www.vivo-book.com
577
Mən doğrudan da, onu döymək istəyirdim. Mən daha
özümü saxlaya bilmirdim. Mənə elə gəlirdi ki, o, iyrənc bir
həşərat, yekə bir hörümçəkdir, onu basıb əzmək üçün məndə
böyük bir arzu vardı. O məni ələ salmaqdan həzz alırdı, o
elə hesab edirdi ki, mən tamamilə onun ixtiyarındayam,
buna görə də mənimlə, pişik siçanla oynayan kimi
oynayırdı. Mənə elə gəlirdi ki, (mən bunu başa düşürdüm) o
öz alçaqlığından, nəhayət, mənim qarşımda öz maskasını
yırtması ilə göstərdiyi həyasızlığından, abırsızlığından zövq
alırdı, hətta, bəlkə də, bundan ehtiras hissi duyurdu. O
mənim təəccüblənməyimdən, mənim dəhşətə gəlməyimdən
həzz almaq istəyirdi. O, açıqca mənə nifrət edirdi, mənə
gülürdü.
Mən lap əvvəldən hiss etmişdim ki, o, müəyyən bir
məqsədlə belə edir, məsələni nəyə isə gətirib çıxartmaq
istəyir. Lakin mən elə bir vəziyyətdə idim ki, hər necə olur
olsun, gərək ona axıra kimi qulaq asaydım, bu, Nataşanın
xeyrinə idi, mən də hər şeyi qəbul etməli, hər şeyə dözməli
idim, çünki bəlkə də elə bu anda bütün məsələlər həll
olunurdu. Amma onun Nataşa haqqında söylədiyi bu
www.vivo-book.com
578
həyasızca, bu alçaqca sözlərinə necə soyuqqanlıqla qulaq
asmaq, buna necə dözmək olardı?! O özü də çox yaxşı
bilirdi ki, mən ona qulaq asmaya bilmərəm, bu isə mənim
incikliyimi daha da artırırdı. Mən: “Axı onun özünün də
mənə ehtiyacı var!” – deyə düşündüm, ona sərt, ağır
cavablar verməyə başladım. O bunu başa düşdü.
Ciddi halda mənə baxaraq dedi:
– Mənim cavan dostum, bilirsiniz nə var, söhbəti bu cür
davam etdirmək olmaz, buna görə də yaxşısı budur ki, gəlin
bu başdan şərtləşək. Bilirsinizmi, mən bu fikirdə idim ki,
bəzi şeyləri sizə açıb deyim, siz də gərək elə iltifat sahibi
olasınız ki, mən hər nə desəm, axıra qədər ona qulaq
asasınız. Mən özüm istədiyim kimi, xoşuma gələn kimi
danışmaq istəyirəm, əslində elə belə də lazımdır. Yaxşı,
mənim cavan dostum, sizin buna səbriniz çatacaqmı?
O mənə elə bir acı istehza ilə baxırdı ki, elə bil özü
məni ən kəskin etiraza dəvət edirdi, lakin mən canımı dişimə
tutub susdum. O mənim razı olduğumu, getməyəcəyimi başa
düşüb sözünə davam etdi:
www.vivo-book.com
579
– Dostum, mənə acığınız tutmasın! Sizin axı nəyə
acığınız tutdu? Elə bircə zahiri cəhətə, elə deyilmi? Mən
sizinlə ya laqeydliklə, ya nəzakətlə, ya da indiki kimi
danışsam da, əslində siz məndən ayrı bir şey gözləmirdiniz,
deməli, hər necə danışsam da, onun mənası indiki kimi
olacaqdı. Siz mənə nifrət edirsiniz, elə deyilmi?
Görürsünüzmü, məndə nə qədər xoş sadəlik, açıqürəklilik və
bonhomie
1
var. Mən sizə hər şeyimi, hətta uşaqlıq
şıltaqlıqlarımı da açıb deyirəm. Bəli, mon cher
2
, bəli, siz də
bu bonhomie-dən çox göstərin, onda düzəlişərik, işi
tamamilə sahmana qoyarıq, bir-birimizi qəti surətdə başa
düşərik. Siz mənə təəccüblənməyin, bütün bu günahsızlıqlar,
Alyoşanın bu pastoralları, bu şillerçilik, Nataşa ilə (amma
Nataşa çox sevimli qızdır), bəli Nataşa ilə olan bu lənətə
gəlmiş əlaqədəki bütün bu yüksəkliklər məni o qədər cana
gətirmişdir ki, mən bu şeyləri ələ salmağa, belə bir fürsətin
ələ düşməsinə istər-istəməz sevinirəm. Fürsət də ki ələ
1
Xoşməcazlıq (frans.)
2
Mənim əzizim(frans.)
www.vivo-book.com
580
düşüb. Bir də ki, mən sizin qarşısınızda ürəyimi boşaltmaq
istəyirdim. Ha-ha-ha!
– Knyaz, siz məni təəccübləndirirsiniz, siz əvvəlki
adama oxşamırsınız. Siz özünüzü təlxək vəziyyətinə
salmısınız, sizin heç gözlənilmədiyi halda ürəyinizdəkiləri
açıb deməyiniz...
– Ha-ha-ha, bu qismən doğrudur! Çox qəşəngcə bir
müqayisədir! Ha-ha-ha! Mən kef eləyirəm, dost, mən kef
eləyirəm, mən çox sevinirəm, çox da razıyam, mənim
şairim, siz gərək mənə hər cür güzəştə gedəsiniz. – O
özündən son dərəcə razı halda, qədəhə şərab tökərək əlavə
etdi: – Yaxşısı budur ki, gəlin içək. Mənim dostum,
Nataşagildə olduğunuz o axmaqcasına axşam ki vardı ha,
yadınızdadırmı, bircə elə o axşam məni lap cana gətirdi.
Hərçənd, Nataşa özü çox əziz, sevimli idi, lakin mən oradan
son dərəcə kinli çıxdım, bunu heç yadımdan çıxartmaq
istəmirəm. Nə yadımdan çıxartmaq, nə də gizlətmək!
Əlbəttə, bizim də arzu etdiyimiz gün olacaq, hətta belə bir
gün sürətlə yaxınlaşır, indi isə biz bunu qoyaq bir kənara.
Yeri gəlmişkən, mən sizə bir şeyi izah etmək istəyirəm.
www.vivo-book.com
581
Mənim bir xasiyyətim var, buna siz hələ bələd deyilsiniz.
Mən həmişə o bayağı, heç bir əhəmiyyətə malik olmayan
sadəlövhlüyə, pastorallığa nifrət etmişəm. Mənim həmişə ən
çox ləzzət aldığım şeylərdən biri də bu olmuşdur: əvvəlcə
yalandan sadəlövhcəsinə, pastorallığa uymaq, həmişə gənc
olan bir Şillerə mehribanlıq göstərmək, ürək vermək, sonra
isə birdən onu pis bir vəziyyətdə qoymaq, birdən maskanı
onun qarşısında çıxartmaq, əvvəlki gözəl sifəti dəyişib onun
ağzını əymək, dilini çıxardıb ona göstərmək. Bunu da elə bir
vaxtda etmək ki, o bunu qətiyyən gözləməmiş olsun. Necə?
Siz bunu başa düşmürsünüz? Bəlkə bu sizə iyrənc, mənasız
bir şey kimi görünür, siz bunu nanəciblik hesab edirsiniz?
– Əlbəttə, elədir.
– Siz açıq danışırsınız. Mən axı nə edim? Axı mənim
özümü də incidirlər! Bu axmaqcasına bir hərəkət də olsa,
mən açıq danışıram, nə edim, mənim xasiyyətim belədir.
Yeri gəlmişkən, mən sizə öz həyatımdan bir-iki şey
danışmaq istəyirəm. Siz onda məni daha yaxşı başa
düşərsiniz, bu çox maraqlı olar. Bəli, mən bəlkə də bu gün
Dostları ilə paylaş: |