www.vivo-book.com
430
Alyoşa acı bir hiss ilə sözünə davam etdi:
– Bəs niyə bu mənə belə göründü? Niyə axı çoxdan
mənə elə gəlir ki, sən mənə, ata öz oğluna baxan kimi
baxmırsan, mənə soyuq bir istehza ilə, bir düşmən kimi
baxırsan. Niyə mənə elə gəlir ki, əgər mən sənin yerində
olsaydım, öz oğluma, indi sən mənə gülən kimi, həqarətlə
gülməzdim. Mənə bax, gəl açıq danışaq, elə açıq danışaq ki,
daha bizim aramızda nə indi, nə də sonralar, heç bir
anlaşılmaz şey qalmasın. Mən... bütün həqiqəti açıb demək
istəyirəm... Bura gələndə mənə elə gəldi ki, burda da
anlaşılmaz bir şey olmuşdur, mən sizi burada bir yerdə belə
görəcəyimi gözləmirdim. Belədir, ya yox? Əgər belədirsə,
onda yaxşı olmazmı ki, hər kəs öz hisslərini açıb söyləsin?
Açıq danışmaqla çox pislikləri rədd etmək olar!
Knyaz:
– Alyoşa, danış, danış! – dedi. – Sənin bu təkliflərin
çox ağıllı təklifdir. – Nataşaya baxaraq əlavə etdi: – Bəlkə
də elə bundan başlamaq lazım idi.
– Mənim tamam açıq danışmağımdan incimə. Sən özün
bunu istəyirsən, özün buna məcbur edirsən. Qulaq as. Sən
www.vivo-book.com
431
mənim Nataşa ilə evlənməyimə razılıq verdin, sən bizə bu
xoşbəxtliyi verdin, bundan ötrü də öz-özünə qalib gəldin.
Sən alicənablıq göstərdin, biz hamımız da sənin bu nəcib
hərəkətini bəyəndik. Bəs niyə indi sən elə bir ucdan sevinə-
sevinə eyham vurursan ki, mən gülünc bir uşağam, ər
olmağa heç də layiq deyiləm? Hələ bu harasıdır, sən elə bil
ki, məni Nataşanın qarşısında ələ salmaq, alçaltmaq, hətta
elə bil ki, məni pisləmək, onun gözündən salmaq istəyirsən.
Sən həmişə məni heç olmasa, bir cəhətdən gülünc
göstərməyə müvəffəq olanda çox-çox sevinirsən, mən bunu
indi deyil, çoxdan duymuşam. Elə bil ki, sən çalışırsan bizə
sübut edəsən ki, bizim evlənməyimiz gülünc, mənasız bir
şeydir, biz bir-birimizin tayı deyilik. Doğrudan da, elə bil ki,
sən özün də bizim üçün hazırladığın bu məsələyə
inanmırsan, elə bil ki, bu şeyə bir zarafat, əyləncəli bir oyun,
gülməli bir vodevil kimi baxırsan... Mən sənin ancaq
bugünkü sözlərindən belə bir nəticəni çıxartmıram. Mən
həmin axşam, çərşənbə axşamı, buradan sənin yanına
qayıdan kimi, səndən bir neçə qəribə söz eşitdim, bu sözlər
məni heyrətə saldı, hətta mənim kefimi pozdu. Çərşənbə
www.vivo-book.com
432
günü də sən gedəndə, yenə bizim indiki vəziyyətimizə aid
bir neçə eyhamlı söz söylədin, Nataşa haqqında da bir neçə
söz dedin, bunlar təhqiredici sözlər deyildi, ancaq elə sözlər
idi ki, bunları mən səndən eşitmək istəməzdim, bunlar
həddindən artıq yüngül sözlər idi, bu sözlərdə Nataşaya
qarşı elə bil nə məhəbbət, nə də hörmət vardı... Bunu söz ilə
izah etmək çətindir, amma sənin ifadə tərzin bunu aydın hiss
etdirirdi, qəlbim duyurdu. İndi də ki, sən yanılırsan. Məni
inandır, bu fikirdən döndər, məni ürəkləndir, bir də ki...
Nataşanı da inandır, onu da ürəkləndir, çünki sən onun da
ovqatını təlx eləmisən. Mən bura girən kimi, ilk baxışda
bunu başa düşdüm.
Alyoşa bu sözləri qızğın və möhkəm bir ifadə ilə dedi.
Nataşa qıpqırmızı qızarmışdı, həyəcan və təntənə ilə
Alyoşaya qulaq asırdı. Alyoşa danışarkən, o bir-iki dəfə öz-
özünə dedi: “Hə, hə, elədir!”
Knyaz karıxmışdı.
– Əzizim, sənə dediklərimin hamısı, əlbəttə, mənim
yadımda deyil, əgər sən mənim sözlərimi bu cəhətdən başa
düşmüsənsə, bu çox qəribədir. Mən sənin haqqında bu
www.vivo-book.com
433
fikirdə olmamışam, mən bacardığım qədər səni buna
inandırmağa hazıram. Əgər mən indi gülürəmsə, bunun
səbəbi aydındır. Sənə deyim ki, bu gülüşümlə mən hətta öz
dərdimi gizlətməyə çalışırdım. İndi mən fikirləşəndə ki, bu
yaxında sən evlənməyə hazırlaşırsan, bu mənə qətiyyən
mümkün olmayan, tamamilə mənasız, bağışla məni, hətta
gülməli bir şey kimi görünür. Bu gülüş üçün sən məni
məzəmmət edirsən, mən də deyirəm ki, bu sənin ucbatından
olmuşdur. Mən öz-özümü də müqəssir görürəm, bəlkə son
vaxtlarda sənə az fikir vermişəm, buna görə də sənin nəyə
qabil olduğunu yalnız indi, bu axşam bilmişəm. İndi mən
sənin Natalya Nikolayevna ilə evlənəcəyini fikirləşəndə
bədənim tir-tir əsir. Mən tələsmişəm, mən indi görürəm ki,
siz bir-birinizə heç oxşamırsınız. Hər bir sevgi keçib gedir,
amma adamın bir-birinə oxşamaması həmişəlik qalır. Mən
sənin necə olacağını hələ demirəm, ancaq özün bir fikirləş:
əgər sənin, doğrudan da, belə bir niyyətin varsa, onda özünlə
bərabər Natalya Nikolayevnanı da məhv edirsən, mütləq
məhv edirsən! Budur, sən indi insanlığa olan məhəbbətdən,
əqidənin nəcibliyindən, tanış olduğun nəcib adamlardan bir
www.vivo-book.com
434
saat danışdın. İndi sən İvan Petroviçdən soruş, gör, bayaq
biz o murdar pilləkənlə dördüncü mərtəbəyə qalxanda, qapı
qabağında dayanıb, sağ-salamat gəlib buraya çatdığımız
üçün Allaha şükür edəndə, mən ona nə dedim? Bilirsənmi,
elə o saat qeyri-ixtiyari olaraq, mənim ağlıma nə gəldi? Mən
bir şeyə təəccüb etdim. Sən Natalya Nikolayevnanı belə
sevdiyin halda, onun belə bir mənzildə yaşamasına necə
dözə bilirsən? Əgər sənin pulun yoxdursa, əgər sənin öz
vəzifəni yerinə yetirməyə qabiliyyətin yoxdursa, onda sənin
ər olmağa, öz üzərinə bir vəzifə götürməyə haqqın yoxdur,
sən necə də bunu başa düşmürsən? Yalnız sevmək azdır,
sevgi işdə göstərilir, amma gör sən necə fikirləşirsən!
Deyirsən ki: “Əziyyət də çəksən, mənimlə bir yerdə yaşa!”
Axı bu insanlıqdan kənar şeydir, bu nəcib hərəkət deyil!
Ümumi məhəbbətdən danışasan, bəşəri məsələlərdən dəm
vurasan, eyni zamanda, məhəbbətə qarşı cinayət işləyəsən,
bunu görməyəsən – bu axı necə olur? Natalya Nikolayevna,
sözümü kəsməyin, qoyun qurtarım. Mən son dərəcə əzab
çəkirəm, mən gərək ürəyimi boşaldım. Alyoşa, sən dedin ki,
mən bu bir neçə günü nəcib, gözəl, vicdana aid olan şeylərlə
Dostları ilə paylaş: |