www.vivo-book.com
705
bağışla… Onun sözləri arasında rabitə yox idi, göz yaşları
onu boğurdu. Bəzən birdən ona təsəlli verməyə başlayırdı,
deyirdi ki, ancaq biraylığa, uzaqbaşı beşhəftəliyə gedirəm,
yayda, toyumuz olanda gələcəyəm, atam da razılıq verəcək,
bir də axı, sabah yox o birisi gün Moskvadan qayıdıb
gələcəyəm, dörd gün bir yerdə olacağıq, deməli, indi biz
ancaq bircə günlüyə ayrılırıq…
Qəribə burasıdır ki, o doğru danışdığına, sabah yox o
birisi gün Moskvadan mütləq qayıdıb gələcəyinə tamamilə
inanırdı. Bəs o nə üçün belə ağlayırdı, iztirab çəkirdi?
Nəhayət, saat on biri vurdu. Mən güclə Alyoşanı başa
saldım ki, getmək vaxtıdır. Moskva qatarı düz saat on ikidə
yola düşürdü. Bir saat vaxt qalırdı. Nataşa özü sonra mənə
dedi ki, heç yadımda deyil – axırıncı dəfə mən ona necə
baxdım. Mənim yadımdadır ki, Nataşa ona xaç vurdu, onu
öpdü, əllərilə üzünü örtərək tez otağa qayıtdı. Alyoşanı mən
gərək lap ekipaja qədər yola salaydım, yoxsa o mütləq geri
qayıdacaqdı, pilləkəndən heç enməyəcəkdi.
Alyoşa aşağı düşə-düşə mənə deyirdi:
www.vivo-book.com
706
– Bütün ümidim sizədir! Mənim əzizim Vanya! Sizin
qabağınızda mən müqəssirəm, mən sənin məhəbbətinə layiq
ola bilmədim, ancaq axıra kimi mənim qardaşım ol: onu sev,
onu atıb getmə; bütün olan şeyləri mümkün qədər mənə
ətraflı yaz, xırda yaz, mümkün qədər xırda yaz ki, kağıza
çox sığışsın. Sabah yox, o biri gün mən yenə burdayam,
mütləq, mütləq burdayam! Sonra da, mən gedəndən sonra da
yaz!
Mən onu arabasına oturtdum.
Araba gedə-gedə o çağırıb mənə dedi:
– Sağ ol! Sabah yox, o birisi gün gəlirəm! Mütləq!
Ürəyim donmuş halda Nataşanın yanına qayıtdım. O,
qollarını döşündə çarpazlayaraq, otağın ortasında durmuşdu,
təəccüblə mənə baxırdı, sanki məni tanımırdı. Onun saçı bir
yana əyilmişdi; baxışları dumanlı idi, dalğındı. Mavra
qəmgin qalda qapı ağzında durub, qorxulu nəzərlə ona
baxırdı.
Birdən Nataşanın gözləri parıldadı.
Mənim üstümə çığıraraq dedi:
www.vivo-book.com
707
– Hə! Sənsən?! Sənsən?! İndi ancaq bir sən qalmısan.
Sən ona nifrət edirdin! Onu sevdiyimi sən heç də ona
bağışlaya bilmədin… İndi sən yenə də mənim yanımdasan!
Yenə də təsəlli verməyə gəlmisən, yenə də gəlmisən ki, məni
yola gətirəsən: mən atamın yanına gedim, o atanın ki, məni
atmış, məni qarğımışdır! Mən elə dünən də bunu bilirdim,
getmək istəmirəm! Mən özüm onları qarğıyıram!.. Rədd ol
burdan! Mənim səni görməyə gözüm yoxdur! Rədd ol, rədd
ol!
Başa düşdüm ki, o ağır həyəcan içindədir, mənim burda
olmağım onda qəzəb və çılğınlıq doğurur, başa düşdüm ki,
bu elə belə də olmalıdır, yaxşısı budur ki, çıxıb gedim.
Otaqdan çıxıb pilləkənin birinci pilləsində oturdum,
gözləməyə başladım. Hərdən ayağa qalxıb qapını açır,
Mavranı çağırıb Nataşanın halını soruşurdum; Mavra
ağlayırdı.
Bu qayda ilə saat yarım keçdi. Bu zaman mənim nələr
çəkdiyimi heç təsəvvür etmək mümkün deyil. Duyduğum
əzab və iztirabdan qəlbim parçalanırdı. Birdən qapı açıldı,
Nataşa, başında şlyapa, əynində burnus palto, cəld bayıra
www.vivo-book.com
708
çıxdı. Onun sanki huşu başında deyildi, o sonra mənə dedi
ki, bu güclə yadıma gəlir, heç özüm də bilmirdim ki, hara
gedirəm, niyə gedirəm.
Mən yerimdən qalxıb gizlənməyə macal tapmadım: o
birdən məni gördü; qabağımda heyrət içində donub qaldı.
Sonralar o mənə deyirdi: “Birdən ağlıma gəldi ki, mən
dəliyəm, zalımam: axı, necə ola bilərdi ki, mən səni qovum,
səni – mənim dostumu, mənim qardaşımı, mənim
xilaskarımı! Mən səni, sən zavallını təhqir etdim: eləki
gördüm sən pilləkəndə oturmusan, getmirsən, gözləyirsən
ki, mən yenə də səni çağırım, – ah, ilahi! – bilsəydin, Vanya,
mən onda nələr duydum! – Elə bil ki, ürəyimə iti bir şey
soxdular…”
Nataşa əllərini mənə tərəf uzadaraq:
– Vanya! Vanya! Sən burdasan!.. – çığırdı və qollarım
arasına düşdü.
Mən onu tutub otağa gətirdim. O özündən getmişdi.
Fikirləşdim ki: “İndi mən nə edim! Bu mütləq
xəstələnəcək!”
www.vivo-book.com
709
O saat həkimə getməyi qət etdim; xəstəliyin qabağını
almaq lazımdı. Həkimin yanına tez getmək olardı.
Tanıdığım qoca alman, adətən saat ikiyə kimi evdə otururdu.
Mən cəld onun yanına getdim; gedəndə Mavraya yalvardım
ki, bir dəqiqə də, bir saniyə də olsa Nataşanın yanından
ayrılmasın, onu heç yerə buraxmasın. Allahın mənə yazığı
gəldi: bir az da gec getsəydim, həkimi evdə tapmayacaqdım;
qoca otaqdan küçəyə çıxmışdı ki, mən ona rast gəldim. Bir
anda onu – minib gəldiyim faytona oturtdum, belə ki, o heç
buna təəccüb etməyə macal tapmadı; faytonu sürətlə
Nataşanın mənzilinə sürdürdüm.
Bəli, Allahın mənə yazığı gəlmişdi! Mən Nataşanın
yanından gedən yarım saat idi; bu yarım saatın içində onun
başına elə bir hadisə gəlmişdi ki, əgər biz vaxtında özümüzü
yetirməsəydik, o tamam məhv ola bilərdi. Mən gedəndən
heç on beş dəqiqə keçməmiş knyaz içəri girir. O, Alyoşagili
yola salan kimi dəmir yolundan birbaşa Nataşanın yanına
gəlir. Yəqin bu gəlişini çoxdan düşünüb hazırlayıbmış.
Nataşa özü sonra mənə deyirdi ki, “mən hətta əvvəl knyazın
gəlməsinə təəccüb etmədim. Mənim ağlım çaşmışdı”.
Dostları ilə paylaş: |