www.vivo-book.com
597
baxa bilməzsiniz, sizin ayaqlarınız bir-birinə dolaşmışdır,
zövqünüz də xəstədir. Siz ideal, xeyirxahlıq dərdini
çəkirsiniz. Dostum, siz nə buyursanız, mən onu qəbul
etməyə hazıram, ancaq mən nə edim, mən yəqin bilirəm ki,
bütün insan xeyirxahlığı əsasında çox dərin bir xudbinlik
vardır. Bir iş nə qədər xeyirxahcasına olsa, orada xudbinlik
bir o qədər də çoxdur. Mənim qəbul etdiyim yalnız bir
düsturdur: özünü sev! Həyat – ticarət sazişidir: pulunuzu
havayı yerə çölə atmayın, sizin işinizə yarayanlara verin,
bununla da sizə yaxın olan adamların qarşısında bütün
borcunuzu yerinə yetirmiş olarsınız. Mən əxlaq məsələsini
belə anlayıram, əgər siz mütləq bunu bilmək istəyirsinizsə,
amma etiraf edirəm, mənə qalsa, sənin işinə yarayan yaxın
adamın heç haqqını vermə, işi ona havayı gördür, bunu
etməyi bacar. Mənim heç bir idealım yoxdur, olmasını da
heç istəmirəm, heç vaxt da onların dərdini çəkməmişəm.
Dünyada idealsız da çox şən, çox ləzzətlə yaşamaq olar və
en some, ümumiyyətlə (frans.) mən çox şadam ki, sianlı
hidrogen turşusunu işlətmədən dolana bilirəm. Əgər mən bir
azca xeyirxah olsaydım, bəlkə də, o axmaq filosof kimi (heç
www.vivo-book.com
598
şübhəsiz o almandır), bəli, o axmaq filosof kimi, turşusuz
dolana bilməzdim! Yox! Həyatda hələ yaxşı şey çoxdur!
Yüksək mövqe, rütbə, otel, çoxlu pul qoyub qumar oynamaq
mənim çox xoşuma gəlir (qumar oynamağı yamanca
xoşlayıram). Amma ən çox xoşuma gələn – qadınlardır...
Özü də hər cürəsi. Mən hətta rəngarəng olsun deyə, daha
qəribə, daha orijinal, hətta bir az çirkin olan gizlin,
cinayətkar əxlaqsızlığı da xoşlayıram... Ha-ha-ha! Mən sizin
üzünüzə baxıram, siz indi mənə nə yaman nifrətlə
baxırsınız!
– Düz deyirsiniz! – dedim.
– Tutaq ki, elə siz də düz deyirsiniz, axı hər halda,
çirkin əxlaqsızlıq sianlı hidrogen turşusundan yaxşıdır. Elə
deyilmi?
– Yox, buna qalsa, sianlı hidrogen turşusu yaxşıdır.
– Mən sizdən qəsdən soruşdum ki: “Elə deyilmi?” –
bunu, sizin cavabınızdan ləzzət almaq üçün soruşdum, sizin
necə cavab verəcəyinizi mən qabaqcadan bilirdim. Yox,
dostum, əgər siz həqiqi insanpərvərsinizsə, onda bütün ağıllı
adamlara mənim zövqüm kimi zövqü olmasını arzu edin,
www.vivo-book.com
599
hətta qoy lap çirkinliyi də olsun, çünki bunsuz tez bir
zamanda ağıllı adamların dünyada yaşamasının mənası
olmayacaq, dünyada ancaq axmaq adamlar qalacaq. Onda
onlar xoşbəxt olacaq! Axı indi də belə bir atalar sözü var:
axmaqlar
xoşbəxt
olar.
Bilirsinizmi,
axmaqlarla
yaşamaqdan, bəli-bəli deyib onlarla razılaşmaqdan xoş bir
şey yoxdur, bu əlverişlidir! Siz baxmayın ki, mən kübar
cəmiyyətinin adət-ənənələrinin qədir-qiymətini bilirəm,
müəyyən qeyd-şərtlərə riayət edirəm, özümə yüksək mövqe
qazanmağa çalışıram. Axı mən görürəm ki, boş, mənasız bir
cəmiyyətdə yaşayıram, lakin bu cəmiyyətdə hələ mənim
yerim istidir, mən də bu cəmiyyətlə bəli-bəli deyə
razılaşıram, göstərirəm ki, onun arxasında dağ kimi
durmuşam, amma lazım olanda hamıdan əvvəl onu buraxıb
gedəcəyəm. Mən sizlərin bütün yeni fikirlərinizə bələdəm,
lakin heç vaxt onların əziyyətini çəkməmişəm, heç çəkmək
də lazım deyil. Mən hələ heç bir şeydə vicdan əzabı
çəkməmişəm. Mən hər şeyə razıyam, ancaq ki, mənim üçün
yaxşı olsun, bu fikirdə olanlar çoxdur, bizim vəziyyətimiz
doğrudan da, yaxşıdır. Dünyada hər şey məhv ola bilər,
www.vivo-book.com
600
ancaq biz heç vaxt məhv olmayacağıq. Dünya yaranandan
biz varıq. Bütün dünya harasa yuvarlana bilər, amma biz
tələf olmarıq, yenə də vurub üzə çıxarıq. Yeri gəlmişkən,
qoy bunu da deyim: elə bircə bunu nəzərə alın, görün ki,
bizim kimi adamlar yaşamağa necə qabil olan adamlardır.
Biz, misal üçün, ağla sığışmayacaq dərəcədə yaşamağa
qabilik. Bu sizi heç təəccübləndiribmi? Biz səksən, doxsan
yaşa qədər yaşayırıq. Deməli, təbiət özü bizə himayəlik edir.
Hi-hi-hi! Mən mütləq doxsan il yaşamaq istəyirəm. Ölümü
xoşlamıram, özü də ondan qorxuram. Kim bilir, hələ bir
necə öləcəksən! Mən bunu axı niyə deyirəm? Özünü
zəhərləyən filosof məni buna təhrik etdi. Cəhənnəm olsun
fəlsəfə! Buvons, mon cher! Biz axı qəşəngcə qızlardan
danışmağa başlamışdıq... Hara belə?
– Mən gedirəm, sizin də getmək vaxtınızdır...
– Bəsdir, bəsdir! Mən, necə deyərlər, bütün ürəyimi
sizin qarşınızda açdım, amma siz bunun böyük bir dostluq
əlaməti olduğunu heç hiss etmirsiniz də. Hi-hi-hi! Şairim,
sizin qəlbinizdə məhəbbət azdır. Bir dayanın, mən bir şüşə
də içmək istəyirəm.
www.vivo-book.com
601
– Bir şüşə də?
– Bəli, bir şüşə də... Xeyirxahlıq haqqında, mənim
cavan dəstpərvərdəm (Sizi belə şirin sözlə adlandırmağa
mənə icazə verirsinizmi? Kim bilir, bəlkə mənim təlimimin
sizə bir xeyri oldu!)... Bəli, mənim dəstpərvərdəm,
xeyirxahlıq haqqında mən bayaq sizə dedim: “Xeyirxah
adam nə qədər çox xeyirxah olsa, onda bir o qədər çox
xudbinlik var”. Bu barədə sizə qəşəngcə bir lətifə söyləmək
istəyirəm: bir dəfə mən bir qızı sevirdim, özü də, az qala lap
ürəkdən sevirdim. O qız hətta mənə çox şeyini qurban etdi...
Daha mən özümü saxlamaq istəməyərək, kobud bir
halda soruşdum:
– O var-dövlətini oğurladığınız qız?
Knyaz diksindi, üzünün ifadəsi dəyişdi, qızarmış
gözlərini mənə zillədi, onun gözlərində şübhə və çılğınlıq
vardı.
O öz-özü ilə danışırmış kimi dedi:
– Dayanın, dayanın, qoy fikrimi cəmləşdirim. Mən
doğrudan da, sərxoşam, fikrimi cəmləşdirməkdə çətinlik
çəkirəm...
Dostları ilə paylaş: |