www.vivo-book.com
512
bundan son dərəcə sevinir. Bəli, az getdik, üz getdik, dərə,
təpə, düz getdik, gəlib çatdıq mənzilə, nə zamandır, nə
məkan, iki qoz bir girdəkan... Vanya qardaş, içək!
– Masloboyev, mənə elə gəlir ki, sən bu işdən ötrü
onun xeyrinə çalışırsan...
– Sən mütləq bunu bilmək istəyirsən?
– Ancaq bunu başa düşə bilmirəm ki, sən bu işdə
knyaza necə kömək edə bilərsən?
– Bilirsənmi, o arvad on ildən sonra başqa bir ad
altında Madridə qayıdır, qayıdan kimi də, knyaz gərək
biləydi ki, Bruderşaft necə oldu, qoca necə oldu, arvad
doğrudanmı qayıdıb gəlmişdir, uşaq necə oldu, o dururmu,
ölübmü, bir kağız-zad varmı və ilaxır... Bir də ki, gərək bəzi
başqa şeyləri də biləydi. Knyaz çox pis adamdır. Vanya,
özünü ondan gözlə! Ancaq Masloboyev barəsində başqa bir
fikirdə ol, heç vaxt ona əclaf demə! O əclaf da olsa (məncə
əclaf olmayan adam yoxdur!), bəli, o əclaf da olsa, sənin
əleyhinə olmaz. Mən bərk kefliyəm, ancaq qulaq as: gecmi
ya tezmi olsun, indimi, ya gələn ilmi olsun, əgər sənə elə
gəlsə ki, mən sənin barəndə, hansı bir işdə olursa olsun,
www.vivo-book.com
513
kələk işlətmişəm (özü də xahiş edirəm, bu sözü unutma –
kələk işlətmişəm), onda bil ki, mən bunu pis niyyətlə
etməmişəm. Masloboyev sənə göz qoyur. Buna görə də
şübhələrə inanma, yaxşısı budur ki, gəl, Masloboyevin özü
ilə açıqca danış, ürəyini aç de, yaxşı, indi içmək
istəyirsənmi?
– Yox.
– Yemək necə?
– Yox, qardaş, bağışla...
– Onda cəhənnəm ol, doqquza on beş dəqiqə qalıb,
tələsirsən. Sənin getmək vaxtındır.
Aleksandr Semyonovna, az qala, ağlaya-ağlaya,
bərkdən dedi:
– Necə? İçib keflənmisən, indi də qonağı qovursan? Bu
həmişə belədir! Ah, utanmaz!
– Piyadadan atlıya yoldaş ola bilməz! Aleksandra
Semyonovna, biz bir yerdə qalırıq, bir-birimizi sevəcəyik.
Amma bu generaldır! Yox, Vanya, yalan dedim, sən general
deyilsən, amma mən alçağam! Bax gör, indi mən nəyə
www.vivo-book.com
514
oxşayıram? Sənin yanında mən nəyəm? Vanya, məni
bağışla, məni qınama, qoy ürəyimi açıb töküm...
O məni qucaqladı, yaş gözlərindən sel kimi axdı. Mən
getməyə hazırlaşdım.
Aleksandra Semyonovna böyük bir müsibət içində
deyirdi:
– Ah, ilahi! Axşam yeməyi də hazırlamışam. Bəs onda
cümə günü gələcəksinizmi?
– Aleksandra Semyonovna, gələcəyəm, vallah,
gələcəyəm!
– Bəlkə siz onun belə olmasından... kefli olmasından
iyrənirsiniz... İvan Petroviç, iyrənməyin, o çox yaxşı
adamdır, xeyirxah adamdır, o sizi çox istəyir! O mənə
həmişə sizdən danışır! Sizin kitablarınızı da qəsdən mənim
üçün alıb, mən hələ oxumamışam, sabah başlayacağam. Siz
gələndə mənim üçün çox yaxşı olacaq! Mən heç kəsi
görmürəm, heç kəs gəlib bizimlə oturmur, bizim hər şeyimiz
var, amma tək qalmışıq. İndi mən oturub sizin danışığınıza
qulaq asırdım, nə yaxşı idi... Deməli, cümə günü gəlirsiniz...
www.vivo-book.com
516
VII FƏSİL
Mən tələsə-tələsə evə gedirdim. Masloboyevin sözləri
məni son dərəcə heyrətə salmışdı. Allah bilir, mənim ağlıma
nələr gəlirdi... Evə çatanda, elə bil qəsdən, bir hadisəyə rast
gəldim, bu məni elektrik maşını zərbəsi kimi sarsıtdı.
Yaşadığım evin darvazası qarşısında fənər vardı. Mən
darvazaya yaxınlaşanda, birdən fənərin dibindən qəribə bir
şey üstümə cumdu, belə ki, mən hətta diksinib çığırdım da.
O nədənsə qorxmuşdu, tir-tir əsirdi, özü də dəli kimi idi,
qışqıraraq mənim qollarımdan bərk-bərk tutdu. Bu – Nelli
idi!
Çığırdım ki:
– Nelli! Sənə nə olub? Burda nə eləyirsən?
– O... orda, yuxarıda... oturub... bizdə...
– Kim oturub? Gedək, bir yerdə gedək.
– Mən getmirəm, getmirəm! Mən gözləyərəm, o
gedənə kimi... dəhlizdə... getmirəm!
www.vivo-book.com
517
Mən qəribə bir hiss ilə yuxarı qalxdım, qapını açanda
knyazı gördüm. O, stolun yanında oturub roman oxuyurdu.
Oxumasa da, hər halda, kitab onun qarşısında açıq idi.
O sevinərək dedi:
– İvan Petroviç! Nəhayət, siz gəlib çıxdınız, mən buna
çox şadam. İndicə istəyirdim ki, durub gedim. Bir saatdan
çoxdur ki, sizi gözləyirəm. Qrafinya israr edərək, təkidlə
xahiş etmişdir, mən də söz vermişəm ki, bu axşam gərək
sizinlə bərabər onun yanına gedək. O çox xahiş edir, çox-
çox arzu edir ki, sizinlə tanış olsun! Siz axı mənə vəd
etmişdiniz, mən də belə düşündüm ki, nə qədər ki siz hələ
evdən çıxmamısınız, özüm bir az tez sizə gəlim, sizi özümlə
bərabər getməyə dəvət edim. İndi mənim vəziyyətimi
təsəvvür edin: gəlirəm, sizin qulluqçunuz mənə deyir ki, siz
evdə yoxsunuz. Qaldım belə, nə edim axı?! Mən axı
qrafinyaya söz vermişəm ki, sizi onun yanına aparım, buna
görə də oturub sizi gözləməyə başladım, dedim ki, on beş
dəqiqə gözləyərəm. Bu da on beş dəqiqə: sizin romanınızı
açıb oxumağa başladım. İvan Petroviç! Bu ki ideal bir
əsərdir! Görünür, sizi başa düşmürlər! Siz mənim gözümdən
Dostları ilə paylaş: |