www.vivo-book.com
461
balaca bir yemək hazırladım. Deyirdim ki, yaxşı söhbət
eləyərik, bir az da yeyib-içərik...
Zavallı Nataşa. Bunu söyləyərkən qıpqırmızı qızardı.
Alyoşa bərk sevindi.
–
Nataşa,
görürsənmi?!
Sən
heç
öz-özünə
inanmırsanmış! Hələ iki saat əvvəl sən öz şübhələrinə
inanmırsanmış! Yox, bu şeyləri düzəltmək lazımdır,
müqəssir mənəm, bu şeylərin hamısına mən səbəb olmuşam,
mən özüm də bunları düzəldəcəyəm. Nataşa, icazə ver, mən
bu saat atamın yanına gedim! Mən gərək onu görüm, o
inciyib, o təhqir olunub, ona təsəlli vermək lazımdır, mən öz
adımdan hər şeyi açıb ona deyəcəyəm. Hər şeyi! Ancaq öz
adımdan, səni bu söhbətə qatmayacağam. Bu qayda ilə mən
hər şeyi yoluna qoyacağam... Səni qoyub onun yanına
getdiyimə acıqlanma. Heç də elə deyil, mənim ona yazığım
gəlir, o gəlib sənin qarşında özünü təmizə çıxardacaq,
görərsən... Sabah hava işıqlanan kimi, sənin yanındayam,
bütün
günü
sənin
yanında
olacağam,
Katyagilə
getməyəcəyəm.
www.vivo-book.com
462
Nataşa onu saxlamadı, hətta özü ona getməyi məsləhət
gördü. O çox qorxurdu ki, Alyoşa bundan sonra özünü
məcbur edərək, günlərlə qəsdən onun yanında oturacaq,
bununla da özünü darıxdıracaq. O ancaq bunu xahiş etdi ki,
mənim adımdan knyaza heç bir şey demə, həm də çalışdı ki,
Alyoşa gedəndə, daha sevinclə gülümsəyərək onu yola
salsın. Alyoşa otaqdan çıxmaq istəyirdi ki, birdən Nataşaya
yaxınlaşdı, onun əllərindən tutub yanında oturdu, böyük bir
mehribanlıqla ona baxmağa başladı.
– Nataşa, əzizim, mələyim, mənə acığın tutmasın,
bundan sonra da bir-birimizdən heç inciməyəcəyik. Söz ver
ki, həmişə hər şeydə mənə inanacaqsan, mən də sənə
inanacağam. Bilirsən nə var, mələyim, gör sənə indi nə
danışacağam: bir dəfə biz, heç bilmirəm nə üstə isə, bir-
birimizdən küsmüşdük, müqəssir mən idim. Bir-birimizlə
danışmırdıq. Mən birinci olaraq üzr istəmək istəmirdim,
amma özüm yaman dərd çəkirdim, darıxırdım. Şəhəri avara-
avara gəzib dolanırdım, yoldaşlarımın yanına gedirdim,
amma özüm ağır bir dərd içində idim, ürəyim heç
açılmırdı... Onda ağlıma belə bir şey gəldi: dedim ki,
www.vivo-book.com
463
məsələn, birdən sən indi xəstələnsən və ölsən... Bunu
təsəvvür edəndə məni elə bir dərd, elə bir ümidsizlik bürüdü
ki, elə bil doğrudan da, sən ölmüşdün. Ağlıma cürbəcür daha
ağır, daha dəhşətli fikirlər gəlirdi. Yavaş-yavaş təsəvvür
etməyə başladım ki, guya sənin qəbrin üstünə gəlmişəm,
bihuş halda qəbrinin üstünə yıxılmışam, qəbrini qucaqlayıb,
matəm içində donub qalmışam. Təsəvvür etdim ki, elə bil
sənin qəbrini öpürəm, səni çağırıram, bircə dəqiqə də olsa,
sənin oradan çıxmağını istəyirəm. Allaha yalvarıram ki, bir
möcüzə eləsin, heç olmasa, səni bircə dəqiqəliyə diriltsin,
təsəvvür edirəm ki, yüyürüb səni necə qucaqlayardım,
bağrıma basardım, öpərdim, elə bil ki, səni bircə an da olsa,
əvvəlki
kimi
qucaqlaya
bilsəydim,
elə
oradaca
xoşbəxtlikdən ölərdim. Mən bunu təsəvvür edəndə birdən
ağlıma belə bir şey gəldi: budur, mən sənin bircə anlığa
dirilməyin üçün Allaha yalvarmaq istəyirəm, amma sən axı
altı ay mənimlə bir yerdə olmusan, bu altı ayda gör biz neçə
dəfə
söz-sözə
gəlmişik.
Günlərlə
bir-birimizlə
danışmamışıq! Günlərlə küsülü olmuşuq, öz xoşbəxtliyimizə
etinasızlıq göstərmişik, amma indi sənin bircə anlığa
www.vivo-book.com
464
qəbirdən dirilib qalxmağını arzu edirəm, bu an üçün bütün
həyatımı verməyə hazıram!.. Mən bu şeyləri təsəvvür edən
kimi, özümü saxlaya bilmədim, tez sənin yanına cumdum,
qaça-qaça bura gəldim, gördüm ki, sən də məni gözləyirsən,
yadımdadır, biz qucaqlaşanda mən səni bağrıma elə basdım
ki, elə bil, doğrudan da, sən əlimdən gedirdin. Nataşa! Gəl
bundan sonra daha heç dalaşmayaq! Mən həmişə bundan
çox əzab çəkirəm. Allah! Heç ağla gətirmək olarmı ki, mən
səni atıb gedəcəyəm?!
Nataşa
ağlayırdı.
Onlar
bir-birini
bərk-bərk
qucaqladılar, Alyoşa onu heç vaxt atıb getməyəcəyinə bir də
and içdi. Sonra tez atasının yanına getdi. O hər şeyi yoluna
qoyacağına, hər şeyi düzəldəcəyinə möhkəmcə inanırdı.
Nataşa əsəbi halda əlimi sıxaraq dedi:
– Hər şey bitdi! Hər şey məhv oldu! O məni sevir,
həmişə də sevəcək, amma Katyanı da sevir, bir qədər sonra
onu məndən çox sevəcək. Bu hiyləgər knyaz da sakit
qalmayacaq, bundan istifadə edəcək, onda...
– Nataşa! Mən özüm bilirəm ki, knyaz təmiz iş tutmur,
ancaq...
www.vivo-book.com
465
– Ona dediklərimə sən inanmırsan! Mən bunu sənin
üzündən bildim. Amma mənim haqlı olub-olmadığımı sən
sonra görəcəksən! Bu şeyləri mən hələ ümumiyyətlə
deyirdim, kim bilir, onun fikrində nələr var! O çox pis
adamdır! Mən bu dörd günü bu otaqda gəzə-gəzə hər şeyi
başa düşdüm. Ona mütləq lazımdır ki, Alyoşanı mənə olan
sevgisindən, onun yaşamasına mane olan qəm-qüssədən
azad etsin, onun qəlbini yüngülləşdirsin. Bu evlənmək
məsələsini, bir də ona görə meydana atmışdı ki, öz təsiri ilə
bizim aramıza soxulsun, Alyoşanı öz nəcibliyi, alicənablığı
ilə valeh etsin. Vanya, bu həqiqətdir, həqiqətdir! Alyoşa bu
təbiətdə bir adamdır. Knyazın bu hərəkətindən sonra o
mənim barəmdə sakit olardı, mənim barəmdə olan qorxusu,
həyəcanı ötüb-keçərdi. O belə fikirləşərdi: “İndi o mənim
arvadımdır, həmişə mənimlə yaşayacaq”, sonra da qeyri-
ixtiyari olaraq, Katyaya daha çox diqqət yetirməyə
başlayacaqdı. Görünür, knyaz Katyanın xasiyyətinə yaxşı
bələd olmuşdur, başa düşmüşdür ki, Alyoşaya tay olan bir
qızdır, Alyoşanı o məndən daha çox özünə cəlb edə bilər.
Ah, Vanya! İndi mənim bütün ümidim sənədir: knyaz nə
Dostları ilə paylaş: |