www.vivo-book.com
582
doğrudan da, bir təlxəyə oxşayıram, təlxək axı açıq danışır,
elə deyilmi?
– Knyaz, qulaq asın, indi daha gecdir, bir də ki...
– Nə? İlahi, belə də səbirsizlik olar?! Axı hara
tələsirsiniz? Oturaq, şərab içə-içə, iki yaxşı dost kimi,
dostcasına, səmimiyyətlə söhbət edək. Siz elə bilirsiniz ki,
mən kefliyəm? Kefli də olsam, eybi yoxdur. Bu yaxşıdır, ha-
ha-ha! Doğrudan da, bu dostcasına görüşlər həmişə uzun
zaman yadda qalır, adam bunu çox ləzzətlə xatırlayır. İvan
Petroviç, siz yaxşı adam deyilsiniz! Sizdə sentimentallıq,
hissiyyat deyilən şey yoxdur. Mənim kimi bir dost üçün
bircə saat vaxt sərf etmək nədir ki?! Bir də, axı bu özü də işə
aiddir... Bunu başa düşməmək olarmı? Hələ bir
ədəbiyyatçısınız da! Siz belə bir fürsətin əlinizə düşməsinə
şükür etməlisiniz! Siz mənim şəxsiyyətimdən bir tip kimi
istifadə edə bilərsiniz, ha-ha-ha! İlahi, mən bu gün nə qədər
açıq danışıram, bu nə qədər xoşdur!
Görünür, o lap keflənirdi. Onun üzü dəyişərək kinli bir
ifadə aldı. Yəqin o istəyirdi ki, məni acılasın, sancsın,
dalasın, mənə gülsün. Mən düşünərək öz-özümə dedim:
www.vivo-book.com
583
“Onun sərxoş olması bir cəhətdən yaxşıdır: sərxoş həmişə
ürəyindəkini açıb deyir”. Lakin onun ağlı başında idi.
Görünür, o öz vəziyyətindən həzz alırdı.
– Dostum, – deyərək sözünə davam etdi, – mən indi
sizə bir şeyi etiraf etdim, bəlkə də bu yersiz bir etiraf idi,
dedim ki, bəzən məndə böyük bir arzu oyanır, istəyirəm ki,
yeri düşəndə dilimi çıxarıb birisinə göstərim, onun ağzını
əyim. Siz məni belə sadədilliklə, belə təmiz ürəklə açıq
danışdığım üçün təlxəyə oxşatdınız, mən də buna lap
ürəkdən güldüm. Əgər siz məni, indi sizinlə kobud, hətta bir
mujik kimi nalayiq surətdə rəftar etdiyim üçün, bir sözlə,
ifadə tərzini birdən dəyişməyim üçün məzəmmət edirsinizsə,
ya buna təəccüblənirsinizsə, bu dəfə tamamilə haqsızsınız.
Əvvəla, budur ki, mən belə danışmaq istəyirəm, ikincisi,
mən öz evimdə deyiləm, sizin yanınızdayam... Yəni demək
istəyirəm ki, biz indi, iki yaxşı dost kimi, içib kef eləyirik,
üçüncüsü də, şıltaqlıq eləməyi mən yaman xoşlayıram.
Bilirsinizmi, bir zamanlar mən şıltaqlıq üzündən hətta
metafizik, filantrop da oldum, başımda da az qala, sizin
ideyalarınız kimi ideyalar hərlənirdi. Bu çox-çox bundan
www.vivo-book.com
584
əvvəl idi, gəncliyimin ən xoşbəxt günlərində idi.
Yadımdadır, onda mən insanpərvər bir məqsədlə öz kəndimə
gəldim, məlum şeydir ki, çox yaman darıxmağa başladım.
Onda, bilirsinizmi, mənim başıma nə gəldi, siz buna
inanmazsınız! Darıxdığım üçün qəşəng qızlarla tanış olmağa
başladım... Yenə də olmaya üz-gözünüzü qırışdırırsınız? Ey
mənim cavan dostum! Biz axı indi oturub kef eləyirik!
Adam ki içir – ürəyini açıb tökür! Mənim təbiətim rus
təbiətidir, saxta olmayan rus təbiətidir, mən vətənpərvərəm,
ürəyimi açıb tökməyi xoşlayıram, bir də fürsəti əldən
verməmək, kef çəkmək lazımdır. Ölüb gedəcəyik, bizdən
heç bir şey qalmayacaq. Bəli, qızlarla kef eləyirdim.
Yadımdadır, bir naxırçı arvadın əri vardı, qəşəng cavan bir
mujik idi. Mən onu yamanca cəzalandırdım, istədim
əsgərliyə göndərim (mənim şairim, bunlar hamısı keçmişin
dəcəllikləridir), bəli, istədim əsgərliyə verəm, amma
vermədim. O mənim xəstəxanamda öldü... Axı onda mənim
kəndimdə çox gözəl düzəldilmiş, on iki çarpayılı bir
xəstəxana da vardı, özü tərtəmiz, yeri parket... Mən onu
çoxdan ləğv etmişəm, amma onda həmin xəstəxana ilə fəxr
www.vivo-book.com
585
edirdim, insanpərvər idim, amma mujiki az qalmışdı ki,
arvadının üstündə çubuqla döydürüm. Yenə üz-gözünüzü nə
qırışdırırsınız? Bunlar hamısı keçib getmişdir. Bunu mən
romantik duyğulara aludə olanda, insanlara xeyirxahlıq
etmək,
insanpərvər
cəmiyyət
düzəltmək
istəyəndə
etmişdim... Onda belə bir yola düşmüşdüm. O zaman
döydürmüşdüm, indi döydürmərəm, indi ağız-burun əymək
lazımdır, indi biz hamımız ağız-burnumuzu əyirik,
zəmanəmiz belədir... Amma indi hamıdan çox, məni o
axmaq İxmenev güldürür. Mən əminəm ki, mujikin başına
gələn qəribə əhvalatı o yaxşı bilirdi... Bununla belə, o nə
etdi? Gözəl, saf, elə bil ki, şirədən yaradılmış bir qəlbə
malik olduğundan, həm də o zaman məni hədsiz dərəcədə
istədiyindən, məni lap üzümə tərif eləyirdi, bu qərara gəldi
ki, heç bir şeyə inanmasın, inanmadı da, yəni olan şeylərə
inanmadı, on iki il mənim arxamda dağ kimi durdu, o vaxta
qədər durdu ki, axırda mən onun özünə də toxunmalı oldum.
Ha-ha-ha! Eh, bunlar hamısı boş-boş şeydir! İçək, mənim
cavan dostum! Mənə baxın: “Sizin arvaddan xoşunuz
gəlirmi?”
www.vivo-book.com
586
Onun sualına cavab vermədim. Mən ancaq ona qulaq
asırdım. O ikinci şüşəni başladı.
– Amma mən axşam yeməyində onlardan danışmağı
xoşlayıram. Yeməkdən sonra sizi mademoiselle Phileber te-
la tanış etsəm necə olar, hə? Necə bilirsiniz? Sizə nə oldu?
Siz heç mənə baxmaq da istəmirsiniz... Bəli!
O elə bil ki, fikrə getdi. Lakin birdən başını qaldırdı,
mənalı-mənalı mənə baxıb sözünə davam etdi:
– Şairim, bilirsiniz nə var, mən istəyirəm sizə təbiətin
bir sirrini açım, deyəsən, bu sizə heç məlum deyil. Mən
yəqin bilirəm ki, indi siz məni öz ürəyinizdə günahkar, hətta
bəlkə də alçaq bir adam, əxlaqsızlıq və rəzalət əjdahası
hesab edirsiniz. Amma görün mən sizə nə deyirəm! Əgər biz
hamımız bütün sirlərimizi açıb söyləsəydik (bu qətiyyən
insan təbiətinə xas olan şey deyil), bəli açıb söyləsəydik,
nəinki başqasına, hətta ən yaxın dostlarımıza deməyə, hətta
bəzən öz-özümüzə etiraf etməyə qorxduğumuz sirlərimizi
söyləməkdən qorxmasaydıq, yer üzünü elə bir üfunət
bürüyərdi ki, biz hamımız bu üfunətdən boğulub ölərdik.
Buna görə də mötərizə içində desək, bizim kübar
Dostları ilə paylaş: |