www.vivo-book.com
618
Mən sevinərək dedim:
– Deməli, daha heç qorxmaq lazım deyil!
– Bəli, indi sağalacaq, amma sonra çox tezliklə öləcək.
Belə bir hökm məni çaşdırdı:
– Necə yəni öləcək? Axı, niyə?
– Bəli, o mütləq çox tezliklə öləcək. Onun ürəyi
xəstədir, vəziyyət bir balaca pisləşən kimi, o yenə də
yorğan-döşəyə düşəcək, bəlkə yenə də sağalıb duracaq;
sağalıb dursa da, sonra yenə də yatacaq və nəhayət, öləcək.
– Bəs onu xilas etmək mümkün deyil?! Yox, bu ola
bilməz!
– Bu belə də olmalıdır! Lakin əmələ gələn pis vəziyyət
aradan qaldırılsa, sakit, rahat bir həyat yaradılsa, vəziyyət
daha xoş keçsə, xəstə bəlkə də hələlik ölümdən uzaqlaşa
bilər. Hətta elə hallar olur ki... gözlənilməyən... qeyri-adi,
qəribə hallar... Bir sözlə, xəstə hətta bir çox xoş
vəziyyətlərin əmələ gəlməsi ilə bəlkə də xilas ola bilər, lakin
tamamilə xilas ola bilməz.
– Bəs onda nə edək?
www.vivo-book.com
619
– Məsləhətə qulaq asmaq, sakit həyat keçirmək, verilən
paroşokları qayda ilə qəbul etmək! Mən belə görürəm ki, bu
qız şıltaqdır, əsəbidir, hətta gülməlidir; o paroşokları qayda
ilə qəbul etmək istəmir, indi isə qəti surətdə rədd etdi.
– Elədir, həkim. O, doğrudan da qəribədir, ancaq mən
elə bilirəm ki, bu hal onda xəstəlikdəndir. Dünən çox yaxşı
sözə baxırdı, amma bu gün mən ona dərman vermək
istəyəndə, guya bilməyərək birdən qaşığa toxundu, dərman
da dağıldı. Mən istədim ona təzədən dərman hazırlayım, o
bütün dərman qutusunu əlimdən alıb yerə çırpdı, sonra da
ağlamağa başladı... – Mən düşünərək əlavə etdim: – Ancaq,
deyəsən, paroşok içməyə məcbur edildiyi üçün ağlamadı!
– Bəli! Bu irritasiyadır
1
. Onun başına gələn müsibətlər
(mən Nellinin həyatından həkimə çox şeyi bütün təfsilatı ilə
açıb danışmışdım, bu onu son dərəcə təəccübləndirmişdi) bu
şeylərlə əlaqədardır, xəstəlik də bundandır. Hələlik yeganə
əlac – paroşok qəbul etməkdir, o gərək paroşok qəbul etsin.
Mən gedim, yenə də ona təlqin etməyə çalışın ki, tibbi
1
Hirslənmə, əsəbiləşmə
www.vivo-book.com
620
məsləhətlərə qulaq asmaq lazımdır... Yəni, ümumiyyətlə
dedikdə... paroşokları qəbul etmək lazımdır.
Biz mətbəxdən çıxdıq (söhbətimiz də elə burada
olmuşdu), həkim yenə də xəstənin çarpayısına yaxınlaşdı.
Nelli, deyəsən, bizim söhbətimizi eşitmişdi: hər halda, başını
balışdan qaldırıb, qulağını bizə tərəf tutaraq, söhbətin
əvvəlindən axırına kimi, bizə diqqətlə qulaq asmışdı. Mən
bunu, azca açıq qalmış qapının arasından gördüm. Lakin biz
otağa girəndə, bu hiyləgər qız cəld adyalın altına girdi,
oradan istehza ilə gülümsəyə-gülümsəyə bizə baxdı. Yazıq
qız bu dörd gündə çox arıqlamışdı: gözləri çuxura
düşmüşdü: qızdırması hələ də vardı. Üzündəki nadinclik
ifadəsi, dəcəlliklə parıldayan gözləri bu halında ona daha
artıq yaraşırdı, bu isə həkimi çox təəccübləndirdi: o,
Peterburqda yaşayan bütün almanlar içərisində ən xoştəbiətli
bir adam idi.
Həkim ciddi bir halda, lakin səsini mümkün qədər
yumşaldaraq, mehribanlıqla, nəvazişlə ona – paroşokların
zəruri, həm də xilasedici bir əlac olduğunu, hər bir xəstənin
də onları qəbul etməyə borclu olduğunu izah etdi. Nelli
www.vivo-book.com
621
başını qaldırmaq istədi, lakin birdən necə oldusa əli qaşığa
toxundu, dərman yenə də yerə töküldü. Mən əminəm ki, o,
bunu qəsdən etdi. Qoca sakitcə dedi:
– Bu çox pis ehtiyatsızlıqdır: mən elə güman edirəm ki,
siz bunu qəsdən etdiniz, bu isə heç də tərifəlayiq bir iş deyil.
Amma… məsələni yenə də düzəltmək olar, yenə də paroşok
hazırlamaq olar.
Nelli düz onun gözlərinə baxıb güldü.
Həkim ağır-ağır başını yellədi.
Yenə də paroşok hazırlaya-hazırlaya dedi:
– Bu heç yaxşı deyil. Heç tərifəlayiq bir iş deyil, heç!
Nelli istədi gülməsin, lakin özünü saxlaya bilmədi:
– Mənə acığınız tutmasın, mən lap yəqin içəcəyəm...
Siz məni sevirsinizmi?
– Siz özünüzü yaxşı aparsanız, lap çox sevəcəyəm.
– Çox?
– Çox.
– İndi sevmirsiniz?
– İndi də sevirəm.
– Mən sizi öpmək istəsəm, siz də məni öpərsinizmi?
www.vivo-book.com
622
– Əgər siz buna layiq olsanız öpərəm.
Nelli yenə də özünü saxlaya bilməyib güldü.
Həkim çox ciddi bir halda pıçıldayaraq mənə dedi:
– Bu xəstə qız güşad təbiətli bir qızdır, amma bu şeylər
indi əsəbilik, şıltaqlıq əlamətidir.
Nelli birdən zəif bir səslə çığırdı:
– Yaxşı, paroşoku içərəm. Amma mən böyüyüb yekə
bir qız olanda siz məni alarsınızmı?
Görünür, bu yeni dəcəllik Nellinin çox xoşuna
gəlmişdir: onun gözləri parıldayır, dodaqları titrəyir, gülmək
istəyirdi: bir qədər təəccüblənən həkimin cavabını
gözləyirdi.
Həkim onun bu yeni şıltaqlığını görüb qeyri-ixtiyari
gülümsədi:
– Əlbəttə, əlbəttə, əgər siz yaxşı, tərbiyəli qız olsanız,
sözə baxsanız, bir də ki…
– Paroşokları qəbul etsəniz...
– Hə! Əlbəttə, paroşokları qəbul etsəniz! – Sonra
pıçıldayaraq mənə baxdı: – xoştəbiətli qızdır. Qılıqlıdır,
Dostları ilə paylaş: |