www.vivo-book.com
502
aparıb. Bubnova xəbis də olsa, kələkbaz da olsa, bütün
arvadlar kimi, o da axmaqdır. Qızın anasının pasportu yaxşı
pasport imiş, deməli, tamam təmiz imiş. Yelena sənin
yanında yaşaya bilsə də, çox yaxşı olardı ki, ailəli, xeyirxah
bir adam onu öz yanına aparıb, tərbiyəsi ilə ciddi surətdə
məşğul olaydı. Qoy hələlik orada yaşasın. Bunun eybi
yoxdur, mən hər şeyi sənin üçün yoluna qoyaram. Bubnova
heç bir şey eləyə bilməz. Onun mərhum anası barədə mən
çox az düzgün məlumat ala bilmişəm. O, Zaltsman
familiyalı bir adamdan dul qalmışdır.
– Nelli də mənə elə deyib.
– Məsələ də bununla qurtarır! – o, bir az təntənə ilə
sözünə davam edərək dedi: – İndi, Vanya, mənim səndən bir
xahişim var. Bunu sən yerinə yetir. Mümkün qədər mənə
ətraflı danış görüm, sən nə ilə məşğulsan, hara gedirsən,
bütün günü harada olursan? Mən bu barədə bəzi şeylər
eşitmişəm, bəzi şeylər bilirəm, ancaq mən bunu daha
mükəmməl surətdə bilmək istəyirəm.
Onun bu cür təntənə ilə danışması məni
təəccübləndirdi, hətta narahat etdi.
www.vivo-book.com
503
– Nə olub? Bunu sən niyə bilmək istəyirsən? Sən elə
bir təntənə ilə soruşursan ki...
– Mənə bax, Vanya, qısaca deyirəm: sənə yaxşılıq
etmək istəyirəm. Bilirsən, dost, əgər sənə kələk gəlsəydim,
mən başqa yol ilə də bu şeyləri səndən öyrənə bilərdim.
Amma sən elə güman edirsən ki, mən sənə kələk gəlirəm.
Nabat şəkərini deyirdin, mən axı başa düşdüm. Mən ki belə
təntənə ilə danışıram, deməli, çalışdığım öz xeyrim üçün
deyil, sənin xeyrin üçündür. Buna görə də məndən
şübhələnmə, açıq danış, həqiqəti söylə...
– Sən axı nə yaxşılıq etmək istəyirsən? Masloboyev,
mənə bax, sən niyə axı knyaz barəsində mənə bir söz demək
istəmirsən? Bu mənə lazımdır. Bax, bu yaxşılıq olardı.
– Knyaz barəsində? Hə... Yaxşı, lap açıq deyim... Mən
indi səndən knyaz barəsində məlumat almaq istəyirəm.
– Necə?
– Deyim də. Qardaş, mən hiss etmişəm ki, o sənin işinə
qarışır, yeri gəlmişkən bunu da deyim ki, o sənin barəndə
məndən bəzi şeylər soruşdu. Onun bizim tanış olduğumuzu
haradan öyrənməsi ilə sənin işin yoxdur. Ancaq bir şey var:
www.vivo-book.com
504
sən özünü ondan qoru, əsas məsələ budur. Bu adam xain
İudadır, ondan da pisdir. Buna görə də elə ki gördüm o sənin
işlərinə əl atır, sənin barəndə narahat oldum. Axı mən heç
bir şey bilmirəm, bunun üçün də səndən xahiş edirəm ki,
danış, mən də işdən xəbərdar olum. Bundan ötrü də səni bu
gün öz yanıma çağırmışam. Dediyim mühüm məsələ də,
bax, budur, görürsən ki, açıq danışıram.
– Sən, heç olmasa, mənə bir şey de, de görüm, axı mən
özümü knyazdan niyə qorumalıyam?
– Yaxşı, deyim. Məndən, qardaş, ümumiyyətlə başqa
işlərdə istifadə edirlər. Özün bir fikirləş: adamlar mənə ona
görə inanıb sirr verirlər ki, mən heyvərə deyiləm. İndi axı
bunu mən necə açıb sənə deyə bilərəm? Əgər mən bunu
ümumi şəkildə, lap ümumi desəm, məndən incimə. Bunu da
ancaq ona görə deyirəm ki, sən onun necə alçaq adam
olduğunu görəsən. Yaxşı, indi əvvəl sən başla, öz işindən de.
Mən düşünərək öz-özümə dedim: “Mənim işimdə elə
bir şey yoxdur ki, onu Masloboyevdən gizlədim”. Nataşanın
məsələsi gizli bir məsələ deyildi, hətta mən Masloboyevdən
ona kömək edəcəyini də gözləyə bilərdim. Məlum şeydir ki,
www.vivo-book.com
505
mən danışarkən, mümkün qədər bəzi şeylərin üstündən
keçdim. Masloboyev, xüsusilə knyaza aid olan sözlərə
diqqətlə qulaq asırdı, çox yerdə mənim sözümü kəsir, çox
şeyi təzədən soruşurdu, nəticədə də belə oldu ki, məsələni
mən ona çox müfəssəl danışmış oldum. Mən yarım saat
danışdım.
Masloboyev:
– Bəli! O qız ağıllı qızdır! – dedi. – Bəlkə də o knyazın
kələyini çox da düzgün başa düşməmişdir, amma elə bircə
orası yaxşıdır ki, ilk addımdan knyazı tanımışdır, onunla
bütün əlaqəni kəsmişdir. Afərin sənə, Natalya Nikolayevna!
Onun sağlığına içirəm (Masloboyev içdi.)! Bu işdə
aldanmamaq üçün yalnız ağıl deyil, qəlb də lazımdır! Qəlbi
onu aldanmağa qoymayıb. Məlum şeydir ki, o uduzmuşdur,
knyaz öz sözünün üstündə dayanacaq, Alyoşa onu atıb
gedəcək. İxmenevə adamın yazığı gəlir, bu alçağa on min
manat verəcək! Axı onun işindən ötrü kim getmişdir, kim
çalışmışdır? Yəqin özü olub! Ax-x! Bütün bu hirsli, nəcib
adamlar heç bir şeyə yaramırlar! Knyazla işi o cür aparmaq
www.vivo-book.com
506
lazım deyildi. Mən İxmenevə elə bir vəkil tapardım ki... Ax-
x! – Masloboyev narazı halda əlini stola çırpdı.
– İndi sən knyaz haqqında danış görək.
– Sən elə knyazdan tutub durmusan. Onun haqqında nə
deyim axı? Onun adını çəkdiyimə də peşman olmuşam.
Vanya, mən ancaq sənə xəbərdarlıq etmək istəyirdim ki,
özünü o alçaqdan qoru. Kim ki onunla işə girişir, o,
təhlükədən uzaq olmur. Bax, ayıq ol! Sənə deyəcəyim də elə
budur. Sən elə güman edirdin ki, mən sənə çox qəribə sirlər
açıb danışacağam... Elə, doğrudan da, görünür ki, sən roman
yazansan! Axı əclaf haqqında nə deyim? Əclaf əclafdır...
Məsələn, onun bir işi haqqında sənə danışım, ancaq mənim
sözümdə nə yer, nə şəhər, nə də adam adı olacaq, yəni tarix
göstərilməyəcək. Sən bilirsənmi ki, o hələ ilk cavanlığında,
hələ dəftərxanada donluqla işləməyə məcbur olanda varlı bir
tacir arvadı ilə evlənir. Bu arvadla o çox da elə nəzakətlə
dolanmır, hərçənd, indi məsələ buna aid deyil, ancaq,
dostum Vanya, burasını da qeyd edim ki, o həmişə belə-belə
pis işlər tutmağı xoşlayır. Bir əhvalat da söyləyim: o xaricə
gedir. Orada...
Dostları ilə paylaş: |