www.vivo-book.com
533
adi qayda ilə daranmışdı. Başqa bir yerdə mən ona rast
gəlsəydim, onun yanından ötüb-keçər, ona heç diqqət
yetirməzdim, lakin o ilk baxışda belə görünürdü. Sonra elə
həmin axşam mən ona daha yaxşı, daha diqqətlə baxa
bildim... Elə bircə onun mənə əl verməsi, heç bir söz
söyləmədən, bir növ sadəlövhcəsinə, xüsusi bir diqqətlə
xeyli mənim gözlərimə baxması öz qəribəliyi ilə məni
heyrətə saldı, mən nə üçünsə ona baxıb gülümsədim.
Görünür, mən o saat qarşımda təmiz qəlbli bir insan
olduğunu hiss etmişdim. Qrafinya diqqətlə ona göz qoyurdu.
Katya mənim əlimi sıxıb, tələsə-tələsə məndən uzaqlaşdı,
Alyoşa ilə bərabər gedib, otağın o biri başında oturdu.
Alyoşa mənimlə görüşərkən pıçıldayaraq dedi: “Mən buraya
bircə dəqiqəliyə gəlmişəm, bu saat ora gedəcəyəm”.
“Diplomat” bir fikri inkişaf etdirərək sakit-sakit və
əzəmətlə danışırdı (Mən onun familiyasını bilmirəm, buna
görə də bir adla adlandırmaq üçün ona diplomat
deyəcəyəm). Qrafinya ona diqqətlə qulaq asırdı. Knyaz onun
fikrini bəyənərək yaltaq-yaltaq gülümsəyirdi, natiq tez-tez
ona müraciət edirdi, görünür, onu ləyaqətli dinləyici hesab
www.vivo-book.com
534
edirdi. Mənə çay verib sakit buraxdılar, buna da çox şad
oldum. Mən diqqətlə qrafinyaya baxırdım. Aldığım ilk
təəssürat nəticəsində heç istəmədən o mənim xoşuma gəldi.
Bəlkə də o daha cavan deyildi, amma mənə elə gəlirdi ki,
onun yaşı iyirmi səkkizdən çox deyil. Üzü hələ də təravətli
idi, bir vaxtlar o yəqin ki, ilk gəncliyində, çox gözəl imiş.
Tünd-sarı saçı hələ çox gur idi, bir az yüngüllük, dəcəlcəsinə
istehza ifadə olunan baxışlarında böyük bir mülayimlik və
mərhəmət vardı. Lakin görünür, indi o özünü ələ almışdı.
Onun baxışlarında, eyni zamanda, çoxlu ağıl, amma hər
şeydən çox mərhəmət, şənlik ifadə olunurdu. Mənə elə gəldi
ki, onun təbiətində yüngüllük, kef çəkmək həvəsi,
xoşməzac, bəlkə də bundan daha böyük bir xudbinlik üstün
yer tutur. O, knyazın əli altında idi, onun üzərində knyazın
çox böyük təsiri vardı. Mən onların bir-biri ilə yaxından
əlaqədə olduğunu bilirdim. Bunu da eşitmişdim ki, onlar
xaricdə
olarkən,
knyaz
onu
heç də başqalarına
qısqanmazmış. Mənə elə gəlirdi ki (indi də mənə elə gəlir),
onları bir-birinə keçmiş əlaqələrindən başqa, ayrı bir şey də
bağlayır, bu da qismən, hər birinin boynuna götürdüyü,
www.vivo-book.com
535
müəyyən uzlaşmaya əsaslanan sirli bir təəhhüddür... Bir
sözlə, onların arasında bir şey var idi. Onu da bilirdim ki,
knyaz indi onun əlindən bezardır, amma aralarındakı əlaqə
kəsilmirdi. Bəlkə də o zaman onları, xüsusilə, Katya
haqqında olan fikirləri əlaqələndirirdi, bu fikirlər də, söz yox
ki, knyazın təşəbbüsü ilə həyata keçirilməli idi. Knyaz buna
əsasən qrafinya ilə evlənməkdən yaxasını qurtara bildi
(qrafinya, doğrudan da, bunu ondan tələb edirdi), onu
inandıra bildi ki, öz ögey qızı ilə Alyoşanın evlənməsinə
kömək etsin. Mən Alyoşanın sadə qəlblə etdiyi
söhbətlərindən, hər halda belə bir nəticə çıxara bilmişdim,
axı Alyoşa hər necə olsa, bir şey duya bilərdi. Mənə eyni
zamanda, qismən də Alyoşanın söhbətlərindən elə gəlirdi ki,
qrafinya tamamilə knyaza tabe olsa da, knyaz ondan qorxur,
buna da yəqin ki, bir səbəb var. Hətta Alyoşa da bunu hiss
etmişdi. Sonra mən bildim ki, knyaz qrafinyanı bir adama
ərə verməyi çox istəyir, onu Simbirsk quberniyasına qismən
də bu məqsədlə göndərirdi, ümid edirdi ki, bəlkə əyalətdə
ona ləyaqətli bir ər tapa bildi.
www.vivo-book.com
536
Oturub qulaq asırdım, bilmirdim necə edim ki, tezliklə
Katerina Fyodorovna ilə üz-üzə durub danışa bilim.
Diplomat qrafinyanın sualına cavab verirdi, sual da hal-
hazırkı vəziyyətə, başlanan islahatlara, bu islahatlardan
qorxub-qorxmamağa aid idi. O, ixtiyar sahibi olan bir adam
kimi, sakit-sakit və çox uzun danışırdı. O öz fikrini
məharətlə, ağıllı tərzdə izah edirdi, lakin onun fikri çox
iyrənc bir fikir idi. O təkidlə deyirdi ki, bütün bu islahatlar,
düzəlişlər çox tezliklə öz nəticəsini göstərəcək, adamlar da
bu nəticələri görüb ağla gələcəklər, nəinki cəmiyyətdə
(məlum şeydir ki, onun müəyyən hissəsində) bu yeni ruh öz
təsirini itirəcək, eyni zamanda, səhvləri təcrübə nəticəsində
görəcəklər, onda daha böyük bir qüvvətlə köhnəni müdafiə
etməyə başlayacaqlar. Bu təcrübə təəssüfə layiq bir şey olsa
da, çox əlverişli olacaqdır, çünki o, xilasedici köhnəliyi necə
müdafiə etməyi öyrədəcəkdir, köhnəliyi müdafiə üçün yeni
dəlillər göstərəcəkdir, buna görə də hətta indi arzu etmək
lazımdır ki, ehtiyatsızlıq son pilləsinə daha tez çatsın.
Diplomat sözünü belə tamamladı: Bizsiz iş keçməz, bizsiz
heç bir cəmiyyət hələ bu vaxta qədər yaşaya bilməmişdir.
Dostları ilə paylaş: |