www.vivo-book.com
487
Nataşa:
– Vanya, görürsən, görürsən?! – deyərək ağladı.
Mən iki saat onun yanında oturdum, ona təsəlli verdim,
onu hər barədə başa salıb arxayın etdim. Bir çox məsələlər
onu qorxudurdu, əlbəttə, belə şeylərdən onun qorxmağa
haqqı vardı. Onun indiki vəziyyətini düşünəndə mənim
qəlbim kədərlənirdi, mən onun başına bir iş gələcəyindən
qorxurdum. Amma nə etmək olardı?
Alyoşa mənə çox qəribə görünürdü, Nataşanı o
əvvəlkindən heç də az deyil, bəlkə daha çox iztirab çəkərək,
tutduğu işdən peşman olaraq, Nataşanın hərəkətlərinə qarşı
minnətdarlıq göstərərək, daha çox sevirdi. Eyni zamanda,
yeni sevgi onun qəlbini get-gedə daha artıq bürüyürdü.
Bunun nə ilə qurtaracağını indidən təyin etmək mümkün
deyildi. Mənim özümə Katyanı görmək çox maraqlı idi.
Nataşaya yenə də söz verdim ki, gedib onunla tanış
olacağam.
Axıra yaxın, elə bil ki, onun kefi açıldı. Mən ona Nelli,
Masloboyev, Bubnova haqqında olan yeni xəbərləri,
Masloboyevgildə knyaza rast gəldiyimi, Masloboyevlə saat
www.vivo-book.com
488
yeddiyə görüş təyin etdiyimi söylədim. Bu şeylər Nataşanı
son dərəcə maraqlandırdı. Ata-anası haqqında ona çox az
danışdım, atasının bizə gəldiyini heç demədim, hələlik bunu
demək lazım deyildi, Nikolay Sergeiçin knyazla duelə
çıxmaq
istəməsi
onu
qorxuda
bilərdi.
Knyazla
Masloboyevin əlaqəsi, knyazın mənimlə tanış olmağa can
atması Nataşaya da çox qəribə göründü, əslində bu şeylərin
indiki vəziyyətlə əlaqədar olduğu çox aydın idi…
Mən saat üçdə evə qayıtdım. Nelli məni gülər üzlə
qarşıladı...
www.vivo-book.com
489
VI FƏSİL
Düz axşam saat yeddidə Masloboyevin yanına getdim.
O, qollarını açaraq bərkdən çığıra-çığıra məni qarşıladı.
Aydın görünürdü ki, o keflidir. Mənim gəlməyim
münasibətilə fövqəladə bir hazırlıq görülmüşdü, məni ən çox
təəccübləndirən də bu oldu. Çox gözəl və çox qiymətli süfrə
salınmış girdə stol üstündə qəşəng bir tompak samovar
qaynayırdı, süfrədəki büllur, gümüş, farfor çay dəsgahı par-
par parıldayırdı. Qiymətli süfrə salınmış o biri stola
boşqablarda yaxşı konfetlər, Kiyev mürəbbələri, marmelad,
pastila, palda, fransız mürəbbəsi, portağal, alma, qoz, fındıq
qoyulmuşdu, bir sözlə, elə bil ki, meyvə dükanı açılmışdı.
Burada qar kimi ağ süfrə salınmış üçüncü bir stol da vardı,
bu stola kürü, pendir, paştet, kolbasa, qaxaclanmış bud əti,
balıq, bir də ki, sıra ilə yan-yana düzülmüş əla büllur,
qrafinlərdə müxtəlif növ yaşıl, tünd-qırmızı, mixəyi, qızıl
rəngli araq qoyulmuşdu. Bir az kənardakı ağ örtüklü balaca
stolun üstündə iki vazada şampan şərabı vardı. Divanın
qarşısındakı stolda üç şüşə çox baha qiymətli Yeliseyev
www.vivo-book.com
490
şərabı nəzərə çarpırdı, bunlar da sotern, lafit və konyak idi.
Aleksandra Semyonovna çay stolu yanında oturmuşdu, onun
geyimi, bəzək-düzəyi sadə olsa da, görünür, buna çox diqqət
yetirmişdi, müvəffəq də olmuşdu. O bilirdi ki, bu geyim, bu
bəzək-düzək ona yaxşı yaraşır, yəqin bununla fəxr edirdi.
Məni görəndə, bir qədər təmtəraqla, azca yerindən qalxdı.
Onun qəşəng üzündən məmnuniyyət və sevinc yağırdı.
Masloboyev qəşəng çin tuflisi, bahalı xələt, gözəl təzə alt
paltarı geyinmişdi. Üst köynəyinin taxılması və tikilməsi
mümkün olan hər yerinə zaponkalar taxılmış, düymələr
tikilmişdi. Saçı dəblə yandan ayrılıb daranmışdı, saçına saç
yağı sürtülmüşdü.
Mən bu şeyləri görüb özümü elə itirdim ki, otağın
ortasında dayandım, ağzımı açıb gah Masloboyevə, gah da
sevinc və iftixarının hədd-hüdudu görünməyən Aleksandra
Semyonovnaya baxırdım.
Nəhayət, narahat halda soruşdum:
– Masloboyev, bu nədir? Yoxsa, qonaqlıq eləmisən?
Masloboyev iftixarla:
– Yox, – dedi, – qonağım tək sənsən.
www.vivo-book.com
491
– Axı bu şeylərlə (mən yeməkləri göstərdim), bütün bir
alayı yedirib doyurmaq olar.
Masloboyev əlavə etdi:
– İçirmək olar, əsas məsələni yaddan çıxartdın: içirmək
olar!
– Bu şeylər hamısı tək məndən ötrüdür?
– Bir sizdən, bir də Aleksandra Semyonovnadan
ötrüdür. Onun könlü istəyib, bunun hamısını belə düzəldib.
Aleksandra Semyonovna qızararaq ucadan dedi:
– Görürsən də! Mən bilirdim sən elə belə də
deyəcəksən! – lakin əvvəlki vəziyyətini heç də itirmədi. –
Qonağı layiqincə qəbul eləmək olmaz, o saat mən
günahkaram.
– Elə ki eşitdi sən axşam gələcəksən, lap səhər tezdən,
təsəvvür edirsənmi, lap səhər tezdən işə girişib, nə qədər
əziyyət çəkib...
– Yenə yalan dedin! Səhər tezdən deyil, dünən
axşamdan işə başlamışam. Sən dünən axşam gələn kimi
mənə dedin ki, o bizə gələcək, mən o vaxtdan başlamışam...
– Siz pis eşitmisiniz!
Dostları ilə paylaş: |