www.vivo-book.com
435
məşğul olmuşam, sonra da məni məzəmmət etdin ki, sizin
kübar cəmiyyətində belə şeylər yoxdur, ancaq quru bir ağıl
var. İndi bu tərəfə bax: bir yandan yüksək, gözəl məsələlərə
uymaq, bir yandan da çərşənbə günü burada olan hadisədən
sonra, dünyada gərək ki, sənin üçün hər şeydən çox qiymətli
olan bir adama dörd gün birdən etinasızlıq göstərmək, bunu
necə izah etmək lazımdır?! Sən hətta Katerina Fyodorovna
ilə olan mübahisəni etiraf etdin, sən ona demisən ki, Natalya
Nikolayevna məni elə sevir, o elə alicənab adamdır ki,
mənim pis hərəkətlərimi bağışlayar. Lakin sən nə haqla
Natalya Nikolayevna tərəfindən bağışlanacağını nəzərdə
tutursan, bunun üçün mərc gəlməyi təklif edirsən? Bu bir
neçə gündə Natalya Nikolayevnanın sənin barəndə nə qədər
acı-acı düşüncələr, nə qədər şübhələr keçirdiyini heç bircə
dəfə fikirləşdinmi? Yoxsa bəzi yeni ideyalara uymaq sənə ən
birinci vəzifənə etinasızlıq göstərməyə haqq vermişdir?
Natalya Nikolayevna, sözümə əməl etmədiyim üçün məni
bağışlayın? Lakin indiki məsələ o sözdən ciddidir, siz
özünüz bunu başa düşərsiniz... Bilirsənmi, Alyoşa mən bura
gələndə Natalya Nikolayevnanı necə ağır əzab içində
www.vivo-book.com
436
gördüm, bunun səbəbi aydındır: bu dörd günü sən onun üçün
cəhənnəmə çevirmisən, amma bu gərək əksinə olaydı, bu
onun həyatının ən gözəl günləri olmalı idi! Bir tərəfdən belə
hərəkətlər, bir tərəfdən də söz, söz... Yoxsa mən haqlı
deyiləm? Belə bir vəziyyətdən sonra, sən özün hər cəhətdən
müqəssir olduğun halda, hələ bir məni müqəssir də hesab
edirsən?
Knyaz sözünü qurtardı. O hətta natiqlik məharətinə
uyaraq, öz qalibiyyət sevincini bizdən gizlədə bilmədi.
Alyoşa Nataşanın əzab çəkdiyini eşidəndə dərdli-dərdli ona
baxdı, lakin Nataşa nə edəcəyini qət etmişdi:
– Alyoşa, eybi yoxdur, dərd çəkmə, başqaları səndən
daha artıq müqəssirdir. Otur, qulaq as, gör indi sənin atana
nə deyəcəyəm. Söhbəti qurtarmaq lazımdır!
Knyaz onun sözünə qüvvət verdi:
– Natalya Nikolayevna, sizdən çox xahiş edirəm,
danışın! İki saatdır mən bu barədə müəmmalı sözlər
eşidirəm. Buna daha dözmək olmaz, etiraf edirəm ki, mən
burada belə qəbul ediləcəyimi gözləmirdim.
www.vivo-book.com
437
– Ola bilər, çünki siz bizi öz sözlərinizlə məftun etmək
fikrində idiniz, belə ki, biz sizin əsl niyyətinizi başa
düşməyək. Sizə nə danışım?! Siz özünüz hamısını bilirsiniz,
hamısını başa düşürsünüz. Alyoşa haqlıdır. Sizin ən birinci
arzunuz bizi bir-birimizdən ayırmaqdır. Siz əvvəlcədən lap
yaxşı bilirdiniz ki, həmin o axşamdan, o çərşənbə günündən
sonra nə olacaqdır, siz bunu birbəbir müəyyən etmişsiniz.
Mən bayaq sizə dedim ki, siz nə mənə, nə də sizin
qurduğunuz evlənmək işinə ciddi bir şey kimi baxmırsınız.
Siz bizimlə zarafat edirsiniz, siz oyun oynayırsınız, bu
oyunda da sizin gizlin bir məqsədiniz var. Oyunu siz yaxşı
başlamısınız. Alyoşa sizi məzəmmət edəndə, deyəndə ki, siz
bu şeylərə bir vodevil kimi baxırsınız, o haqlıdır. Siz isə
əksinə,
gərək
sevinəydiniz,
Alyoşanı
məzəmmət
etməyəydiniz, çünki o heç bir şey bilmədiyi halda, sizin
arzunuzu bütünlüklə yerinə yetirmişdir, hətta bəlkə bundan
da artıq etmişdir.
Mən heyrət içində donub qaldım. Mən bu axşam bir
toqquşma olacağını gözləyirdim. Lakin Nataşanın həddindən
artıq sərt və açıq danışması, sözlərində açıqca ifadə olunan
www.vivo-book.com
438
nifrət məni son dərəcə təəccübləndirdi. Mən düşünərək öz-
özümə dedim: “Görünür, o, doğrudan da, bir şey bilirmiş,
buna görə də təxirə salmadan, əlaqəni kəsməyi qət etmişdir.
Bəlkə də elə knyazı səbirsizliklə gözləyirmiş ki, hər şeyi
birdən lap gözünün içinə desin”. Knyazın rəngi azca qaçdı.
Alyoşanın üzündə sadəlövhcəsinə bir qorxu, ağır bir iztirab
ifadə olunurdu.
Knyaz həyəcanla bərkdən dedi:
– İndicə məni nədə müqəssir etdiyinizi yadınıza salın!
Heç olmasa, sözünüzü az da olsa, düşünüb deyin... Mən heç
bir şey başa düşmürəm.
– Hə! Deməli, siz məni iki sözlə başa düşmək
istəmirsiniz. Hətta Alyoşa da sizi, mən başa düşən kimi
düşmüşdür, amma biz onunla sözü bir yerə qoymamışıq, heç
bir-birimizi görməmişik də! O da başa düşmüşdür ki, siz
bizimlə nalayiq, həqarətli bir oyun oynayırsınız, amma o sizi
sevir, sizə bir Allah kimi inanır. Siz hətta onunla bir az
ehtiyatlı olmağı, bir az hiyləgərliklə rəftar etməyi də lazım
hesab etməmisiniz, elə hesab etmisiniz ki, o bunu başa
düşməz. Lakin onun qəlbi həssas, incə, tez mütəəssir olan
www.vivo-book.com
439
bir qəlbdir, o özü dediyi kimi, sizin sözləriniz, sizin ifadə
tərziniz onun qəlbində qalmışdır...
Knyaz buna son dərəcə heyrət etdiyini göstərərək,
mənə tərəf döndü, sanki məni şahid göstərmək istəyirdi:
– Mən heç bir şey, heç bir şey anlamıram! – o
acıqlanmış və əsəbiləşmişdi. Sonra Nataşaya tərəf dönərək
sözünə davam etdi: – Siz vasvasısınız, siz həyəcan və qorxu
içindəsiniz, siz Katerina Fyodorovnaya qısqanclıq edirsiniz,
buna görə də bütün dünyanı, birinci növbədə məni müqəssir
etməyə hazırsınız... Belə olan surətdə, icazə verin hamısını
açıb deyim, sizin xasiyyətiniz haqqında qəribə bir rəyə
gəlmək olar... Mən belə söhbətlərə öyrəşməmişəm, mənim
oğlumun məsələsi olmasaydı, bu sözlərdən sonra mən bircə
dəqiqə də burada qalmazdım... Mən hələ də gözləyirəm, siz
iltifat buyurub məsələni izah edəcəksinizmi?
– Deməli, bu şeyləri siz lap əzbərdən bilsəniz də, yenə
inad göstərirsiniz, məsələni iki sözlə başa düşmək
istəmirsiniz?! İstəyirsiniz ki, mən mütləq bunun hamısını
sizin üzünüzə deyim?
– Mən ancaq buna çalışıram.
Dostları ilə paylaş: |