www.vivo-book.com
507
– Masloboyev, dayan görüm, sən hansını deyirsən?
Hansı ildə getdiyini?
– Düz doxsan doqquz il üç ay bundan qabaq getdiyini
deyirəm. Bəli, orada bir kişinin qızını tovlayıb Parisə aparır.
Özü də gör necə eləyib?! Qızın atası, deyəsən, bir növ zavod
sahibi imiş, ya da buna oxşar bir müəssisədə iştirak edirmiş.
Düzünü bilmirəm. Mən ki bu şeyləri sənə danışıram, onu bil
ki, başqa məsələlərdən özüm nəticə çıxarıb, özüm mülahizə
edib danışıram. Knyaz həmin o adamı aldadır, onunla bir
yerdə həmin müəssisəyə girir. Onu lap möhkəmcə aldadır,
ondan pul da alır. Məlum şeydir ki, bu aldığı pulun sənədləri
qocada var imiş. Amma knyaz istəyirmiş ki, bu pulu ondan
elə alsın ki, sonra daha qaytarmasın, yəni bizim dilimizcə
desək, oğurlasın. Qocanın bir qızı var imiş, qız da çox gözəl
qız imiş. Bu qıza ideal bir adam vurulubmuş, Şillerin qardaşı
imiş, şair, həm də tacir imiş, cavan bir xəyalpərvər imiş, bir
sözlə, xaliscə bir alman imiş, bir nəfər Feferkuxen...
– Deməli, onun familiyası Feferkuxen imiş?
– Bəlkə də heç Feferkuxen deyilmiş, kim bilir, məsələ
bunda deyil. Məsələ bundadır ki, knyaz o qıza yan alır, elə
www.vivo-book.com
508
də yan alır ki, qız dəli kimi ona vurulur. Onda knyaza iki şey
lazım idi. Birinci bu idi ki, qıza sahib olsun, ikinci də,
qocadan aldığı pulun sənədlərini ələ keçirsin. Qocanın bütün
açarları qızında imiş. O öz qızını dəlicəsinə sevirmiş, belə
ki, onu ərə vermək istəmirmiş. Ciddi deyirəm. Qızını, almaq
istəyən oğlanlara qısqanırmış, qızından necə ayrılacağını heç
ağlına sığışdıra bilmirmiş, hətta Feferkuxeni də qovur,
qəribə bir ingilis imiş…
– İngilis? Bu əhvalat axı harada olub?
– Mən elə-belə, müqayisə üçün, ingilis dedim, sən də o
saat yapışdın bundan! Bu əhvalat Santa-fe-de-Boqot
şəhərində, bəlkə də Krakovda olub, amma lap doğrusu,
Nassau fürstentumda, (Knyazlığında (alm.) indi razı
qaldınmı? Bəli, knyaz qızı tovlayır, götürüb aparır, knyazın
tələbi ilə qız atasının bəzi sənədlərini də özü ilə götürür.
Vanya, görürsənmi, belə də sevgi olar! Amma qız, heç
bilirsən necə qız imiş? İsmətli, nəcib, yüksək fikirli!
Doğrudur, bəlkə də onun sənədlərdən çox da elə başı
çıxmırmış. O ancaq bir şeyin dərdini çəkirmiş: atası onu
qarğıyar! Knyaz buna da bir yol tapır: qıza rəsmi olaraq
www.vivo-book.com
509
qanuni iltizamnamə verir ki, səni alacağam. Bu qayda ilə
onu inandırır ki, indi hələlik elə-belə gedərik, bir qədər
gəzərik, qocanın hirsi yatanda, yenə qayıdıb onun yanına
gələrik, ancaq evlənib gələrik, üçlükdə həmişəlik yaşayarıq,
xoş güzəran keçirərik, bir çox başqa şeylər də deyir. Qız ona
qoşulub qaçır, atası da onu qarğıyır, özü də sınıq çıxır.
Qızının dalınca Parisə gedir, Frauenmilx də onunla. Hər şeyi
atır, ticarəti də atır, qızını çox istəyirmiş.
– Dayan! Bu Frauenmilx kimdir?
– O da, adı da yadımdan çıxıb, hə, Feyerbaxı ey... Tfu,
lənətə gəlmiş, Feferkuxeni deyirəm! Bəli, məlum şeydir ki,
knyaz onunla evlənə bilməzdi, qrafinya Xlestova buna nə
deyərdi, baron Pomoykin bu barədə nə fikir söyləyərdi?!
Deməli, qızı aldatmaq lazım idi. Aldadır da, çox da
həyasızcasına aldadır! Əvvəl budur ki, qızı az qalırmış ki,
döysün, ikincisi də, Feferkuxeni qəsdən öz yanına çağırır, o
da gəlməyə başlayır, gəlib arvadın dostu olur; bir yerdə
dərdləşərlərmiş, axşamları ikilikdə oturub öz günlərinə
ağlayarlarmış. Feferkuxen ona təsəlli verərmiş, məlum
şeydir ki, onlar hər ikisi sadə adamlarmış. Knyaz onları
www.vivo-book.com
510
qəsdən bir-birinə calayırmış, bir dəfə evə gec gəlir, gəlib
görür ki, onlar bir yerdə oturublar. Özündən uydurur ki,
onların arasında yaxın əlaqə var, deyir ki, öz gözümlə
gördüm. İkisini də evdən qovur, özü isə müvəqqəti olaraq
Londona gedir. Arvad hamilə imiş, evdən qovulan kimi bir
qızı olur... qız yox ey, oğlan doğur, bəli, oğlu olur. Adını da
Volodka qoyurlar. Feferkuxen də onun xaç kirvəsi olur.
Arvad Feferkuxenlə çıxıb gedir. Feferkuxenin bir az pulu
varmış. Onlar İsveçrəni, İtaliyanı gəzirlər... Yəni bütün
şairanə yerlərdə, o ki lazımdı, olurlar. Arvad həmişə
ağlayırmış, Feferkuxen də sızıldayırmış, bu qayda ilə bir
neçə il keçir, qız da böyüyür. Knyazın işi lap yaxşı olardı,
ancaq bircə şey olmasaydı: o boynuna götürdüyü evlənmək
iltizamnaməsini arvaddan geri ala bilmir. Gedəndə arvad
ona deyir: “Sən alçaq adamsan. Sən mənim var-yoxumu
oğurladın, ismətimi əlimdən aldın, məni biabır elədin, indi
də məni atırsan. Əlvida! Amma iltizamnaməni sənə
verməyəcəyəm. Ona görə yox ki, bir gün sənə ərə getmək
istəyəcəyəm, yox, ona görə verməyəcəyəm ki, sən bu
sənəddən qorxursan. Ona görə də qoy bu həmişə mənim
www.vivo-book.com
511
əlimdə olsun!” Bir sözlə, əsib-coşur, amma knyaz sakit olur.
Ümumiyyətlə, bu cür əclaf adamlar üçün yüksək fikirli
şəxslərlə üz-üzə gəlmək çox əlverişlidir. Bu şəxslər son
dərəcə nəcib olduqlarından, onları aldatmaq çox asandır. Bir
də ki, bu şəxslər, mümkün olan yerdə, öz işləri üçün qanuna
əməli surətdə əl atmaq əvəzinə, həmişə yüksək və nəcibanə
bir həqarətlə işdən əl çəkirlər. Lap elə bu arvadı götür:
sənədi özündə saxlasa da, məğruranə bir həqarətlə işdən əl
çəkmişdir. Axı knyaz bilirdi ki, o özünü asar, amma bu
sənədi işə salmaz, buna görə də müəyyən vaxta qədər sakit
idi. Hərçənd, arvad bu alçaq adamın üzünə tüpürür, ancaq
Volodka ilə tək qalır, o ölsəydi, Volodka necə olacaqdı?
Lakin bu barədə fikirləşən yox idi. Bruderşaft da ona ürək-
dirək verirdi, bu barədə fikirləşmirdi, Şilleri oxuyurdular.
Axırda Bruderşaft nədənsə zəifləyib öldü...
– Yəni, Feferkuxen?
– Hə də, onu görüm gorbagor olsun! Amma arvad...
– Dayan! Onlar neçə il gəzib-dolanıblar?
– Düz ikicə yüz il! Sonra arvad Krakova qayıdır. Atası
onu qəbul etmir, onu qarğıyır, o da ölüb gedir, knyaz da
Dostları ilə paylaş: |