www.vivo-book.com
523
– Knyaz, necə edəcəyinizi mən bilmirəm. Amma başqa
bir məsələ haqqında, yəni Natalya Nikolayevnaya aid olan
məsələ haqqında mən sizə, bizim hamımıza lazım olan
məlumatı verə bilərəm, lakin sizin dediyinizi siz, əlbəttə,
məndən çox yaxşı bilirsiniz.
– Yox, yox, əlbəttə yaxşı bilmirəm. Siz onlarla
tanışsınız, bəlkə də Natalya Nikolayevna özü bu barədə
fikrini bir neçə dəfə sizə söyləmişdir, bu isə mənim üçün
əsasdır. Siz mənə çox kömək edə bilərsiniz, bu son dərəcə
çətin işdir. Mən bu pulu ona qaytarmağa hazıram, hətta
mütləq qaytarardım, baxmazdım ki, o biri məsələlər necə
qurtaracaq, başa düşürsünüzmü? Ancaq bunu mən necə
edim, məsələ bundadır! Qoca İxmenev, lovğadır, inaddır, bu
yaxşılığımın qarşılığında hələ bir məni təhqir də edər, pulu
mənim üstümə tolazlayar...
– Yaxşı, icazə verin, bu pulu siz necə hesab edirsiniz:
özünüzünkü, ya onunku?
– Məhkəmədə mən udmuşam, deməli, mənimdir.
– Bəs vicdanınız buna nə deyir?
www.vivo-book.com
524
Mənim, ağına-bozuna baxmadan verdiyim bu sual ona
bir qədər toxundu:
– Əlbəttə, özümünkü hesab edirəm. Amma deyəsən, bu
məsələnin bütün mahiyyətindən sizin xəbəriniz yoxdur. Mən
qocanı bilə-bilə məni aldatmaqda müqəssir görmürəm, etiraf
edirəm ki, heç vaxt da onu bu cəhətdən müqəssir
görməmişəm. Bu hala düşməsində o özü müqəssirdir. O bu
cəhətdən müqəssirdir ki, ona tapşırılan işə lazımi diqqət
yetirməmiş, can yandırmamış və etinasızlıq göstərmişdir.
Bizim də əvvəlki şərtimizə görə, bu işlərdən bəzisinə o
cavab verməli idi. Amma bilirsinizmi, məsələ hətta bunda da
deyil, məsələ bizim dalaşmağımızdadır, o zaman bir-birimizi
təhqir
etməyimizdədir,
sözün
qısası,
bir-birimizin
heysiyyətinə toxunmağımızdadır. Mən bəlkə də onda, bu
murdar on minə heç əhəmiyyət verməzdim, lakin o zaman
bütün bu işin nədən, necə baş verdiyi, əlbəttə, sizə
məlumdur. Boynuma alıram ki, mən vasvası olmuşam,
haqsız olmuşam (yəni onda haqsız olmuşam), lakin bunu
özümdə hiss etməmişəm, onun kobud hərəkətləri məni
təhqir etmiş, mən acıqlanmışam, acıqlı olduğum üçün də
www.vivo-book.com
525
güzəştə getmək istəməmişəm, işi məhkəməyə vermişəm.
Bəlkə də siz bunu çox da nəcib bir hərəkət hesab etmədiniz.
Mən özümü təmizə çıxarmaq istəmirəm, ancaq bunu qeyd
edim ki, hiddət, xüsusilə, təhqir olunmuş heysiyyət hələ
nəcibliyin olmadığını göstərmir. Bu, təbii, insani bir şeydir,
etiraf edirəm, təkrar edirəm ki, mən axı İxmenevi, demək
olar ki, heç tanımırdım. Alyoşa ilə onun qızı arasında olan
dedi-qodulara tamamilə inanırdım, buna görə də onun
qəsdən pul oğurlamasına inana bilərdim... İndi bunu kənara
qoyaq. Bu saat əsas məsələ budur: indi mən nə etməliyəm?
Puldan əl çəkməliyəm, amma mən pulu verəndə desəm ki,
indi də mən öz iddiamda haqlıyam, onda belə çıxar ki, pulu
mən ona bağışlayıram. Siz Natalya Nikolayevna ilə olan
vəziyyəti də buna əlavə edin, görün nə olar... O mütləq pulu
mənim üstümə tolazlayar...
– Bax, görürsünüzmü, özünüz deyirsiniz ki, tolazlayar,
deməli, siz onu düz adam hesab edirsiniz, buna görə də
tamamilə əmin ola bilərsiniz ki, o sizin pulunuzu
oğurlamamışdır. Əgər belədirsə, onda nə üçün siz onun
yanına getməyəsiniz, açıqca deməyəsiniz ki, mən iddiamı
www.vivo-book.com
526
qanuni hesab etmirəm? Bax, bu nəcib bir hərəkət olardı,
onda İxmenev bəlkə də öz pulunu götürməkdə çətinlik
çəkməzdi.
– Bəli... öz pulunu... Məsələ də elə bundadır, siz axı
mənə nə demək istəyirsiniz? Gedim ona söyləyim ki, öz
iddiamı qeyri-qanuni hesab edirəm? Onda hamı gözümün
içinə deyər ki, əgər sən bilirdin ki, qeyri-qanuni iş tutursan,
bəs niyə edirdin? Amma mən buna layiq deyiləm, çünki
qanuni iş tuturdum. Mən heç yerdə deməmişəm, heç kəsə
yazmamışam ki, o mənim pulumu oğurlayıb, lakin mən indi
də əminəm ki, o, diqqətsiz olmuş, ağıllı hərəkət etməmiş,
işin öhdəsindən gələ bilməmişdir. Bu pul mütləq mənimdir,
ona görə də öz-özümə şər atmaq mənim üçün çox ağır olar.
Bir də ki, yenə təkrar edirəm: qoca rəncidə olmaqda özü
müqəssirdir, amma siz məni məcbur edirsiniz ki, gedim
bunun üstündə mən ondan üzr istəyim, bu isə mənim üçün
ağır olar.
– Mənə elə gəlir ki, əgər iki adam barışmaq istəyirsə,
onda...
– Siz elə bilirsiniz ki, bu asan şeydir?
www.vivo-book.com
527
– Bəli, asan şeydir.
– Yox, bəzən bu heç də asan olmur, xüsusilə, o zaman
ki...
– Xüsusilə, o zaman ki, başqa məsələlər də bununla
əlaqədardır. Knyaz, bu barədə mən sizinlə razılaşıram.
Natalya Nikolayevnanın, sizin oğlunuzun məsələsi, hansı
cəhətdən ki sizdən asılıdır, siz onları həll etməlisiniz, özü də
İxmenevləri tamamilə təmin edəcək bir şəkildə həll
etməlisiniz. Ancaq o zaman siz məhkəmənin qərarı haqqında
İxmenevlə tamamilə səmimi danışa bilərsiniz. Amma indi
sizin aranızda hələ heç bir şey həll olunmamışdır, buna görə
də sizin üçün ancaq bir yol var: iddianızın düzgün
olmamasını etiraf etmək, özü də açıq, hətta lazım olsa,
camaat qarşısında etiraf etmək, mənim fikrim budur! Mən
öz fikrimi sizə açıq deyirəm, ona görə açıq deyirəm ki, siz
özünüz mənim fikrimi bilmək istədiniz, yəqin ki, sizə kələk
gəlməyimi arzu etmirdiniz. Bu özü mənə cəsarət verir ki,
sizdən bir şey soruşum: niyə siz bu pulu İxmenevə vermək
barəsində narahat olursunuz? Əgər siz özünüzü bu
iddianızda haqlı hesab edirsinizsə, onda pulu niyə ona
Dostları ilə paylaş: |