www.vivo-book.com
552
Mən bu sualı ona cəsarətlə verdim, hiss edirdim ki, belə
bir sualı tələsib verməklə, mən onun son dərəcə aydın
qəlbinin uşaqlara məxsus təmizliyini pozmaram.
Katerina Fyodorovna könül açıqlığı ilə gözlərimə
baxaraq yavaşca dedi:
– Vallah, hələ heç bilmirəm, amma elə bil ki, çox
sevirəm...
– Bax, görürsünüzmü! Onu nə üçün sevdiyinizi izah
edə bilərsinizmi?
Katya fikirləşərək cavab verdi:
– Onda yalançılıq yoxdur. O mənim düz gözümün içinə
baxanda, bu zaman mənə bir şey deyəndə, bu mənim çox
xoşuma gəlir... İvan Petroviç, mən bu barədə sizinlə
danışıram, mən axı qızam, amma siz kişisiniz, mən yaxşı iş
tuturam?
– Burada nə var ki?
– Mən də elə düşünürəm. Əlbəttə, burda nə var ki?
Amma onlar (gözlərilə samovarın yanında oturan adamları
göstərdi), onlar yəqin ki, deyərlər: bu yaxşı deyil. Onlar
haqlıdırmı?
www.vivo-book.com
553
– Yox! Siz axı pis bir iş tutduğunuzu qəlbən hiss
etmirsiniz, demək...
Katya:
– Mən həmişə belə edirəm, – deyərək sözümü kəsdi,
görünür, mənimlə mümkün qədər çox danışmağa tələsirdi. –
Mən bir şeydə karıxan kimi, o saat öz qəlbimə müraciət
edirəm, əgər o sakitdirsə, onda mən də sakit oluram. Həmişə
də belə etmək lazımdır. Buna görə də mən sizinlə tamamilə
belə açıq danışıram, elə bil ki, öz-özümə danışıram. Əvvəla,
bu ona görədir ki, siz gözəl insansınız, mən sizin, Alyoşadan
qabaq Nataşa ilə olan əhvalatınızı bilirəm, mən bunu
eşidəndə ağladım.
– Sizə kim danışdı?
– Məlum şeydir ki Alyoşa, özü də gözyaşı ilə danışdı,
onun belə ağlaya-ağlaya danışması çox yaxşı idi, mənim çox
xoşuma gəldi. İvan Petroviç, mənə elə gəlir ki, siz onu nə
qədər istəyirsinizsə, o sizi bundan da çox istəyir. Bax, belə
şeyləri ilə o mənim xoşuma gəlir. İkincisi də, mən sizinlə,
öz-özümlə danışan kimi, ona görə belə açıq danışıram ki, siz
www.vivo-book.com
554
çox ağıllı adamsınız, mənə çox məsləhətlər verə bilərsiniz,
çox şey öyrədə bilərsiniz.
– Siz haradan bilirsiniz ki, mən çox ağıllıyam, elə
ağıllıyam ki, sizə də bir şey öyrədə bilərəm?
– Əlbəttə belədir, buna söz ola bilməz! – o fikrə getdi.
– Mən bu barədə ancaq elə-belə danışırdım, indi ən əsas
məsələdən danışaq. İvan Petroviç, siz mənə yol göstərin.
Mən indi hiss edirəm ki, Nataşanın rəqibiyəm, mən bunu
bilirəm, indi bəs nə edim? Buna görə də mən sizdən onun
Alyoşa ilə xoşbəxt olub-olmayacağını soruşdum. Mən bu
barədə gecə-gündüz düşünmüşəm. Nataşanın vəziyyəti çox
pisdir, çox! Axı Alyoşa daha onu heç sevmir, amma məni
günü-gündən çox sevir. Belə deyilmi?
– Deyəsən, elədir.
– Alyoşa onu da aldatmır. O özü Nataşanı get-gedə
daha az sevdiyini bilmir, Nataşa isə yəqin bunu bilir. Gör o
nə qədər əzab çəkir!
– Katerina Fyodorovna, siz nə etmək istəyirsiniz?
Katya ciddi dedi:
www.vivo-book.com
555
– Mənim bir çox fikrim var, ancaq onlar bir-birinə
dolaşır. Ona görə də mən sizi səbirsizliklə gözləyirdim ki,
bunları həll edəsiniz. Siz bu şeylərin hamısını məndən çox-
çox yaxşı bilirsiniz. Siz indi mənim üçün elə bil ki, bir
Allahsınız. Qulaq asın, mən əvvəl belə fikirləşirdim: əgər
onlar bir-birini sevirsə, qoy onda xoşbəxt olsunlar, buna
görə də mən gərək öz xeyrimdən keçim, onlara kömək edim.
Elə deyilmi?
– Mən bilirəm ki, siz öz xeyrinizdən keçmisiniz.
– Bəli, öz xeyrimdən keçmişəm. Amma sonra Alyoşa
bizə tez-tez gəlməyə, məni get-gedə daha çox sevməyə
başladı, mən bunu görüb fikirləşməyə başladım, öz-özümə
dedim ki, öz xeyrimdən keçim, ya yox? Axı mənim belə
fikirləşməyim özü pisdir, elə deyilmi?
– Bu təbiidir, belə də olmalıdır... Siz müqəssir
deyilsiniz.
– Yox, elə deyil, siz çox yaxşı adamsınız, ona görə də
belə deyirsiniz. Amma mənə qalsa, mənim qəlbim çox da
təmiz deyil. Qəlbim təmiz olsaydı, mən bilərdim bu
məsələni necə həll edim. İndi bunu kənara qoyaq! Sonra
www.vivo-book.com
556
mən knyazdan, maman-dan, Alyoşanın özündən onların
münasibəti haqqında çox şey bildim, başa düşdüm ki, onlar
bir-birinə tay deyil, siz də bunu təsdiq etdiniz. Mən daha çox
fikirləşməyə başladım, dedim ki, indi mən nə edim? Əgər
onlar bədbəxt olacaqlarsa, yaxşısı budur ki, elə indidən
ayrılsınlar. Sonra belə bir qərara gəldim ki, bu məsələni
sizdən ətraflı surətdə soruşum, sonra da özüm Nataşanın
yanına gedim, onunla birlikdə məsələni həll edim.
– Bunu axı necə həll edəsən? Elə iş də bundadır.
– Mən ona elə belə də deyəcəyəm: “Siz axı Alyoşanı
dünyada hamıdan çox sevirsiniz, buna görə də onun
xoşbəxtliyini öz xoşbəxtliyinizdən çox sevməlisiniz, bunun
üçün də ondan ayrılmalısınız”.
– Yaxşı, bunu eşidəndə o özünü necə hiss edəcək?
Əgər o sizinlə razılaşsa, bunu etməyə onun gücü çatacaqmı?
– Bax, elə mən gecə-gündüz bu barədə fikirləşirəm, bir
də ki... bir də ki...
Birdən o ağladı.
Ağlamaqdan dodaqları titrəyə-titrəyə pıçıldadı:
Dostları ilə paylaş: |