www.vivo-book.com
450
Mən axı sizi tanıyıram, çoxdan tanıyıram! Hər dəfə Alyoşa
sizin yanınızdan gələndə, sizin ona dediyiniz, təlqin
etdiyiniz sözləri mən onun sifətindən duyurdum, sizin bütün
təsirinizi mən onun üzündən öyrənmişəm!.. Yox, siz məni
aldada bilməzsiniz! Bəlkə sizin yenə də başqa bir niyyətiniz
var, bəlkə də indi ən əsas məsələdən danışmamışam, bunun
fərqi yoxdur! Siz məni aldatmısınız, əsas budur! Bunu sizin
düz üzünüzə demək lazımdır!
– Elə bu? Bütün sübutunuz budur? Bir fikirləşin,
özündən çıxmış əsəbi qadın! O nalayiq hərəkətimlə (siz
mənim çərşənbə günü etdiyim təklifi belə adlandırırsınız)
mən həddindən artıq öz əl-ayağımı bağlamışam. Bu mənim
tərəfimdən çox böyük ağılsızlıq olmuşdur.
– Siz axı nə ilə əl-ayağınızı bağlamısınız, nə ilə?! Sizin
nəzərinizdə məni aldatmaq nədir? Bir də, axı adicə bir qızı
təhqir etmək nədir ki! O, ata evindən qaçmış, atası
tərəfindən rədd edilmiş, özünü biabır etmiş, əxlaqsız,
köməksiz, müdafiəsiz bir qızdır! Belə bir zarafat lap
əhəmiyyətsiz, lap xırdaca bir xeyir də gətirsə, o qızla heç
hesablaşmaq lazımdırmı?!
www.vivo-book.com
451
– Natalya Nikolayevna, bir fikirləşin, görün siz
özünüzü necə bir vəziyyətdə qoyursunuz! Siz mütləq təkid
edib deyirsiniz ki, guya mən sizi təhqir etmişəm. Axı sizin
dediyiniz bu təhqir o qədər ciddi, o qədər insan ləyaqətini
alçaldan bir təhqirdir ki, mən başa düşə bilmirəm, bunu hətta
necə təsəvvür etmək olar, lakin siz bunun üzərində təkid
edib durursunuz. Məni bağışlayın, insan gərək hər şeyə o
qədər öyrəşmiş olsun ki, belə bir şeyi bu cür asanlıqla
söyləyə bilsin! Sizi məzəmmət etməyə mənim haqqım var,
çünki siz mənim oğlumu mənim əleyhimə çevirirsiniz. Əgər
o indi sizin üstünüzdə mənim üzümə ağ olmayıbsa da, onun
qəlbi mənim əleyhimədir...
Alyoşa həyəcanla:
– Yox, ata, yox! – dedi. – Əgər mən sənin üzünə ağ
olmamışamsa, bu ondandır ki, mən sənin onu təhqir etdiyinə
inanmıram, bir də ki, mən heç inana bilmirəm ki, adamı belə
təhqir etmək olar!
Knyaz bərkdən dedi:
– Eşidirsinizmi?
www.vivo-book.com
452
– Nataşa, bütün bu şeylərə müqəssir mənəm! Atamı
təqsirkar görmə! Bu günahdır, bu çox pis şeydir!
Nataşa həyəcanla:
– Vanya, eşidirsən? O indi mənim əleyhimədir! – dedi.
Knyaz:
– Bəsdir, – dedi, – bu ağır söhbəti qurtarmaq lazımdır.
Qısqanclığın, kor-koranə meydana çıxan bu qəzəbli
coşqunluğu sizin xasiyyətinizi mənim üçün tamamilə yeni
bir şəkildə, hər bir hüdud xaricində təsvir edir. Siz mənə
xəbərdarlıq etdiniz. Biz tələsmişik, doğrudan da, tələsmişik.
Siz hətta məni necə təhqir etdiyinizi hiss etmirsiniz, sizin
üçün bu, əhəmiyyətsiz bir şeydir. Tələsmişik... tələsmişik...
Əlbəttə, mənim sözüm müqəddəs bir söz olmalıdır, lakin...
mən atayam, oğlumun xoşbəxt olmasını istəyirəm...
Nataşa özündən çıxmış halda çığırdı:
– Siz öz sözünüzdən dönürsünüz! Əmələ gəlmiş
vəziyyət sizi sevindirir! Lakin bilin ki, mən iki gün bundan
əvvəl, burda, təkbaşına bu qərara gəlmişəm ki, Alyoşanı öz
sözündən azad edim, indi isə hamının qarşısında bu qərarımı
təsdiq edirəm. Mən onunla evlənməkdən imtina edirəm!
www.vivo-book.com
453
– Yəni, bəlkə də siz onda onun bütün əvvəlki
narahatlığını, vəzifə hissini, “öz vəzifəsi üzrə olan
sıxıntılarını” (necə ki özünüz bayaq deyirdiniz) oyatmaq
istəyirsiniz, ona görə oyatmaq istəyirsiniz ki, bununla onu
əvvəlki qayda ilə yenə də özünüzə bağlayasınız. Bu axı sizin
nəzəriyyənizdə belə çıxır, mən buna görə də belə deyirəm,
daha bəsdir, vaxt özü məsələni həll edər. Mən sizinlə
danışmaq üçün daha sakit dəqiqələr gözləyəcəyəm. Əminəm
ki, biz öz əlaqəmizi tamamilə kəsmirik. Buna da əminəm ki,
siz mənim qədrimi daha yaxşı bilməyi öyrənəcəksiniz. Mən
istəyirdim ki, bu gün sizin ata-ananız haqqında olan
tədbirimi sizə söyləyim, bu tədbirdən görərdiniz ki... lakin
daha bəsdir! – knyaz mənə yaxınlaşıb əlavə etdi: – İvan
Petroviç! Sizinlə daha yaxından tanış olmaq indi mənim
üçün daha artıq qiymətli olacaqdır, lakin bunu da deyim ki,
mən çoxdandı bu arzuda idim. Əminəm ki, siz məni başa
düşərsiniz. Bu günlərdə sizə gələcəyəm, icazə verərsinizmi?
Mən baş əydim. Mənim özümə elə gəlirdi ki, indi daha
onunla tanış olmaqdan boyun qaçıra bilməzdim. O mənim
www.vivo-book.com
454
əlimi sıxdı, Nataşaya kirimişcə baş əydi, ləyaqəti təhqir
olunmuş bir adam kimi otaqdan çıxdı.
www.vivo-book.com
455
IV FƏSİL
Biz bir neçə dəqiqə danışmadıq. Nataşa fikrə dalaraq,
böyük bir müsibət içində, dərdli-dərdli oturmuşdu. Onun
bütün qüvvəsi birdən-birə tükənmişdi. Alyoşanın əlini əlində
tutaraq, özündən getmiş kimi, heç bir şey görməyərək, düz
önünə baxırdı. Alyoşa öz dərdinə həzin-həzin ağlayırdı,
arabir də qorxa-qorxa və maraqla ona baxırdı.
Nəhayət, o çəkinə-çəkinə Nataşaya təsəlli verməyə
başladı, ona yalvarırdı ki, acıqlanmasın. Özünü
təqsirləndirirdi, o çox istəyirdi ki, atasını təmizə çıxartsın,
bu aydın görünürdü, onu xüsusilə narahat edən bu idi. O bir
neçə dəfə bu barədə söz açdı, ancaq öz fikrini aydın
söyləməyə cürət etmədi, Nataşanın yenə də acıqlanmasından
qorxdu. O yenə də Nataşanı əvvəlki kimi sevdiyinə and
içirdi, Katya ilə olan münasibətini odlu-odlu izah edir,
özünü təmizə çıxarmağa çalışırdı. Elə bir ucdan deyirdi ki,
mən Katyanı ancaq bir bacı kimi, əziz, mehriban bir bacı
kimi sevirəm, ondan tamamilə uzaqlaşa bilmirəm, əgər
uzaqlaşsam, bu mənim tərəfimdən çox kobud, amansız bir
Dostları ilə paylaş: |