www.vivo-book.com
592
– Quelle idee, mon cher
1
siz ancaq məni mətləbdən
uzaqlaşdırdınız. Buvons, mon ami
2
, icazə verin qədəhinizə
şərab töküm. Amma mən istəyirdim ki, sizə çox gözəl, çox
maraqlı bir əhvalat söyləyim. İndi bunu sizə ümumi bir
şəkildə danışım. Bir zaman mən bu xanımla tanış
olmuşdum, o, yetişmiş qız idi, iyirmi yeddi-iyirmi səkkiz
yaşı olardı, əla bir gözəl idi. Elə döşü, elə duruşu, elə yerişi
vardı ki, gəl görəsən! Baxışı, dişi qartal baxışı kimi adamın
ürəyinə sancılırdı. Lakin bu baxışlar həmişə sərt idi, ciddi
idi. O özünü çox əzəmətli tutardı, deyirdin ki, ona heç yaxın
durmaq olmaz. O, məşəqqətli qış kimi soyuq olması ilə ad
çıxarmışdı. Hamını öz qüruru, qorxunc xeyirxahlığı ilə
qorxudurdu. Bəli, qorxunc xeyirxahlığı ilə! Onun dairəsində
onun kimi amansız bir hakim yox idi. O başqa qadınları
nəinki qəbahətləri, hətta ən cüzi zəiflikləri üstündə
pisləyərdi, özü də ən qəti şəkildə pislərdi, heç kəslə
hesablaşmazdı. Onun öz dairəsində böyük nüfuzu vardı. Öz
xeyirxahlıqları cəhətdən ən məğrur, ən amansız olan qarılar
1
Nə gözəl fikirdir, mənim əzizim (frans.)
2
İçək dostum(frans.)
www.vivo-book.com
593
belə ona hörmət edərdi, hətta ona yaltaqlanardılar. O
hamıya, orta əsr monastırı abessası kimi, soyuq, amansız bir
nəzərlə baxardı. Cavan qadınlar onun baxışları, mühakiməsi
qarşısında tir-tir əsərdi. Onun bircə sözü, eyhamı adamın
bütün adını batıra bilərdi, o özünü cəmiyyətdə belə
tanıtmışdı, hətta kişilər də ondan qorxardı. Bundan başqa, o,
sakit idi, əzəmətli idi... Axırda nə oldu? Bununla belə, bu
qadından əxlaqsız bir qadın ola bilməzdi. Mənə də onun
inamını qazanmaq xoşbəxtliyi müyəssər oldu. Bir sözlə,
mən onun gizlin, sirli bir oynaşı oldum. Bizim əlaqəmiz,
görüşümüz elə məharətlə, elə ustalıqla düzəldilmişdi ki,
hətta onun ev adamlarından heç biri bu barədə zərrə qədər
də şübhələnə bilməzdi. Ancaq onun çox qəşəng bir
qulluqçusunun – bir fransız qadınının bu şeylərdən xəbəri
vardı, lakin bu qulluqçu qıza tamamilə arxayın olmaq olardı,
o da bu işdə iştirak edirdi, ancaq necə? Mən bunu indi
danışmıram. Mənim yaxınlıq etdiyim bu qadın elə şəhvətli
idi ki, markiz de-Sad
1
özü ondan bir çox şey öyrənə bilərdi.
1
Fransız erotik yazıçısı
www.vivo-book.com
594
Lakin onun verdiyi zövqün ən qüvvətli, ən təsirli, ən
sarsıdıcı cəhəti – onun sirli və həyasızcasına olmasında idi.
Qrafinyanın kübar cəmiyyətində ali mənəviyyat, yüksək
əxlaq, sədaqət haqqında söylədiyi sözlərə istehza etməsi, bir
də ki, onun daxili iblisanə qəhqəhələri, çirkaba atılmayan
şeyləri, şüurlu olaraq, ayaq altına alıb tapdalaması, bu
zövqün başlıca cəhəti, ən əsas xüsusiyyəti idi. Bunun da
həddi-hüdudu yox idi, bu ən sonuncu dərəcəsinə gətirilib
çatdırılmışdı, elə bir dərəcəyə çatdırılmışdı ki, ən odlu
beyinlər də bunu təsəvvür edə bilməzdi. Bəli, bu zövq-
təcəssüm etmiş iblisdir, lakin o, son dərəcə cazibədardır.
Mən indi də o qadını həyəcansız xatırlaya bilmirəm. Kefin
ən qızğın dəmində birdən dəli kimi qəhqəhə ilə gülərdi...
Mən bu qəhqəhənin səbəbini başa düşərdim, tamamilə başa
düşərdim, özüm də qəhqəhə ilə gülərdim... Bu əhvalatdan
çox keçmişdir, lakin o yadıma düşəndə indi də həyəcandan
boğuluram. Bir ildən sonra o məni başqası ilə əvəz etdi. Mən
istəsəydim də, ona ziyan yetirə bilməzdim. Axı mənə kim
inanardı? Görürsünüz necə arvaddır? Buna siz nə deyirsiniz,
mənim cavan dostum?
www.vivo-book.com
595
Mən onun sözlərinə nifrətlə qulaq asaraq dedim:
– Belə də alçaqlıq olarmı?
– Siz başqa cürə cavab versəydiniz, mənim cavan
dostum olmazdınız! Mən bilirdim ki, elə belə də
deyəcəksiniz. Ha-ha-ha! Mon ami, dayanın, yaşayarsınız, siz
də bu şeyləri başa düşərsiniz, amma indi sizə hələ qaqqa
vermək lazımdır. Yox, belə olandan sonra siz daha şair
deyilsiniz, o qadın həyatı başa düşürdü, ondan istifadə
etməyi bacarırdı.
– Axı belə vəhşilik dərəcəsinə çatmaq nəyə lazımdır?
– Hansı vəhşilik dərəcəsinə?
– Qadının və onunla bərabər sizin gəlib çatdığınız
vəhşilik dərəcəsinə!
– Hə, siz bunu vəhşilik hesab edirsiniz? Bu onu göstərir
ki, siz hələ başqasının təsiri altındasınız, müstəqil deyilsiniz.
Əlbəttə, mən bilirəm ki, siz müstəqil ola bilərsiniz, tamamilə
əks cəhətdən, ancaq... Gəlin sadəcə danışaq, mon ami...
Özünüz razı olarsınız ki, bunlar hamısı boş şeydir.
– Boş şey olmayan nədir?
www.vivo-book.com
596
– Boş şey olmayan – şəxsiyyətdir, mən özüməm. Hər
şey, bütün dünya mənim üçün yaranmışdır. Qulaq as,
dostum, mən hələ inanıram ki, dünyada yaxşı yaşamaq olar.
Bu isə nə yaxşı bir inamdır, çünki bunsuz heç pis də
yaşamaq olmaz, onda gərək adam özünü zəhərləyib
öldürsün. Deyirlər ki, axmağın birisi elə belə də etmişdir:
filosofluq edə-edə bir səfehliyə gəlib çıxmışdır ki, hər şeyi,
hər şeyi, hətta insanın bütün normal, təbii vəzifələrinin
qanuniliyini də pozub dağıtmışdır, axırda o dərəcəyə
çatmışdır ki, onun heç bir şeyi qalmamışdır, ondan qalan
ancaq bircə sıfır olmuşdur, buna görə də demişdir ki,
dünyada ən yaxşı şey – sianlı hidrogen turşusudur. Siz
deyəcəksiniz ki, bu – hamletçilikdir, dəhşətli bir
ümidsizlikdir, bir sözlə, yüksək, əzəmətli bir şeydir ki, bu
sizin heç yuxunuza da girməz. Siz şairsiniz, amma mən sadə
adamam, buna görə də deyirəm ki, məsələyə ən sadə praktik
nöqteyi-nəzərdən baxmaq lazımdır. Məsələn, lap çoxdandır
ki, mən özümü bütün buxovlardan, hətta vəzifələrdən azad
etmişəm. Mən özümü ancaq o şeydə borclu bilirəm ki, o şey
mənə bir xeyir gətirmiş olsun. Siz, əlbəttə, məsələyə belə
Dostları ilə paylaş: |