www.vivo-book.com
482
– İlahi! Siz özünüzü nə vəziyyətə salırsınız! Siz gör
necə vasvasısınız, gör necə bir-birinizə göz qoyursunuz!
Açıq sözünüzü deyin, qurtarıb getsin. Elə bu vəziyyət, bəlkə
də onu doğrudan da, darıxdırar.
Nataşa qorxaraq həyəcanla dedi:
– Bəs nə edim?
– Dayan, mən işi yoluna qoyaram...
Mətbəxə getdim, bəhanəm də bu oldu ki, Mavraya
deyim ki, qaloşumun bir tayı tamam palçığa batıb, onu silib
təmizləsin.
Nataşa ardımca çığırdı:
– Vanya, ehtiyatlı ol!
Mətbəxə girən kimi, Alyoşa tez yanıma gəldi, elə bil ki,
məni gözləyirmiş.
– İvan Petroviç, əzizim, mən axı nə edim? Mənə yol
göstərin, mən hələ dünən söz vermişəm ki, bu gün, lap elə
indi, bu saat, gərək Katyanın yanında olum. Mən axı
getməyə bilmərəm. Mən Nataşanı həddindən artıq sevirəm,
ondan ötrü özümü lap oda ataram, ancaq özünüz bilirsiniz,
onu tamam atmaq necə olar, bu axı yaramaz...
www.vivo-book.com
483
– Yaxşı, gedin...
– Bəs Nataşa? Axı getsəm, onun ovqatı təlx olacaq.
İvan Petroviç, bunu birtəhər düzəldin...
– Məncə, yaxşısı budur ki, gedin. Bilirsiniz ki, o sizi
çox sevir, burda qalsanız, ona elə gələcək ki, siz onun
yanında oturmaqdan darıxırsınız, istəmədən burda
oturursunuz. Təbii olmaq yaxşıdır. Gedək, mən sizə kömək
edərəm.
– Əzizim, İvan Petroviç! Siz nə yaxşı adamsınız!
Otağa qayıtdıq. Az sonra mən ona dedim:
– Mən bayaq sizin atanızı gördüm.
Alyoşa qorxaraq həyəcanla soruşdu:
– Harada?
– Küçədə, təsadüfən rast gəldim. Bir az dayanıb söhbət
etdik, o yenə də mənimlə tanış olmaq istədiyini bildirdi. Sizi
soruşdu, dedi ki, bəlkə siz bilərsiniz, o indi haradadır? O sizi
çox görmək istəyir, sizə sözü var.
Nataşa mənim nə demək istədiyimi başa düşərək tez
dedi:
– Ah, Alyoşa, get gör nə deyir.
www.vivo-book.com
484
– Axı... İndi mən onu haradan taparam? O evdədirmi?
– Yox, evdə deyil, yadımdadır, dedi ki, qrafinyagildə
olacağam.
Alyoşa qəmgin-qəmgin Nataşaya baxıb sadəlövhcəsinə
dedi:
– Bu axı necə olar...
Nataşa:
– Ah, Alyoşa, – dedi, – necə olacaq?! Yoxsa, sən məni
sakit etmək üçün doğrudan da, Katya ilə əlaqəni kəsmək
istəyirsən? Axı bu uşaq hərəkətidir. Əvvəla, budur ki, bu
mümkün olan şey deyil, ikincisi də, sən bununla Katyaya
nankorluq etmiş olarsan. Siz dostsunuz, dostluq əlaqəsini də
belə kobud halda qırmaq olarmı? Bir də ki, əgər elə hesab
edirsənsə ki, mən səni çox qısqanıram, bununla mənim
ürəyimi sındırmış olursan. Get, səndən xahiş edirəm, bu saat
get! Atan da sakit olar.
Alyoşa heyrət və peşmançılıqla bərkdən dedi:
– Nataşa, sən mələksən, mən heç sənin barmağına da
dəymərəm. Sən nə qədər gözəl insansan, amma mən...
Mən... Özün de də! Mən elə indi bu saat mətbəxdə İvan
www.vivo-book.com
485
Petroviçdən xahiş etdim ki, o mənim burdan getməyimə
kömək etsin. Bunu o düzəltdi, Nataşa! Mələyim, məni
qınama! Mən çox da elə günahkar deyiləm, ona görə ki, səni
dünyada hamıdan çox sevirəm, min dəfə çox sevirəm. Buna
görə də ağlıma təzə bir şey gəlib: bu saat gedib bütün olan
şeyləri açıb Katyaya deyim, bizim indiki vəziyyətimizi,
dünən nə olubsa, hamısını ona danışım, Katya bizim bu
vəziyyətdən xilas olmağımız üçün bir yol tapar, o bütün
qəlbilə bizə sədaqətlidir...
Nataşa gülümsəyərək dedi:
– Yaxşı, get! Ancaq, əzizim, mən özüm çox istərdim ki,
Katya ilə tanış olum. Bunu necə düzəltmək olar?
Alyoşa bunu eşidəndə son dərəcə sevindi. O dərhal
Nataşanı Katya ilə necə tanış etmək haqqında danışmağa
başladı. Onun sözündən belə çıxırdı ki, bu çox asan bir
şeydir, Katya buna yol tapar! O öz fikrini qızğın halda,
coşqunluqla izah edirdi. Elə bu gün, hətta ikicə saatdan
sonra cavab gətirəcəyinə, axşamı da Nataşanın yanında
olacağına söz verdi.
Nataşa onu yola salaraq soruşdu:
www.vivo-book.com
486
– Doğrudan gələcəksən?
– Yoxsa, şübhə edirsən? Mənim sevgilim, mənim
həmişə sevəcəyim Nataşa, sağlıqla qal! Sağlıqla qal, Vanya!
Ah ilahi, mən yanılıb sizə Vanya dedim. Mənə baxın, İvan
Petroviç, mən sizi çox istəyirəm, yaxşı, niyə axı biz bir-
birimizə sən demirik? Gəl bundan sonra sən deyək!
– Yaxşı, sən deyək.
– Şükür Allaha! Bəlkə yüz dəfə bu mənim ağlıma
gəlmişdi. Ancaq mən cürət edib sizə deyə bilmirdim. Bax,
indi də siz deyirəm. Sən demək, axı çox çətindir. Deyəsən,
Tolstoy bir yerdə bu barədə çox yaxşı yazıb: iki adam bir-
birinə söz verir ki, bir-birinə sən desinlər, amma ha eləyirlər
deyə bilmirlər, o cümlədə ki, əvəzlik işlətmək lazım gəlir,
işlətmirlər. Ah, Nataşa! Bir gün yenə də “Uşaqlıq və
gənclik” əsərini oxuyarıq, bu nə gözəl əsərdir!
Nataşa gülə-gülə onu qovdu:
– Di yeri get, yeri get! Sevincindən heyvərəliyə
başladın...
– Sağ ol! İki saatdan sonra sənin yanındayam!
Alyoşa onun əlini öpüb tez otaqdan çıxdı.
Dostları ilə paylaş: |