www.vivo-book.com
466
üçünsə sənə yaxınlaşmaq, səninlə tanış olmaq istəyir.
Əzizim, sən onun təklifini rədd etmə, sən Allah, çalış,
qrafinyanın yanına tez get. Katya ilə tanış ol, ona diqqətlə
bax, sonra da mənə de görüm o necə adamdır. Mən
istəyirəm ki, onu sən özün öz gözünlə görəsən. Heç kəs
məni sən başa düşən kimi başa düşmür, sən biləcəksən ki,
mənə nə lazımdır. Bir şeyə də fikir ver, gör onlar bir-birilə
nə qədər dostdur, onların bir-birilə münasibəti necədir,
nədən danışırlar. Xüsusilə, Katyaya, Katyaya fikir ver. Öz
dostluğunu bir də mənə sübut elə, əzizim, mənim sevimli
Vanyam, bir də mənə sübut elə! İndi mənim ümidim
sənədir, ancaq sənədir!..
Evə qayıdanda gecə saat bir idi. Nelli yuxudan ayılıb
qapını açdı. Gülümsəyərək, sevinə-sevinə mənə baxdı.
Yazıq qız, yatdığına çox peşman olmuşdu, oturub məni
gözləmək istəyirmiş. Dedi ki, kim isə gəlib səni soruşdu,
mənim yanımda oturdu, sənə kağız yazıb stolun üstünə
qoydu, sonra da çıxıb getdi. Kağızı Masloboyev yazmışdı. O
məni sabah saat birdə öz yanına çağırırdı. Nellidən bəzi
şeyləri soruşmaq istədim, ancaq bunu sabaha saxladım,
www.vivo-book.com
467
ondan təkidlə tələb etdim ki, mütləq gedib yatsın, zavallı qız
onsuz da məni gözləməkdən yorulmuşdu, mən gələndən
yarımca saat qabaq yatmışdı.
www.vivo-book.com
468
V FƏSİL
Nelli səhər mənə dünən gələn adam haqqında çox
qəribə şeylər danışdı. Bir də ki, Masloboyevin bu axşam
gəlməsi özü qəribə idi. O yəqin bilirmiş ki, mən evdə
olmayacağam, son görüşümüzdə mən bunu ona demişdim,
bu mənim lap yaxşı yadımda idi. Nelli dedi ki, əvvəl mən
qapını açmaq istəmədim, qorxdum, axşam saat səkkiz idi.
Amma o, qapının arxasından çox xahiş etdi, dedi ki, əgər
mən indi kağız qoyub getməsəm, sabah mənə çox böyük
ziyan olacaq. Nelli onu buraxanda, o dərhal kağız yazmış,
sonra qıza yaxınlaşmış, gəlib divanda onun yanında
oturmuşdu. Nelli deyirdi ki: Mən yerimdən qalxdım, onunla
danışmaq istəmirdim, ondan bərk qorxurdum. O,
Bubnovadan danışmağa başladı, dedi ki, o indi yaman
acıqlanır, ona görə acıqlanır ki, daha səni öz yanına
aparmağa cürət etmir, sonra da sizi tərifləməyə başladı, dedi
ki, mən onunla çox yaxın dostam, onu lap uşaqlıqdan
tanıyıram. O bunu deyəndən sonra, mən də danışmağa
başladım. O, cibindən bir neçə konfet çıxartdı, xahiş etdi ki,
www.vivo-book.com
469
bu konfetlərdən mən də götürüm, mən götürmək istəmədim.
Başladı məni inandırmağa ki, mən yaxşı adamam, nəğmə
oxumağı, oynamağı bacarıram, birdən yerindən qalxıb
oynamağa başladı. Bu mənə gülməli göründü. Sonra dedi ki,
bir az da oturum, Vanyanı gözləyim, bəlkə gəldi, məndən də
çox xahiş elədi ki, ondan qorxmayım, onun yanında oturum.
Mən də oturdum, ancaq onunla heç bir şey danışmaq
istəmirdim. Birdən o qayıdıb dedi ki, mən sənin ananı,
babanı tanıyırdım... Mən də onunla danışmağa başladım. O
çox oturdu.
– Siz axı nədən danışırdınız?
– Anamdan... Bubnovadan... babamdan... O, iki saata
qədər oturdu.
Nelli elə bil ki, nə barədə danışdıqlarını söyləmək
istəmirdi. Mən də soruşmadım, öz-özümə dedim ki, sonra
Masloboyevdən soruşub bilərəm. Mənə elə gəldi ki,
Masloboyev, Nellini tək görmək üçün, qəsdən mən evdə
olmayanda gəlmişdir. Düşünərək öz-özümdən soruşdum:
“Bu onun nəyinə lazımdır?”
www.vivo-book.com
470
Nelli Masloboyevin verdiyi üç balaca konfeti mənə
göstərdi. Bunlar yaşıl, qırmızı kağızlara bükülmüş nabat
şəkəri idi, özü də çox pisindən idi, yəqin ki, tərəvəz
dükanından alınmışdı. Nelli konfetləri mənə göstərəndə
güldü.
– Bəs niyə yeməmisən?
O, qaşlarını çataraq ciddi bir ifadə ilə dedi:
– Yemək istəmirəm. Mən bunları ondan almamışam, o
özü divanın üstünə qoydu...
Mən bu gün çox yerə getməli idim. Nelli ilə
xudahafizləşməyə başladım.
Gedərkən soruşdum:
– Tək qalanda darıxırsan?
– Darıxıram da, darıxmıram da. Ona görə darıxıram ki,
siz gec gəlirsiniz.
Bu sözləri söyləyərkən böyük bir məhəbbətlə mənə
baxdı. Səhərdən bəri mənə belə bir məhəbbətlə baxırdı. O
çox şən, çox mehriban görünürdü, eyni zamanda, onun
üzündə bir utancaqlıq, hətta qorxuya bənzər bir şey vardı,
elə bil ki, o məni acıqlandırmaqdan, mənim ona olan hüsn-
www.vivo-book.com
471
rəğbətimi itirməkdən, bir də ki... bir də ki, öz könlündəkini
açıb söyləməkdən qorxurdu, sanki bundan utanırdı.
O mənə elə əziz, elə sevimli görünməyə başlayırdı ki,
mən qeyri-ixtiyari olaraq gülümsədim:
– Bəs darıxmamağın nə üçündür? Sən axı dedin ki,
“darıxıram da, darıxmıram da”.
O, yavaşca güldü, yenə nədənsə utandı:
– Mən bilirəm nə üçündür.
Biz qapı ağzında danışırdıq. Nelli gözlərini yerə
dikərək mənim qarşımda durmuşdu. Bir əli ilə mənim
çiynimdən yapışmışdı, o biri əli ilə sürtukumun qolunu
didişdirirdi.
– Yoxsa, bu, gizli şeydir?
O astadan:
– Yox... elə şey deyil... Mən... mən sizin kitabınızı
sizsiz oxumağa başlamışam, – dedi və gözlərini yerdən
qaldıraraq, mehribanlıqla, diqqətlə mənə baxıb qıpqırmızı
qızardı.
– Belə de! Necədir, xoşuna gəldi?
Dostları ilə paylaş: |