni vandalizminə tuş gəlmiş, 65
min laçınlı doğma yurd yerlərindən didərgin
düşmüşdür.
1992-ci ilin mayında Ermənistan silahlı
qüvvələri Qarabağın dağlıq hissəsində
Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi Şuşanı ələ keçirtməklə bütün
yuxarı Qarabağı işğal etmişdir. Bundan sonra erməni hərbi birləşmələri qəsb
etdikləri torpaqlarda möhkəmlənmək və Qarabağın dağlıq hissəsi ilə Ermənistanı
birləşdirmək üçün Laçın rayonuna aramsız hücumlara başlamışdır. Şuşa kimi Laçın
da mühüm hərbi-strateji əhəmiyyət kəsb edirdi. Məhz bunu nəzərə alan düşmən
mayın 13-ü və 14-də zirehli texnikalar, Mi-24 vertolyotlarının müşayiəti ilə Qayğı
qəsəbəsi və Laçın şəhərini bombardman etmişdir. 1992-ci il mayın 16-dan 17-nə
keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu
istiqamətindən hücuma keçən erməni silahlı birləşmələri mayın 18-də rayonu işğal
etmişdir.
Laçının düşmən əlinə keçməsi müharibənin Dağlıq Qarabağ hüdudlarından
çıxdığını, Ermənistanın işğalçılıq niyyətlərinin daha böyük olduğunu göstərdi.
Sonralar Laçın dəhlizi ilə Qarabağa gətirilən silah, döyüş sursatı və hərbi qüvvələr
erməni təcavüzünün miqyasını daha da genişləndirdi, ətraf rayonların taleyini
təhlükə altında qoydu. Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində
1835 kvkilometr ərazi işğal olundu. 262 nəfər həlak oldu, 67 nəfər itkin düşdü, 48
sənaye, 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəniyyət, 103 təhsil, 142 səhiyyə
ocağı dağıdıldı, talan edildi. 65 min laçınlı doğma yurdlarından didərgin düşdü. Bu
gün respublikamızın 58 şəhər və rayonunda məskunlaşan laçınlılar dövlət qayğısı ilə
əhatə olunublar. Ağcabədi rayonunun “Taxtakörpü” ərazisində 552 məcburi köçkün
ailəsi üçün yeni salınmış qəsəbə istifadəyə verilib.
İnternetdə:
www.google.az
163
Azərbaycanın tanınmış şəxsiyyətləri
10 May – Ümummilli lider Heydər Əliyevin 95 illiyi, (1923-2003)
“Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır”.
Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Heydər Əliyev – Azərbaycanın görkəmli siyasi
və dövlət xadimi, Azərbaycan Respublikasının
üçüncü Prezidenti (1993-2003), “Ulu öndər” və
“Azərbaycan xalqının Ümummilli lideri"
titullarının rəsmi daşıyıcısıdır. Heydər Əliyev bir
sıra beynəlxalq mükafatlara, müxtəlif ölkə
universitetlərinin fəxri doktoru adına və digər
yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür.
O, dörd dəfə “Lenin” ordeni, “Qırmızı Ulduz”
ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə
"Sosialist Əməyi Qəhrəmanı" adını almışdır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan
şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu
bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil
almışdır. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri
vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə
göndərilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il
iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin
dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun
üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il
ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini
olmuşdur. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı
faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış
edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan
Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də
Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti
sədrinin müavini olmuşdur. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali
Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü