www.vivo-book.com
613
ağladığımı görüb, güc ilə və gərgin halda diqqətini
toplayaraq, gözlərini qırpmadan, xeyli mənə baxdı, sanki
nəyi isə təsəvvür etmək, anlamaq istəyirdi. Hiss olunurdu ki,
bunu o çox çətinliklə edir. Nəhayət, onun üzündə fikrə
bənzər bir şeyin ifadəsi göründü, bərk ürəkgetmədən sonra,
o adətən bir qədər öz fikrini toplaya bilmirdi, sözü də aydın
söyləməyi bacarmırdı. İndi də belə oldu: mənə nəsə demək
üçün özünü son dərəcə zorlamışdı, lakin söylədiyi sözlərin
başa düşülmədiyini hiss edərək öz kiçik əlini mənə tərəf
uzatdı, gözümün yaşını silməyə başladı, sonra da boynumu
qucaqladı, məni özünə sarı əyib öpdü.
Aydın görünürdü ki, mən burada olmayanda onun ürəyi
getmişdir, özü də ürəyi gedəndə o qapının qabağında
durubmuş. Ayılanda, yəqin, o xeyli özünə gələ bilməmişdi.
Bu zaman həqiqətlə qeyri-həqiqət onun təsəvvüründə bir-
birinə qarışmış, onun gözünə dəhşətli, qorxunc şeylər
görünmüşdür. Eyni zamanda mənim qayıdacağımı, gəlib
qapını döyəcəyimi tutqun şəkildə dərk edirmiş, buna görə də
qapının qabağında uzanaraq, mənim gəlməyimi gözləmiş,
qapı döyülən kimi açmışdır. Düşünürdüm ki “O axı qapının
www.vivo-book.com
614
qabağına niyə gedibmiş?” Birdən gördüm ki, o əyninə xəz
gödəkcə geyinmişdir (mən onu, otağıma gələn tanış bir
alverçi qarıdan almışdım: satdığı şeyini o bəzən mənə nisyə
verərdi). Deməli, Nelli harasa getmək istəyirmiş, yəqin ki,
elə qapını da açıbmış, birdən ürək getməsi tutub yıxılmışdır.
O hara getmək istəyirmiş? Bəlkə onda da ağlı üstündə
deyilmiş?
Lakin onun qızdırması düşmürdü; çox çəkmədi ki, yenə
də huşunu itirdi. Mənim otağımda onun iki dəfə ürəyi
getmişdi, ancaq ikisində də yaxşı qurtarmışdı, indi isə o
sanki qara qızdırmaya tutulmuşdu. Yarım saata qədər onun
yanında oturdum, sonra divanın qabağında bir neçə stul
qoyub, paltarımı soyunmadan, ona yaxın bir yerdə uzandım
ki, çağıranda tez ayılım. Şamı söndürmədim. Gözümə yuxu
gedənə kimi yenə də bir neçə dəfə ona baxdım. Onun rəngi
qaçmışdı, dodaqları qızdırmadan qurumuşdu, həm də qanlı
idi, görünür, yıxılanda qanayıbmış. Qorxu və əzabverici
kədər əlaməti üzündən silinmirdi, sanki bu şeylər hətta
yuxuda da ondan əl çəkmirdi. Mən bu qərara gəldim ki,
sabah onun halı xarablaşsa, mümkün qədər tezdən həkimə
www.vivo-book.com
615
gedim. Qorxurdum ki, birdən onu doğrudan da qara
qızdırma tutar.
Mən əsəbi halda titrəyərək düşündüm: “Onu knyaz
qorxutmuşdur!” Bu zaman knyazın bir qadın haqqında
danışdığı sözlər yadıma düşdü: bu qadın öz pulunu onun
üzünə çırpmışdı.
www.vivo-book.com
616
II FƏSİL
...İki həftə keçdi; Nelli sağalırdı. Onu qara qızdırma
tutmadı, lakin bərk xəstələndi. O ancaq aprelin sonlarında,
aydın, günəşli bir gündə, yataqdan qalxdı. Strastnaya
1
həftəsi idi.
Yazıq qız! Mən öz hekayəmi əvvəlki qayda ilə davam
etdirə bilmirəm. Mən indi o keçmiş şeyləri qeyd edirəm – o
gündən çox vaxt keçmişdir, lakin hələ indi də onun solğun,
arıq üzünü, qara gözlərinin nüfuzedici halda mənə zillənən,
uzun-uzadı məni seyr edən baxışlarını ürək parçalayan ağır
kədərlə xatırlayıram: bəzən görərdin ki, biz ikimiz tək
olanda öz yatağından uzun-uzadı mənə baxar, elə bil deyərdi
ki, əgər bilsən mənim ürəyimdən nələr keçir!.. Amma
görəndə ki, mən onun ürəyindən keçənləri başa düşmürəm, –
yavaşcadan, sanki öz-özünə gülümsər, birdən arıq, cılız
barmaqlı, isti əlini mehribanlıqla mənə uzadardı. İndi bunlar
hamısı keçib getmişdir, indi hər şey məlumdur, lakin mən
1
Pasxa ərəfəsindəki sonuncu həftə
www.vivo-book.com
617
hələ də bu əzab çəkmiş, təhqir olunmuş xəstə qəlbin bütün
sirlərini bilmirəm.
Mən hiss edirəm ki, əsl mətləbdən uzaq düşəcəyəm,
lakin bu anda mən ancaq Nelli haqqında düşünmək
istəyirəm. Qəribədir: indi mən xəstəxanada təkbaşına
çarpayıda uzanmışam, vaxtilə böyük bir məhəbbətlə
sevdiyim adamlar məni tərk etmişlər; bu halımda bəzən o
keçmiş günlərin xırdaca bir təfərrüatı xəyalımda canlanır,
lakin o zaman bu mənim bəlkə də heç nəzərimə çarpmırdı,
çarpsa da tez yaddan çıxıb gedərdi; həmin bu xırdaca
təfərrüat birdən yadıma düşür, mənim nəzərimdə tamamilə
başqa bir məna kəsb edir; bu isə hətta bu vaxta qədər başa
düşə bilmədiyim bir şeyi mənə tamamilə izah edir.
Nellinin xəstəliyi dörd gün məni də, həkimi də yaman
qorxutdu; beşinci gün həkim məni kənara çəkib dedi ki,
daha qorxmaq lazım deyil, qız mütləq sağalıb duracaq. Bu,
Nelli ilk dəfə xəstələnərkən çağırtdığım və çoxdan mənim
tanışım olan xoş və qəribə təbiətli, subay həkim idi, onun
boynundan asılan iri Stanislav ordeni Nellini o zaman son
dərəcə təəccübləndirmişdi.
Dostları ilə paylaş: |