www.vivo-book.com
700
– Nə etmək olar? Vanya, o gedəndən sonra yarım saat
idi ki, mən səni gözləyirdim, həm də bilirsən, mən nə
fikirləşirdim, öz-özümdən nə soruşurdum? Soruşurdum ki:
mən onu sevirdimmi, ya sevmirdim, bizim bu sevgimiz necə
sevgi idi? Vanya, bunu mənim ancaq indi öz-özümdən
soruşmağım, deyəsən, sənə gülməli görünür?
– Nataşa, özünü həyəcanlandırma…
– Bilirsən, Vanya, mən bu qərara gəldim ki, onu mən
özümə tay bir adam kimi sevməmişəm, adətən, qadın kişini
sevən kimi. Mən onu… demək olar ki, bir ana kimi
sevmişəm. Mənə hətta elə gəlir ki, dünyada heç elə bir sevgi
yoxdur ki, hər iki tərəf bir-birini özünə tay kimi sevsin, hə?
Sən necə bilirsən?
Mən təşviş içində ona baxır, onun xəstələnməsindən
qorxurdum. Sanki bir şey onu özünə cəlb edirdi; o
danışmağa böyük bir ehtiyac hiss edirdi, onun bəzi sözləri
elə bil ki, başsız-ayaqsız idi. Hətta bəzən bu sözləri yaxşı
tələffüz etmirdi. Mən çox qorxurdum.
Nataşa sözünə davam edərək deyirdi:
www.vivo-book.com
701
– O mənim idi. Bəlkə də lap ilk görüşdə məndə böyük
bir arzu əmələ gəldi: mən arzu edirdim ki, o mənim olsun,
tezliklə mənim olsun, o məndən başqa heç kəsə baxmasın,
heç kəsi tanımasın, ancaq mənə baxsın, məni tanısın…
Katya bayaq yaxşı dedi: mən onu elə sevirdim ki, elə bil nə
üçünsə həmişə ona yazığım gəlirdi… Mən tək qalanda
həmişə məndə böyük bir arzu olurdu, hətta mən əzab
çəkirdim: arzum bu idi ki, o həmişə və çox-çox xoşbəxt
olsun. Mən onun üzünə (Vanya, sən onun üzündəki ifadəni
görmüsən), mən onun üzünə sakit baxa bilmirdim: heç kəsin
üzündə belə bir ifadə olmur, o güləndə mənim bədənim
titrəyir, məni üşütmə tuturdu… Vallah!..
– Nataşa, qulaq as…
O mənim sözümü kəsdi:
– Deyirdilər ki, sən də deyirdin, o iradəsiz adamdır, bir
də ki uşaq kimi ağlı azdır. Amma mən onun hər şeydən çox
bu cəhətini xoşlayırdım… Buna inanırsanmı? Mən onun
ancaq bu cəhətini xoşlayırdım? Bunu da bilmirəm; onu
bütün xoşlayırdım, sevirdim, o başqa cürə olsaydı, iradəli,
ya bundan ağıllı olsaydı, bəlkə də onu mən belə sevməzdim.
www.vivo-book.com
702
Bilirsən, yadındamı, üç ay bundan əvvəl mən onunla
dalaşmışdım… Minnadı-nədi, onun yanına getmişdi… Mən
bunu bildim, güdüb görmüşdüm, inanırsanmı: bu mənə çox
ağır gəldi, həm də elə bil ki, mənə xoş idi… heç bilmirəm nə
üçün… bəlkə də bircə elə ona görə ki, o da o biri böyük
adamlar kimi, o biri böyük adamlarla bərabər gözəl
arvadların yanına gedir… O da Minnanın yanına gedib!
Mən… Onda bu dalaşmaq, sonra da onu bağışlamaq mənə o
qədər ləzzət verdi… ah, əzizim!
O üzümə baxıb qəribə halda güldü. Sonra elə bil ki,
fikrə getdi, sanki yenə də bu şeyləri yadına salırdı. O,
dodaqları gülümsəyə-gülümsəyə, keçmişləri yada sala-sala
xeyli bu vəziyyətdə oturdu.
– Vanya, mən onu bağışlamağı çox xoşlayırdım.
Bilirsənmi, o məni tək qoyub gedəndə, görərdin ki, mən
otaqda gəzişirəm, əzab çəkirəm, ağlayıram, özüm də hərdən
fikirləşirəm ki, o mənim qabağımda nə qədər çox
günahkarsa, bir o qədər yaxşıdır… bəli! Bilirsənmi, həmişə
mənə elə gəlirdi ki, o balaca uşaqdır; mən oturmuşam, o
başını dizimin üstünə qoyub yatıb, mən də üsulluca onun
www.vivo-book.com
703
başını sığallayıram… O yanımda olmayanda, mən həmişə
onu belə təsəvvür edirdim. – Birdən əlavə etdi: – Mənə bax,
Vanya, bu Katya nə yaxşı qızdır!
Mənə elə gəldi ki, o qəsdən öz yarasını qanadır, buna
ehtiyac hiss edir, – məyus olmaq, iztirab çəkmək ehtiyacı…
Böyük itkilərə məruz qalan adamlarda çox vaxt belə hal
olur.
Nataşa sözünə davam etdi:
– Mənə elə gəlir ki, Katya onu xoşbəxt edə bilər. O
iradəli qızdır, özü də elə danışır ki, elə bil dediyinə lap
arxayındır; onunla çox ciddi rəftar edir, özünü çox tox tutur,
– həmişə də ağıllı şeylər danışır, elə bil ki, yaşlı adamdır.
Amma özü, özü – xaliscə uşaqdır! Mənim əzizim, əzizim!
Ah! Qoy onlar xoşbəxt olsunlar! Qoy, qoy, olsunlar, qoy!..
Birdən onun gözlərindən yaş sel kimi axdı, o hönkür-
hönkür ağlamağa başladı. O, yarım saat özünə gələ bilmədi,
az da olsa sakitləşmədi.
Mənim əziz mələyim, Nataşa! Elə bu axşam, o nə qədər
dərdli olsa da, yenə də imkan tapıb mənim dərdimə şərik
oldu; mən onun azca sakitləşdiyini, daha doğrusu,
www.vivo-book.com
704
yorulduğunu görüb, fikrini dağıtmaq üçün Nellidən söhbət
açdım… Biz bu axşam gec ayrıldıq; yatana kimi mən onun
yanında oturdum; gedəndə Mavradan xahiş etdim ki, bütün
gecəni öz xəstə xanımının yanından ayrılmasın.
Mən evə qayıdarkən həyəcanla öz-özümə deyirdim:
– Ah, bircə bu tez qurtaraydı, tez qurtaraydı! Bu
əzablar, iztirablar tez qurtaraydı! Hər cürə olsa, hər necə
olsa qurtaraydı, ancaq tez qurtaraydı, tez!
Səhər, düz doqquzda, onun yanına getdim. Alyoşa da
bu zaman… vidalaşmaq üçün onun yanına gəldi. Mən bu
görüşü təsvir etməyəcəyəm: bunu xatırlatmaq istəmirəm.
Nataşa sanki söz vermişdi ki, özünü möhkəm tutsun, şən,
laqeyd göstərsin, ancaq bacarmadı. Alyoşanı əsəbi halda
bərk-bərk qucaqladı. Onunla az danışırdı, lakin iztirab dolu
bir nəzərlə, diqqətlə, sanki dəli kimi ona baxırdı, ondan
gözünü çəkmirdi. Onun hər sözünə ehtirasla qulaq asırdı, elə
bil ki, onun dediklərindən heç bir şey başa düşmürdü.
Yadımdadır, Alyoşa ondan xahiş edirdi, deyirdi ki, məni
bağışla, bu vaxta qədər səni təhqir etdiklərimi, mənim
xəyanətlərimi, Katyaya olan sevgimi, getməyimi mənə
Dostları ilə paylaş: |