www.vivo-book.com
710
Knyaz Nataşanın qabağında oturub, mehriban, dərdə
qalan bir nəzərlə ona baxır. Sonra ah çəkərək deyir:
– Əzizim, mən sizin dərdinizi başa düşürəm; mən bu
dəqiqənin nə qədər ağır olacağını bilirdim, buna görə də
sizin yanınıza gəlməyi özümə borc bildim. Əgər mümkünsə
– təsəlli tapın, heç olmasa, elə bircə ona görə ki, Alyoşanı
tərk etməklə siz onu xoşbəxt etdiniz. Siz bunu məndən yaxşı
başa düşürsünüz, ona görə ki, belə bir qərara gəldiniz: bu
alicənab bir hərəkətdir…
Nataşa mənə belə nəql edirdi: “Mən oturub qulaq
asırdım; əvvəl elə bil ki, onun dediklərini başa düşmürdüm.
Ancaq yadımda olan budur ki, çox diqqətlə ona baxırdım. O
mənim əlimi əlinə alıb sıxmağa başladı. Bu, deyəsən, ona
çox ləzzət verirdi. Amma mənim huşum o qədər başımda
deyildi ki, əlimi onun əlindən çıxartmağı heç ağlıma
gətirmirdim”.
Knyaz sözünə davam etdi:
– Siz başa düşürsünüz ki, Alyoşanın arvadı olmaqla
sonralar onda özünüzə qarşı nifrət oyada bilərsiniz, bunu
dərk etmək, qəti qərara gəlmək üçün sizin nəcibanə
www.vivo-book.com
711
qürurunuz kifayət etmişdir… Lakin mən sizi tərifləmək
üçün gəlməmişəm. Mən ancaq bunu deməyə gəlmişəm ki,
siz heç vaxt, heç yerdə özünüzə məndən yaxşı dost tapa
bilməzsiniz. Mən sizin dərdinizə qalıram, sizə yazığım gəlir.
Bütün bu işlərdə mən qeyri-ixtiyari oaraq iştirak etmişəm,
lakin mən öz borcumu yerinə yetirmişəm. Sizin gözəl
qəlbiniz bunu hiss edər, mənim qəlbimlə barışar… Mən
sizdən də artıq iztirab çəkirdim, – inanın!
Nataşa:
– Knyaz, bəsdir, – dedi. – Məni rahat buraxın.
– Mütləq, mən bu saat gedəcəyəm; lakin mən sizi öz
qızım kimi sevirəm, sizin yanınıza gəlməyə mənə icazə
verin. İndi siz mənə öz atanız kimi baxın, sizin üçün xeyirli
bir adam olmağıma icazə verin.
Nataşa yenə də onun sözünü kəsdi:
– Mənə heç bir şey lazım deyil, məni rahat buraxın.
– Bilirəm, siz məğrursunuz… Lakin mən səmimi
deyirəm, lap ürəkdən deyirəm. İndi siz nə etmək
fikrindəsiniz? Ata-ananızla barışmaqmı? Bu yaxşı bir iş
olardı, ancaq sizin atanız ədalətsizdir, məğrurdur, zalımdır;
www.vivo-book.com
712
məni bağışlayın, ancaq belədir. İndi siz öz evinizdə ancaq
məzəmmət və yeni əzab görəcəksiniz… Lakin lazımdır ki,
siz sərbəst olasınız; mənim vəzifəm də, mənim müqəddəs
borcum da – sizin qayğınıza qalmaq, sizə kömək etməkdir.
Alyoşa mənə yalvarıb ki, sizi tərk etməyim, sizin dostunuz
olum. Lakin məndən başqa sizə çox-çox sədaqətli olan
adamlar da var. Siz yəqin ki, mənə icazə verərsiniz qraf N.-i
sizə təqdim edim. Onun çox gözəl qəlbi vardır, özü də bizim
qohumumuzdur, hətta demək olar ki, bütün ailəmizin vəli-
nemətidir; o, Alyoşa üçün çox şey etmişdir. Alyoşa ona çox
hörmət edərdi, onu çox sevərdi. O çox böyük iqtidar
sahibidir, böyük nüfuza malikdir, özü də qocadır, siz, bir qız
kimi, onu qəbul edə bilərsiniz. Mən sizin barənizdə ona
məlumat vermişəm. O sizi bir işə düzəldə bilər, əgər
istəsəniz, sizə çox gözəl bir yer tapar… öz qadın
qohumlarından birinin yanında. Mən çoxdandır bizim bütün
işimizi açıq-aydın ona izah etmişəm, onun gözəl, nəcib
hissləri o qədər cuşə gəlmişdir ki, o hətta indi özü məndən
xahiş edir: mümkün qədər tezliklə sizə təqdim olunsun… O,
bütün gözəl şeylərə hüsn-təvəccöh göstərən bir adamdır,
www.vivo-book.com
713
inanın mənə; o, insan ləyaqətini təhqir etməyə qabil olan
əliaçıq, möhtərəm bir qocadır, hətta bu yaxında bir məsələ
haqqında sizin atanızla çox nəcibanə surətdə hərəkət
etmişdir.
Nataşa ilan vurmuş kimi bir az yerindən qalxdı: indi o,
knyazın nə demək istədiyini başa düşürdü.
Çığıraraq dedi:
– Çıxın gedin, bu saat gedin!
– Axı, mənim əzizim, siz bir şeyi yaddan çıxarırsınız;
qraf sizin atanız üçün də xeyirli bir adam ola bilər…
– Mənim atam sizdən heç bir şey qəbul etməz… –
Nataşa yenə də çığırdı: – Siz gedəcəksiniz, ya yox?
Knyaz bir az təşvişlə ətrafına baxaraq dedi:
– Ah, ilahi! Siz necə səbirsizsiniz, necə adama
inanmayansınız! Mən buna heç layiqəmmi, hər halda, siz
mənə icazə verərsiniz, – cibindən bir iri dəstə pul çıxarıb
sözünə davam etdi, – hər halda, siz mənə icazə verərsiniz ki,
sizin dərdinizə qaldığımı, xüsusilə, öz məsləhəti ilə məni
təhrik edən qraf N.-in sizin dərdinizə qaldığını sübut etmək
üçün, bunu burada qoyam… Bu paketdə on min manat pul
www.vivo-book.com
714
var. – Nataşanın hiddətlə yerindən qalxdığını görərək tez
dedi: – Əzizim, bir dayanın, səbirlə axıra kimi qulaq asın:
siz bilirsiniz ki, atanız bizim aramızda gedən məhkəmə
çəkişməsində məğlub olmuşdur, bu on min manat bunun
mükafatı ola bilər, elə bir mükafat ki…
Nataşa çığırdı:
– Rədd olun, rədd olun pulunuzla bir yerdə! Mən sizin
bütün qəlbinizi görürəm… ax, alçaq adam, alçaq, alçaq!
Knyaz stuldan qalxdı; acığından onun rəngi qaçmışdı.
Görünür, o yeri bələdləmək, vəziyyəti öyrənmək üçün
gəlibmiş, özü də, yəqin, yoxsul bir vəziyyətə düşmüş, hər
kəs tərəfindən tərk edilmiş Nataşaya bu on minin çox böyük
təsir bağışlayacağını nəzərə alıbmış… Bu alçaq, kobud
adam dəfələrlə, şəhvətpərəst bir qoca olan qraf N.-ə belə
işlərdə qulluq göstərmişdi. O, Nataşaya nifrət edirdi: işin
düz gətirmədiyini görüb o saat ifadə tərzini dəyişdi, heç
olmasa, buradan boş yerə getməmək üçün kam almaq
məqsədilə Nataşanı təhqir etmək fikrinə düşdü.
Edəcəyi təhqirin təsirini tezliklə görməyə, bundan həzz
almağa tələsərək, o bir az titrək səslə dedi:
Dostları ilə paylaş: |