www.vivo-book.com
497
yazıb qoydum ki, elə bir məsələ var, gəlməsən, bütün
gəmilərimiz batdı.
Mən ondan xahiş etdim ki, bir də belə şey eləməsin,
yaxşısı budur ki, sözü olanda açıq desin. Bir də ki, onun
verdiyi izahat məni heç də təmin etmədi.
– Yaxşı, bəs günorta məndən niyə qaçırdın?
– Səhər, doğrudan da, işim vardı, bax, bircə kəlmə də
yalan demirəm.
– Knyazla işin vardı?
Aleksandra Semyonovna yaltaqlıq ifadə olunan bir
səslə soruşdu:
– Çayımız xoşunuza gəlirmi?
Beş dəqiqə idi o gözləyirdi ki, çayı tərif edəcəyəm,
amma mən bunu başa düşməmişdim.
– Aleksandra Semyonovna, çox gözəl çaydır, lap əla
çaydır! Mən hələ ömrümdə belə çay içməmişəm.
Bu söz Aleksandra Semyonovnaya elə ləzzət verdi ki,
rəngi qıpqırmızı qızardı, elə o saat yenə də mənə çay
tökməyə başladı.
Masloboyev bərkdən dedi:
www.vivo-book.com
498
– Knyaz! Qardaş, bu knyaz elə haramzadə, elə
kələkbaz şeydir ki, heç tayı-bərabəri yoxdur!.. Qardaş, gör
sənə nə deyirəm, hərçənd, mən özüm də kələkbazam, amma
bircə elə əxlaq nöqteyi-nəzərindən onun cildində olmaq
istəməzdim! Daha bəsdir, mən susdum! Onun barəsində
bircə bunu deyə bilərəm.
– Amma mən elə bil qəsdən, sənin yanına gəlmişəm ki,
onun barəsində məlumat alım. Bu barədə sonra danışarıq.
İndi de görüm, niyə dünən sən mənsiz mənim Yelenama
nabat şəkəri vermisən, sonra da qarşısında oynamısan? Sən
onunla saat yarım nə barədə danışa bilərdin?
Masloboyev birdən Aleksandra Semyonovnaya tərəf
dönüb, Yelena haqqında izahat verdi:
– Yelena deyilən, on bir-on iki yaşında balaca bir
qızdır, hələlik İvan Petroviçin yanında yaşayır. Vanya, bir
ora bax, ora bax! – deyərək barmağı ilə Aleksandra
Semyonovnanı göstərdi. – Tanımadığı bir qıza nabat şəkəri
verdiyimi eşidən kimi, gör necə qızardı, necə diksindi, elə
bil ki, birdən tapança atdılar... Gör gözləri necə parıldayır,
elə bil közdür! Aleksandra Semyonovna, axı daha niyə
www.vivo-book.com
499
gizlədirsən, niyə?! Yamanca qısqancdır! Deməsəm ki, o, on
bir yaşında bir qızdır, o saat saç-birçəyimi yolacaq,
berqamot da dadıma çata bilməyəcək!
– Elə indi də çata bilməyəcək!
Aleksandra Semyonovna bu sözləri deyən kimi, bir
sıçrayışda çay stolundan bizim tərəfə atıldı, Masloboyev
başını qaçırana kimi, onun saçından tutub o ki lazımdı
dartdı.
– Bax, belə, bax, belə! Qonağın yanında demə ki, mən
qısqancam, demə, demə, demə!
Aleksandra Semyonovna hətta qızarsa da, gülsə də,
Masloboyevə yamanca tənbeh verdi.
Sonra mənə tərəf dönüb, ciddi bir ifadə ilə:
– Hər şeyi açıb danışır! – dedi.
– Vanya, görürsən də, mənim güzəranım belədir! Bu
münasibətlə mütləq araq içmək lazımdır! – Masloboyev
saçını düzəldə-düzəldə, az qala yüyürə-yüyürə qrafinə tərəf
getdi. Lakin Aleksandra Semyonovna onu qabaqladı, stolun
yanına yüyürdü, özü araq töküb ona verdi, hətta üzünü
www.vivo-book.com
500
mehribanca əllədi də. Masloboyev lovğa-lovğa mənə göz
vurdu, dilini şaqqıldatdı, arağı içdi.
Divanda, yanımda oturub sözə başladı:
– O nabat şəkəri çətin yadıma düşür. Mən onu üç gün
bundan əvvəl, sərxoş halda, tərəvəz dükanından almışdım,
özü də, heç bilmirəm nə üçün almışdım. Bəlkə də
vətənimizin ticarətinə, sənayesinə kömək etmək üçün
almışdım – yaxşı yadımda deyil. Yadımda olan budur ki,
onda mən sərxoş halda küçə ilə gedirdim, palçığın içinə
yıxıldım, saçımı yolurdum, ağlayırdım ki, heç bir şeyə qabil
deyiləm. Məlum şeydir ki, aldığım nabat şəkəri onda
yadımdan çıxmışdı, dünənə kimi cibimdə qalmışdı, dünən
sənin divanında oturanda onların cibimdə olduğunu hiss
etdim. Oynamaq məsələsi də sərxoşluqdan idi, dünən mən o
ki lazımdı sərxoş idim, kefim kök olanda sərxoşluqdan
hərdən oynayıram. Məsələ belədir, burası da var ki, o yetim
qıza yazığım gəldi, bir də ki, o mənimlə heç danışmaq
istəmirdi, elə bil ki, mənə acığı tutmuşdu, mən də onun
kefini açmaq üçün oynamağa başladım, nabat şəkərlərini də
ona bağışladım.
www.vivo-book.com
501
– Bəlkə sən onu aldadıb ondan söz almaq istəyirsənmiş,
düzünü de: bilə-bilə ki, mən evdə yoxam, sən qəsdən bizə
gəlmisən ki, ikilikdə onunla danışasan, ondan söz alasan, elə
deyilmi? Mən axı bilirəm ki, sən saat yarım onun yanında
oturmusan, demisən ki, mən sənin rəhmətlik ananı
tanıyırdım, ondan nəsə soruşub öyrənmək istəmisən...
Masloboyev gözlərini qıyıb bic-bic güldü:
– Amma belə bir fikirdə olsaydım, pis olmazdı. Yox,
Vanya, elə deyil. Bir də ki, fürsət düşəndə axı niyə
soruşmayasan? Ancaq məsələ elə deyil. Qulaq as, köhnə
dost, indi mən həmişəki adətim üzrə, nə qədər kefli də
olsam, onu bil ki, Filipp heç vaxt səni pis niyyətlə aldatmaz,
yəni pis niyyətlə demək istəyirəm.
– Pis niyyətsiz necə?
– Bəli... Pis niyyətsiz də. Yaxşı, bu söhbəti ataq kənara,
içək, əsl mətləbə keçək. Bunlar hamısı boş işdir. – İçərək
sözünə davam etdi: – Bubnovanın, o qızı öz yanında
saxlamağa heç bir haqqı yox idi. Mən bunun hamısını
öyrənib bildim. Övladlığa götürmək məsələsi-zad da yoxdur.
Qızın anası ona borclu imiş, o da bu borcun yerinə qızı evinə
Dostları ilə paylaş: |