www.vivo-book.com
492
– Pis-zad eşitməmişəm, elə belə də olub. Mən heç vaxt
yalan demərəm. Axı nə üçün qonağı yaxşı qəbul eləməyək?
Yaşamağına yaşayırıq, heç kəs bizə gəlmir, amma bizim hər
şeyimiz var. Qoy abırlı adamlar görsün ki, biz də başqa
adamlar kimi, yaşamağı bacarırıq.
Masloboyev əlavə etdi:
– Xüsusilə, bilsinlər ki, siz necə gözəl evdar qadınsınız,
əlinizdən necə iş gəlir! Dost, özün bir fikirləş: bəs axı
mənim, mənim təqsirim nədir? Başımdan güc-bəla ilə bir
Hollandiya köynəyi keçirtdilər, onun ora-burasına
zaponkalar taxdırdılar, ayağıma tufli, əynimə çin xələti
geydirdilər, özü öz əli ilə başımı daradı, saç yağı sürtdü, özü
də berqamot yağı. İstədi üstümə ətir səpsin, krem-
brüledirmi, nədir, daha burda səbrim tükəndi, üsyan
qaldırdım, öz kişilik hakimiyyətimi göstərdim...
Aleksandra Semyonovna birdən qıpqırmızı qızardı:
– Berqamot-zad deyil, lap yaxşı fransız saç yağıdır, özü
də, üstü bəzəkli, xırdaca farfor bankada! İvan Petroviç, siz
deyin, nə teatra getməyə qoyur, nə bir yerə rəqsə buraxır, elə
hey paltar alıb bağışlayır, axı paltarı mən neynirəm?
www.vivo-book.com
493
Bəzənib-düzənirəm,
başlayıram
otaqda
təkbaşına
gəzişməyə! Bu yaxında yalvarıb-yaxardım, razı saldım ki,
teatra gedək. Geyinib-kecinib hazırlaşdım, üzümü çevirdim
ki, yaxama sancaq taxım, heç demə, o birdən özünü verir
şkaf tərəfə, bir vurur, iki vurur, bir də gördüm kəlləni atdı
yerə. Gedə bilmədik. Bizə heç kəs qonaq gəlmir, heç kəs,
heç kəs! Ancaq səhərlər bəzi adamlar gəlirlər, onlar da iş
üçün gəlirlər, məni də o saat qovurlar. Amma yaxşı samovar
da var, çay dəsti də var, fincan da var, hər şey var, hamısını
da bağışlayıblar. Bizə yeməyə də şey gətirirlər, bircə çaxır,
bir də saç yağı alırıq. Budur, bu yeməkləri görürsünüz: bu
paştetləri, qaxaclanmış bud ətlərini, bu konfetləri, sizin üçün
almışıq... Heç olmasa, bircə adam gəlib baxa ki, biz necə
yaşayırıq! Bir ildir fikirləşirdim, deyirdim, yaxşı bir qonaq
gələr, biz də bu şeylərin hamısını ona göstərərik, onu
yedirdib-içirdərik, həm bizi tərifləyərlər, həm də ürəyimiz
açılar. Bu axmağın başına saç yağı sürtməyim isə – bu heç
ona layiq deyil, onunku elə odur ki, üstü-başı çirkli gəzsin.
Görürsünüz onun əynində necə xələt var? Bağışlayıblar! Axı
o heç belə bir xələtə layiqdirmi? Onunku odur ki, hər şeydən
www.vivo-book.com
494
əvvəl, boğazını yağlasın. İndi görərsiniz, o sizi çaydan əvvəl
arağa qonaq eləyəcək.
– Bəs necə! Ləzzət bundadır! Vanya, o qızıl rənglidən
də içək, gümüş rənglidən də, sonra da, təravətlənmiş ürəklə,
o biri içkilərə girişək.
– Mən bilirdim elə belə də olacaq!
– Saşka, narahat olma, sizin sağlığınıza konyakla çay
da içərik.
Aleksandra Semyonovna əlini əlinə çırparaq həyəcanla
dedi:
– Yox, elə şey yoxdur! Çayımız xan çayıdır, biri altı
manatdır, üç gün əvvəl tacir bağışlayıb, istəyir bu çayı
konyakla içsin! İvan Petroviç, onun sözünə qulaq asmayın,
mən bu saat sizə çay süzüm... Görərsiniz, özünüz görərsiniz
necə çaydır!
O, çay süzməyə başladı.
Hiss etdim ki, onlar lap gecəyə kimi məni burada
saxlamaq fikrindədirlər. Aleksandra Semyonovna bir ildir
ki, qonaq gözləyir, indi istəyir ki, bütün heyfini məndən
çıxsın. Lakin mən bura başqa məqsəd üçün gəlmişdim.
www.vivo-book.com
495
Əyləşərək dedim:
– Masloboyev, qulaq as. Mən bura qonaq gəlməmişəm,
iş üçün gəlmişəm, sən özün məni çağırmısan, nəsə demək
istəyirdin...
– Yaxşı, iş öz yerində, dostcasına söhbət də öz yerində.
– Yox, əzizim, bu olmayacaq. Doqquzun yarısında mən
xudahafiz. İşim var, söz vermişəm ki...
– Elə şey yoxdur! Bir iltifat buyur, sən gör məni nə
vəziyyətdə qoyursan? Gör Aleksandra Semyonovnanı nə
vəziyyətdə qoyursan? Bir ona bax, donub qalıb! Bəs axı o
mənim başımı niyə yağlayıb, saçıma berqamot sürtüb? Bir
fikirləş!
– Masloboyev, sən elə zarafat eləyirsən. Mən
Aleksandra Semyonovnaya söz verirəm ki, gələn həftə, lap
elə cümə günü sizə nahara gələrəm, amma, qardaş, indi çox
qala bilmərəm, söz vermişəm, daha doğrusu, mən gərək bir
yerə gedim. Yaxşısı budur ki, de görüm, sən mənə nə
deyəcəkdin?
Aleksandra Semyonovna mənə bir fincan lap əla çay
verə-verə, şikayətli bir səslə, az qala ağlaya-ağlaya dedi:
www.vivo-book.com
496
– Siz, doğrudan da, saat doqquzun yarısında
gedəcəksiniz?
Masloboyev:
– Saşenka, narahat olma, – dedi, – bu, boş sözdür. O
qalacaq, bu boş sözdür! Vanya, yaxşısı budur, de görüm, sən
axı həmişə hara gedirsən? Sənin nə işin olur? Bunu bilmək
olarmı? Sən axı hər gün harasa gedirsən, işləmirsən...
– Sən bunu neynirsən? Yaxşı, bəlkə sonra dedim.
Amma yaxşısı budur, sən məni başa sal görüm, sən dünən
bizə niyə gəlmişdin, yadındadırmı, mən axı sənə demişdim
ki, evdə olmayacağam?..
– Bu sonra yadıma düşdü, dünən yadımdan çıxmışdı.
Doğrudan da, səninlə bir iş barəsində danışmaq istəyirdim,
amma hər şeydən əvvəl, Aleksandra Semyonovnanı sakit
etmək lazımdı. O deyirdi ki: “Budur, bir adam var, özü də
sənin dostundur, niyə qonaq çağırmırsan?” Qardaş, sənin
üstündə düz dörd gün mənə dinclik vermədi. Əlbəttə,
berqamot üçün o dünyada mənim günahımdan keçərlər,
amma fikirləşdim ki, niyə axı biz bir axşam dostcasına
oturmayaq? Mən də buna görə bir hərbi biclik işlətdim:
Dostları ilə paylaş: |