www.vivo-book.com
572
içib lülqənbər olmağı, gizlində çox iyrənc bir şəkildə
əxlaqsızlıq etməyi xoşlayır... Mən onun barəsində dəhşətli
şeylər eşitmişdim... Deyirlər ki, Alyoşa atasının hərdən
içdiyini bilir, lakin bunu hamıdan, xüsusilə, Nataşadan
gizlətməyə çalışırdı. Bir dəfə az qalmışdı ki, bunu mənə açıb
desin, ancaq tez söhbəti dəyişdi, mənim suallarıma cavab
vermədi. Hər halda, bu məsələni mən ondan eşitməmişdim,
etiraf edirəm ki, əvvəllər buna inanmırdım. İndi isə
gözləyirdim, görüm işin axırı necə olacaq.
Şərab gətirdilər, knyaz iki qədəhə şərab tökdü: birini
özünə, birini mənə.
O, məmnuniyyətlə, ləzzət ala-ala şərabı içərək sözünə
davam etdi:
– O məni danlasa da, sevimli qızdır, çox sevimli qızdır!
Ancaq bu sevimli qızlar elə bu zaman, belə vaxtlarda
sevimlidir... Yəqin onda, yadınızdadırmı, həmin gecə, o elə
zənn edirdi ki, məni utandırmış, tapdalayıb yerlə yeksan
etmişdir. Ha-ha-ha! Qızarmaq ona nə yaxşı yaraşır! Sizin
qadınlardan yaxşı başınız çıxırmı? Bəzən qəfil qızarmaq
www.vivo-book.com
573
solğun üzə çox gözəl yaraşır, siz bunu hiss etmisinizmi? Ba,
deyəsən, sizin yenə də acığınız tutur?
Mən daha özümü saxlaya bilmədim:
– Əlbəttə, acığım tutur! İndi sizin Natalya Nikolayevna
haqqında danışmağınızı istəmirəm... Yəni sizin bu cür
danışmağınızı istəmirəm. Mən... mən buna yol vermərəm!
– Paho! Yaxşı, buyurun, sizə güzəştə gedib söhbəti
dəyişərəm. Axı mən güzəştə gedən adamam, xəmir kimi
yumşağam. Onda sizdən danışaq, İvan Petroviç, mən sizin
xətrinizi istəyirəm, siz kaş ki, bilsəniz, mən sizin işlərinizdə
necə dostcasına, necə səmimi olaraq iştirak edirəm...
Mən onun sözünü kəsdim:
– Knyaz, əsl məsələdən danışsaq, yaxşı olmazmı?
– Yəni siz bizim məsələdən demək istəyirsiniz? Mon
ami, ağzınızı açan kimi mən sizi başa düşürəm, əgər biz indi
sizdən danışsaq, əgər, əlbəttə, siz mənim sözümü
kəsməsəniz, biz əsl məsələyə lap yaxınlaşmış olarıq, amma
siz bunu təsəvvür etmirsiniz. Bəli, sözümə davam edirəm:
mənim çox qiymətli olan İvan Petroviçim, mən sizə onu
demək istəyirəm ki, o cür ki siz yaşayırsınız, elə yaşamaq –
www.vivo-book.com
574
özünü məhv etmək deməkdir. Siz bu incə məsələyə
toxunmağa mənə icazə verin, bunu mən dostluq cəhətdən
edirəm. Siz kasıbsınız, siz nəşriyyat sahibindən qabaqcadan
pul alırsınız, bunun bir hissəsi ilə borclarınızı verirsiniz,
qalan pula da altı ay bircə çay ilə dolanırsınız, öz
çardağınızda soyuqdan titrəyə-titrəyə oturub gözləyirsiniz
ki, nə vaxt romanınız yazılıb qurtaracaq, siz də onu aparıb
jurnal sahibinə verəcəksiniz, belə deyilmi?
– Belə də olsa, axı bu şeylər...
– Oğurluq etməkdən, yaltaqlıq etməkdən, rüşvət
almaqdan, fitnə-fəsad törətməkdən, bir çox bu kimi
şeylərdən çox-çox yaxşıdır. Bilirəm, bilirəm, siz nə demək
istəyirsiniz, bunlar çoxdan çap olunmuşdur.
– Buna görə də mənim işlərim barəsində sizin
danışmağınız nahaqdır. Knyaz, yoxsa, mən sizə nəzakət
qaydalarını öyrətməliyəm?
– Ancaq siz yox! Amma nə etməli ki, biz mütləq bu
incə məsələyə toxunmalı oluruq. Axı bunun yanından ötüb-
keçmək olmaz. Yaxşı, çardağı qoyaq qalsın bir kənarda.
Mən özüm də, müəyyən hallarda olmasa, bunun həvəskarı
www.vivo-book.com
575
deyiləm (bunu deyib iyrənc bir halda qəhqəhə ilə güldü).
Məni təəccübləndirən başqa şeydir: ikinci şəxs rolunu
oynamaqda sizin marağınız nədir? Əlbəttə, sizin
yazıçılardan biri, haradasa belə demişdir, yadımdadır, əgər
insan həyatda ikinci şəxs rolunu oynamaqla kifayətlənə
bilsə, bu onun ən böyük qəhrəmanlığıdır. Deyəsən, buna
oxşar bir sözdür! Bu barədə mən haradasa yenə söz-söhbət
eşitmişəm. Axı Alyoşa sizin evlənmək istədiyiniz qızı
əlinizdən almışdır, mən bunu bilirəm, amma siz, bir Şiller
kimi, onlardan ötrü özünüzü öldürürsünüz, onlara qulluq
göstərirsiniz, hətta az qala, onlara nökərçilik edirsiniz...
Mənim əzizim, siz məni bağışlayın, bu axı alicənab hisslərlə
oynanılan iyrənc bir oyundur... Doğrudan da, bu sizi necə də
usandırmır! Bu hətta ayıbdır! Mən sizin yerinizə olsaydım,
xəcalətdən ölərdim, xüsusilə ayıbdır, ayıbdır!
Mən özümdən çıxaraq bərkdən dedim:
– Knyaz! Siz, deyəsən, məni qəsdən bura gətirmisiniz
ki, təhqir edəsiniz!
– Yox, dostum, yox, mən bu anda ancaq, ancaq işgüzar
bir adamam, sizin xoşbəxt olmağınızı istəyirəm. Bir sözlə,
www.vivo-book.com
576
mən bütün işləri yoluna qoymaq istəyirəm. Amma hələlik
bütün işləri qoyaq bir kənara, siz isə axıra qədər mənə qulaq
asın, çalışın, lap ikicə dəqiqəliyə də olsa, acıqlanmayın.
Yaxşı, siz necə bilirsiniz, əgər evlənsəniz, necə olar?
Görürsünüzmü, mən bu saat lap kənar şeylərdən danışıram,
siz nə üçün mənə elə təəccüblə baxırsınız?
Mən doğrudan da, ona təəccüblə baxırdım:
– Gözləyirəm ki, siz bütün sözünüzü deyib qurtarasınız.
– Burda deyilib qurtarılası elə bir şey də yoxdur. Mən
bir şeyi bilmək istəyirəm, sizə ani deyil, əsaslı, həqiqi
xoşbəxtlik arzu edən dostlarınızdan birisi cavanca, qəşəng,
lakin bəzi şeylər dadmış olan bir qız təklif etmiş olsa... Mən
rəmz ilə danışıram, amma siz məni başa düşürsünüz, yəni
tutaq ki, Natalya Nikolayevna kimi bir qız, özü də məlum
şeydir ki, layiqli bir mükafatla... təklif etmiş olsa (Nəzərə
alın ki, mən öz işimizdən deyil, kənar bir şeydən
danışıram!), yaxşı, siz buna nə deyərdiniz?
– Mən sizə deyim ki, siz... dəli olmusunuz!
– Ha-ha-ha! Paho! Siz az qalır ki, məni döyəsiniz!
Dostları ilə paylaş: |