F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə138/161
tarix14.04.2018
ölçüsü3,63 Mb.
#38477
1   ...   134   135   136   137   138   139   140   141   ...   161

www.vivo-book.com 

 

694 



açaraq, heyrət və kədərlə Nataşaya baxır, onun əlini əlindən 

buraxmırdı. 

Birdən Nataşa soruşdu: 

– Siz onu çox sevirsiniz? 

– Bəli. Mən də sizdən bir şey soruşmaq istəyirəm, elə 

bu  fikirlə  də  gəlmişəm:  deyin  görüm,  siz  onu  nəyinə  görə 

sevirsiniz? 

Nataşa cavab verdi: 

– Bilmirəm, – sanki onun cavabından acı bir səbirsizlik 

hissi duyuldu. 

Katya soruşdu: 

– Siz necə bilirsiniz: o ağıllıdırmı? 

– Yox, mən onu ancaq elə sevirəm… 

– Mən də. Mənim elə bil ona yazığım gəlir. 

– Mənim də. 

Katya həyəcanla dedi: 

–  İndi  biz  onunla  nə  edək?!  Sizi  o  məndən  ötrü  necə 

atıb  gedir,  –  başa  düşmürəm!  İndi  bax,  sizi  görürəm,  bunu 

başa  düşə  bilmirəm!  –  Nataşa  cavab  verməyərək  yerə 

baxırdı.  Katya  bir  az  susdu,  sonra  birdən  stuldan  qalxıb 




www.vivo-book.com 

 

695 



Nataşanı  üsulluca  qucaqladı.  Onlar  bir-birini  qucaqlayaraq 

ağladılar.  Katya  Nataşanı  qucağından  buraxmayaraq, 

kreslosunun  qoltuğu  üstündə  oturub  onun  əllərini  öpməyə 

başladı. 

Sonra ağlaya-ağlaya dedi: 

–  Əgər  bilsəniz  ki,  mən  sizi  nə  qədər  sevirəm!  Gəlin 

bacı  olaq,  gəlin  həmişə  bir-birimizə  məktub  yazaq…  Mən 

sizi həmişə sevəcəyəm… Sizi elə sevəcəyəm, elə sevəcəyəm 

ki… 

Nataşa ondan soruşdu: 



– O sizə deyibmi ki, iyunda bizim toyumuz olacaq? 

–  Deyib.  O  deyirdi  ki,  siz  də  razısınız.  Siz  yəqin  ki, 

bunu  elə-belə  demisiniz,  ona  təsəlli  vermək  üçün,  elə 

deyilmi? 

– Əlbəttə. 

–  Mən  bunu  belə  də  başa  düşdüm.  Nataşa,  mən  onu 

çox-çox  sevəcəyəm,  hər  bir  şeyi  sizə  yazacağam.  Deyəsən, 

bu  yaxında  o  mənim  ərim  olacaq,  –  iş  belə  göstərir.  Onlar 

hamısı belə deyir. Əzizim Nataşa, indi siz daha… öz evinizə 

gedəcəksiniz? 




www.vivo-book.com 

 

696 



Nataşa  ona  cavab  vermədi,  lakin  dinməz-söyləməz 

bərk-bərk onu öpdü. 

– Xoşbəxt olun! 

Katya: 


–  Siz  də…  siz  də…  –  dedi.  –  Bu  anda  qapı  açıldı, 

Alyoşa  içəri  girdi.  O  daha  özü  ilə  bacara  bilməmişdi,  bu 

yarım  saatı  gözləmək  iqtidarında  olmamışdı.  O,  Nataşa  ilə 

Katyanı  bir-birini  qucaqlamış,  ağlamış  görüb,  gücdən 

düşmüş, iztirab çəkmiş bir adam kimi, onların qabağında diz 

çökdü. 


Nataşa ona dedi: 

–  Daha  sən  niyə  ağlayırsan?  Məndən  ayrıldığın  üçün 

ağlayırsan?  Bu  ayrılıq  çox  sürməyəcək.  İyunda  qayıdıb 

gələcəksən? 

Katya  da,  Alyoşaya  təsəlli  vermək  üçün,  göz  yaşları 

içində tez dedi: 

– Toyunuz da onda olacaq… 

– Nataşa, mən səni bircə gün, bircə gün də qoyub gedə 

bilmirəm. Mən  sənsiz  öləcəyəm…  İndi  sən  mənim  üçün  nə 

qədər əzizsən, – sən bunu bilmirsən! Bəli, indi!.. 




www.vivo-book.com 

 

697 



Birdən Nataşa canlandı: 

–  Sən  belə  elə:  qrafinya  heç  olmasa  bir  qədər 

Moskvada qalacaqmı? 

Katya: 


– Bəli, bir həftəyə qədər olacaq, – dedi. 

–  Bir  həftə!  Bundan  yaxşı  nə  olar:  sən  sabah  onları 

Moskvaya  kimi  ötürərsən,  bu  bircə  günlük  işdir,  elə  o  saat 

da yanıma qayıdarsan. Eləki onlar Moskvadan getməli oldu, 

–  onda  biz  biraylığa  ayrılarıq,  –  sən  onları  ötürmək  üçün 

Moskvaya qayıdarsan. 

–  Bax  belə,  belə…  Siz  də  heç  olmasa,  dörd  gün  yenə 

bir  yerdə  olarsınız.  –  Bu  fikir  Katyanın  çox  xoşuna  gəldi, 

mənalı bir nəzərlə, bir-birinə baxdılar. 

Bu yeni plandan Alyoşanın duyduğu sevinci ifadə edə 

bilmirəm.  O  birdən  tamamilə  sakitləşdi,  üzü  fərəhlə  güldü, 

Nataşanı  qucaqladı,  Katyanın  əllərini  öpdü,  məni  də 

qucaqladı.  Nataşa  dərdli-dərdli  gülümsəyərək  ona  baxırdı; 

lakin Katya buna tab gətirə bilmədi: odlu, parlaq bir nəzərlə 

mənə baxdı, Nataşanı qucaqladı, getmək üçün ayağa qalxdı. 

Lap  elə  bil  qəsdən  fransız  qadını  bu  zaman  adam  göndərib 




www.vivo-book.com 

 

698 



xahiş  edirdi  ki,  görüşü  tez  qurtarsınlar,  deyilən  yarım  saat 

qurtarmışdır. 

Nataşa  ayağa  qalxdı.  Onlar  qabaq-qabağa  durub  bir-

birindən  tutmuşdu,  sanki  ürəklərindəki  dərdlərini  öz 

baxışları ilə bir-birinə ifadə etməyə çalışırdılar. 

Katya dedi: 

– Biz, axı, bir daha bir-birimizi görməyəcəyik. 

Nataşa da cavab verdi: 

– Bir daha bir-birimizi görməyəcəyik, Katya! 

– Elə isə gəl görüşüb ayrılaq. – Onlar qucaqlaşdı. 

Katya tez-tez pıçıldadı: 

–  Məni  qarğımayın…  Mən  isə…  həmişə…  arxayın 

olun… o xoşbəxt olacaq… – Alyoşanın  əlindən tutaraq tez 

dedi: – Gedək, Alyoşa, məni ötür! 

Onlar  çıxandan  sonra  Nataşa  həyəcanla,  ağır  iztirab 

içində dedi: 

–  Vanya!  Sən  də get…  Qayıdıb  gəlmə:  Alyoşa  axşam 

saat  səkkizə  kimi  mənim  yanımda  olacaq:  axşam  o  daha 

burda  qala  bilməz,  gedəcək.  Mən  tək  qalacağam…  Saat 

doqquzda gəl. Xahiş edirəm! 




www.vivo-book.com 

 

699 



Axşam  saat  doqquzda  Nellini  (fincanı  sındırandan 

sonra)  Aleksandra  Semyonovna  ilə  bir  yerdə  qoyub 

Nataşanın  yanına  getdim:  o  tək  idi,  məni  səbirsizliklə 

gözləyirdi. Mavra samovarı gətirdi. Nataşa mənə çay töküb 

divanda oturdu, məni yanına çağırdı. 

Diqqətlə mənə baxaraq dedi: 

–  Budur,  hər  şey  bitdi!  –  Mən  bu  baxışları  heç  vaxt 

unutmayacağam. 

Sonra əlimi sıxaraq əlavə etdi: 

–  Budur,  bizim  sevgimiz  bitdi!  Yarımillik  bir  həyat! 

Amma bütün ömrüm boyu unudulmayacaq! – Onun əlləri od 

kimi yanırdı. Mən ona isti paltar geyib yatağında uzanmağı 

məsləhət gördüm. 

–  Bu  saat,  Vanya,  bu  saat,  –  mənim  mərhəmətli 

dostum!  Qoy  bir  az  danışım,  bəzi  şeyləri  yadıma  salım… 

Mən  indi  lap  əldən  düşümşəm,  xəstə  kimiyəm…  Mən  onu 

sabah saat onda axırıncı dəfə görəcəyəm… axırıncı dəfə!.. 

–  Nataşa,  sən  xəstəsən,  bu  saat  titrədəcəksən,  özünə 

yazığın gəlsin. 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə