www.vivo-book.com
542
məni buraxır, amma üz-gözündən görünür ki, məni
buraxmaq ona çox əzab verir, belə olanda mənim üçün heç
fərqi yoxdur, bu elə mənim üçün buraxmamaq deməkdir.
Katya mənə tərəf dönərək, həyəcanla dedi:
– Yox, bu sənin sözün deyil! – onun gözləri qəzəblə
parıldayırdı. – Alyoşa, boynuna al, bu saat boynuna al ki,
bunun hamısını sənə atan deyib! Bu gün deyib! Rica edirəm,
mənə kələk gəlmə, mən o saat bilirəm! Elədir, ya yox?
Alyoşa karıxmış halda cavab verdi:
– Hə, deyib! Deyəndə nə olar ki? Bu gün o mənimlə
çox mehriban, çox dostcasına danışdı. Nataşanı elə hey
tərifləyirdi, mən hətta buna təəccüb etdim, Nataşa onu elə
təhqir etmişdi, amma bu onu tərifləyirdi.
Mən dedim:
– Bəs siz, siz də buna inandınız? Axı o sizə
bacardığının hamısını vermişdir, hətta indi də, bu gün də o
ancaq siz barədə narahat olurdu, çalışırdı ki, siz
darıxmayasınız, sizi Katerina Fyodorovnanı görmək
imkanından məhrum eləməsin! O özü bu gün bunu mənə
www.vivo-book.com
543
dedi. Siz də durub atanızın bu saxta sözlərinə, bu
böhtanlarına inanırsınız? Ayıb deyilmi?!
– Naşükür adam! Buna nə var ki, bunun üçün ayıb-zad
yoxdur! – Katya bunu deyib əlini yellədi, sanki ondan
tamamilə ümidini kəsmişdi.
Alyoşa qəmgin halda sözünə davam etdi:
– Axı siz məndən nə istəyirsiniz?! Katya, sən həmişə
beləsən! Sən həmişə məni pis gözdə görürsən... İvan
Petroviç də sizdən betər! Siz elə bilirsiniz ki, mən Nataşanı
sevmirəm. Mən onun xudbin olmasını başqa bir mənada
demədim. Mən ancaq bunu demək istəyirdim ki, o məni
həddindən artıq çox sevir, belə ki, lap daha cızığından çıxır,
bundan da həm o əzab çəkir, həm də mən. Atam istəsə də,
məni heç aldada bilməz. Onun dediklərinə uymaram. O,
Nataşanın xudbin olduğunu heç də pis mənada demədi, mən
axı onun nə dediyini başa düşdüm. İndi mən sizə necə
dedimsə, o da eynən mənə belə dedi. Dedi ki, Nataşa səni
elə çox sevir ki, bu gəlib xudbinlik dərəcəsinə çatır, bundan
həm sən əzab çəkirsən, həm də o, sən daha artıq əzab
çəkəcəksən. Bu sözləri o doğru deyir, məni istədiyindən
www.vivo-book.com
544
deyir, bu heç də o demək deyil ki, Nataşa haqqında o pis
fikirdədir, əksinə, atam onun sevgisini, hədd-hüdudu
olmayan, heç təsəvvürə sığışmayan, çox qüvvətli bir sevgi
hesab edir, elə bir sevgi ki...
Katya onun sözünü kəsdi, fikrini tamamlamağa imkan
vermədi. Alyoşanı odlu-odlu danlamağa başladı, ona sübut
edərək dedi ki, atan öz saxta yaxşılığı ilə səni aldatmaq üçün
Nataşanı tərifləməyə başlamışdır, bunda da məqsədi odur ki,
sizin aranızda olan əlaqənizi kəssin, altdan-altdan, gizlin-
gizlin səni onun əleyhinə qaldırsın. Katya qızğın halda, çox
ağıllı surətdə isbat edərək göstərdi ki, Nataşa səni sevir, heç
bir sevgi onun başına gətirdiyi işləri bağışlamaz, buna görə
də əsl xudbin elə sənsən! Katya yavaş-yavaş Alyoşanı elə
bir vəziyyətə gətirdi ki, o son dərəcə qəmginləşdi,
danışdığına da lap peşman oldu. Alyoşa bizim yanımızda
oturub tamamilə məğlub olmuş halda, dinib-danışmadan
yerə baxırdı, üzündəki ifadədən iztirab çəkdiyi görünürdü.
Lakin Katya susmaq bilmirdi. Mən böyük bir maraqla ona
baxırdım. Mən bu qəribə qızı tez bir vaxtda tanımaq
istəyirdim. O, tamamilə uşaq idi, lakin xeyirxahlığa, ədalətə
www.vivo-book.com
545
fitri, ehtiraslı məhəbbət bəsləyən, möhkəm qayda-qanunlu,
öz əqidəsində möhkəm olan qəribə bir uşaq idi. Əgər ona,
doğrudan da, hələ uşaq demək olardısa, onu düşünən uşaqlar
sırasına daxil etmək lazım gələrdi, belə uşaqlar bizim
ailələrdə çoxdur. Aydın görünürdü ki, o çox düşünür, çox
mühakimə yürüdür. Bu düşünən beyinə baxmaq, orada
tamamilə uşaq fikirləri və təsəvvürləri ilə bərabər, həyatdan
hiss edilərək, yaşayaraq alınmış ciddi təəssüratların,
müşahidələrin (çünki Katya indi yaşadığı həyatı hiss edirdi),
eyni zamanda, hələ ona tanış olmayan, hələ hiss edilərək
yaşanılmayan, lakin onu mücərrəd şəkildə, kitab əsasında
valeh edən fikirlərin necə bir araya gəldiyini görmək maraqlı
idi. Belə mücərrəd, kitabdan götürülmə fikirlər, görünür,
onun beynində lap çox idi, yəqin ki, bunları o özü hiss
edərək, yaşayaraq dərk etdiyi fikir kimi qəbul edirdi. Mənə
elə gəlir ki, həm bu axşam, həm də sonralar mən ona çox
yaxşı bələd ola bildim. O, coşqun, hər şeyi tez dərk edən bir
qəlbə malik idi. O elə bil ki, bəzən, hər şeydən əvvəl,
həqiqəti üstün tutaraq, özünə hakim olmaq bacarığına
etinasızlıq göstərirdi, həyatda səbatlı olmağı şərti, mənasız
www.vivo-book.com
546
bir ənənə hesab edirdi, sanki belə bir əqidə sahibi olması ilə
fəxr edirdi. Belə hallar bir çox coşqun qəlbli, hətta heç
gənclik yaşlarında olmayan insanlarda özünü göstərir. Lakin
bu özü ona xüsusi bir gözəllik verirdi. Düşünməyi, həqiqəti
əldə etməyi çox sevirdi, amma pedantlıqdan o qədər uzaq
idi, o qədər uşaqcasına hərəkətlər edirdi ki, siz ilk görüşdə
onda olan bütün orijinallığı sevməyə başlayar, bunlarla
razılaşardınız. Lyovinka və Borinka yadıma düşdü, mənə elə
gəldi ki, bu şeylər gərək elə belə də olsun. Çox qəribədir:
mən ilk baxışda Katyanın üzündə elə bir xüsusi gözəllik
görmədiyim halda, elə o axşam onun üzü mənim nəzərimdə
get-gedə daha gözəl, daha cazibədar olurdu. Onda
sadəlövhcəsinə iki cəhət vardı: o, bir tərəfdən uşaq idi, bir
tərəfdən də düşünən, mühakimə yürüdən bir qadın. Onda bir
tərəfdən uşaqlıq, son dərəcə səmimi olaraq, həqiqət və ədalət
arzusu, bir tərəfdən də öz əqidəsinə sarsılmaz bir inam var.
Bunlar hamısı onun üzündə gözəl səmimiyyət işığı ilə
parıldayırdı, ona yüksək, mənəvi bir gözəllik verirdi, siz
başa düşməyə başlayırdınız ki, bu gözəlliyin bütün mənasını
çox da elə tezliklə dərk etmək olmaz, hər bir adi, laqeyd bir
Dostları ilə paylaş: |