www.vivo-book.com
587
cəmiyyətinin bütün qeyd-şərtləri, ədəb-ərkanı çox yaxşıdır.
Bu şeylərin əxlaq cəhətdən deyil, ümumiyyətlə, qoruyucu,
rahatedici cəhətdən çox dərin mənası var, bu da, məlum
şeydir ki, daha yaxşıdır, çünki əslində əxlaq özü də rahatlıq
deməkdir, yəni ancaq rahatlıq üçün kəşf edilmişdir. Ədəb-
ərkan barəsində sonra danışarıq, indi mətləbdən
uzaqlaşıram, sonra bunu mənim yadıma salarsınız. Sözümə
belə nəticə verirəm: siz məni əxlaqsızlıqda, föhşdə, rəzalətdə
təqsirləndirirsiniz, amma mən indi bəlkə də ancaq o
cəhətdən müqəssirəm ki, başqalarından açıq danışıram,
vəssalam. Bayaq dediyim kimi, başqalarının hətta öz-
özündən gizlətdikləri şeyləri mən gizlətmirəm... Bu pis işdir,
amma mən indi belə istəyirəm! – sonra istehzalı bir
təbəssümlə əlavə etdi: – Siz narahat olmayın, mən bayaq
“müqəssirəm” dedimsə də, sizdən bunun üçün heç də üzr
istəmirəm. Bir şeyi də nəzərdə saxlayın: mən sizi
utandırmıram, sizin də belə sirləriniz olduğunu soruşmuram
ki, bunlarla özümü təmizə çıxarım... Mən ləyaqətlə, nəcib
hərəkət edirəm. Ümumiyyətlə, mən həmişə nəcib hərəkət
edirəm.
www.vivo-book.com
588
Mən nifrətlə ona baxaraq dedim:
– Siz mənasız şeylər danışırsınız.
– Mənasız şeylər danışıram, ha-ha-ha! Deyim siz bu
saat nə fikirləşirsiniz? Siz belə fikirləşirsiniz: niyə mən sizi
buraya gətirmişəm, heç mətləbə dəxli olmadan, sizin
qarşınızda niyə belə ürəyimi açıb tökürəm? Elədirmi?
– Elədir.
– Bunu siz sonra biləcəksiniz.
– Əslində budur ki, az qala ikinci şüşəni də içib
qurtarırsınız... Keflənmisiniz.
– Yəni sərxoşam demək istəyirsiniz. Ola bilər.
“Keflənmisiniz!” – bu söz sərxoş sözündən bir az zəifdir. Ey
nəzakətlə başdan-başa dolu olan insan! Lakin biz, deyəsən,
yenə də dalaşmağa başladıq, amma gör necə bir maraqlı
məsələdən danışırdıq! Bəli, şairim, əgər dünyada hələ də
yaxşıca, şirincə bir şey varsa, o da qadındır!
– Bilirsiniz, knyaz, mən yenə də bir şeyi başa düşə
bilmirəm: siz axı niyə məni öz sirlərinizə, sevgi işlərinizə
məhrəm etmək fikrinə düşmüsünüz?
www.vivo-book.com
589
– Bəli... Mən sizə dedim ki, bunu sonra biləcəksiniz.
Narahat olmayın, lap elə tutaq ki, kefim gəlib deyirəm,
bunun heç bir səbəbi yoxdur, siz şairsiniz, siz məni başa
düşərsiniz, bir də axı mən bunu sizə demişəm. Maskanı
birdən-birə çıxarmaqda da, bu həyasızlıqda da xüsusi bir
ləzzət var. Adam birdən özünü başqasına elə bir şəkildə
göstərir ki, hətta bundan utanmağı heç özünə layiq də
görmür. Mən sizə belə bir lətifə söyləyim: Parisdə bir nəfər
dəli məmur varmış, bu məmurun, doğrudan da, dəli
olduğunu yəqin etdikdən sonra, onu aparıb dəlixanaya
salmışlar. O, dəli olmağa başlayarkən öz kefi üçün belə bir
şey edərmiş: evində lüt-anadangəlmə soyunarmış, ayağında
ancaq ayaqqabısı qalarmış, lap topuğuna kimi çiyninə enli
bir plaş atarmış, plaşa bürünüb, üzünə əzəmətli bir ifadə
verərək, təşəxxüslə küçəyə çıxarmış. Yandan baxanda hesab
edirsən ki, enli plaş geyinmiş bu adam da başqaları kimi öz
kefi üçün gəzib-dolanır. Lakin o, təklikdə bir adama rast
gələn kimi, çox fikirli, çox ciddi halda dinməz-söyləməz
onun üstünə gedər, birdən onun qarşısında dayanıb plaşını
açar, nəyi varsa hamısını... lap səmimi-qəlbən göstərərmiş.
www.vivo-book.com
590
Bir az belə durduqdan sonra yenə də plaşına bürünər,
üzündə qətiyyən bir hərəkət əlaməti göstərmədən, Hamletin
kölgəsi kimi, təşəxxüslə, aramla, heyrətdən donub qalmış
adamın yanından ötüb gedərmiş. Bu hərəkətini o, kişilərin
də qarşısında edərmiş, arvadların da, uşaqların da... Onun
aldığı bütün ləzzət də bundan ibarət imiş. Bir nəfər Şillerə
də, heç gözləmədiyi halda, birdən dilini çıxarıb göstərəndə,
o çaşmış halda qalanda, adam çox vaxt belə ləzzət alır.
“Çaşmış” – görürsünüz necə sözdür? Mən bu sözü sizin
müasir ədəbiyyatda oxumuşam.
– Yaxşı, o dəli imiş, bəs sizin...
– Ağlınız başınızdadır ki, – demək istəyirsiniz?
– Bəli.
Knyaz qəhqəhə ilə güldü.
Onun üzündə çox həyasızcasına bir ifadə göründü.
– Mənim əzizim, siz düzgün mühakimə yürüdürsünüz.
Mən onun həyasızlığından hiddətlənərək dedim:
– Knyaz, siz bizə, o cümlədən mənə nifrət edirsiniz,
indi isə hamının və başınıza gələn işlərin qisasını məndən
alırsınız.
Bunlar
da
hamısı
sizin
ən
xırda
www.vivo-book.com
591
xudpəsəndliyinizdən meydana gəlir. Siz kinlisiniz, özü də
xırdaca bir adam kimi kinlisiniz. Biz sizi acıqlandırmışıq,
bəlkə də sizi ən çox o axşamkı söhbət acıqlandırıb. Məlum
şeydir ki, siz bu qəti nifrətinizdən başqa heç bir şeylə
məndən belə bərk qisas ala bilməzdiniz, siz, hətta hamının
bir-birinə
göstərməyə borclu olduğu adi nəzakət
qaydalarından da özünüzü azad etmisiniz. Siz mənim
qarşımda öz iyrənc maskanızı belə açıb, belə qəfildən
çıxararkən, özünüzü belə əxlaqsız, həyasız bir şəkildə
göstərərkən məndən utanmırsınız, hətta məndən utanmağı
özünüzə layiq də görmürsünüz, siz bu cəhətinizi mənə aydın
göstərmək istəyirsiniz...
Knyaz kinli-kinli, kobud halda mənə baxıb soruşdu:
– Bunu siz nə üçün mənə deyirsiniz? Yoxsa, öz
arifliyinizi göstərmək istəyirsiniz?
– Göstərmək istəyirəm ki, mən sizin nə demək
istədiyinizi başa düşürəm, bunu sizə demək istəyirəm.
Birdən o, ifadə tərzini dəyişdi, əvvəlki kimi şən halda
ürək açıqlığı ilə gəvəzələməyə başladı:
Dostları ilə paylaş: |